Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 7
  • Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa…

Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa…

redaktor 07/02/2025
-73b8170915994657385465327841015350

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan Xəstəxanalar tərəfindən dövlət satınalmalarında yol verilmiş nöqsanlar barədə sosial şəbəkələrdə və elektron mediada kifyət qədər geniş məlumatlar var. Burada vəzifəli şəxslər tərəfindən əsassız olaraq əməkhaqqı ödənilməsindən tutmuş, digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə qədər hər cür xəbər tapmaq olar.
Dövlət satınalmalarının internet portalı üzərindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən keçirilmiş satınalma prosedurları ətrafında araşdırma aparmışdır. Araşdırmalarda “Bərdə rayon Mərkəzi Xəstəxanası”nin Satınalma Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.
“Bərdə rayon Mərkəzi Xəstəxanası” tərəfindən “Liftlərin ehtiyyat hissələrinin və liftlərin aylıq texniki baxışının satınalınması” ilə əlaqədar 23.01.2025-cü il tarixində keçirilmiş kotirovka sorğusunda Bakı şəh. Xətai r., M.Hadi küç., ev 23, m. 137 ünvanında qeydiyyatda olan “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN – 1300234641) 11 682.0 (on bir min altı yüz səksən iki manat 00 qəpik) manat məbləğində ən ucuz qiymət təklifi vermiş və satınalma komissiyası tərəfindən qalib seçilmişdir. Bildiriş dövlət satınalmalarının internet portalında 28.01.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” 2024-cü il üçün xərclər smetasının 222441 – “Əsas fondlara xidmət haqqı xərcləri” yarımmaddəsi üzrə – “Liftlərin aylıq texniki baxışının satınalınması” üzrə 05.06.2024-cü ildə başladığı kotirovka sorgusunda da “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-ni qalib seçmiş və tərəflər arasında 10.018,2 manat məbləğində müqavilə bağlamışdır. Məlumat dövlət satınalmalarının internet portalında 10.01.2025-ci ildə dərc edilib. Kotirovkanın başlanma tarixi 09.08.2024 bitmə tarixi isə 31.01.2025-ci ilə müəyyən edilib. Bu da “Bərdə rayon Mərkəzi Xəstəxanası” satınalmalarda qanunsuzluqlar yol verməsinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki, elektron mediada yayılan məlumatlarda da “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-nin adı bəzi qurumlarla keçirilmiş bir çox şübhəli satınalmalarda hallanır. Sözügedən məlumatlarda MMC-nin müvafiq sahədə peşəkarlığında, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində, təcrübəsində, bir sıra şübhəli məqamların olduğu bildirilir.
Bundan əlavə “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC -nin uyğunluq göstəricilərinə tam cavab vermədiyi Dövlət Statistika Komitəsi kimi  ciddi bir dövlət qurumunun keçirdiyi satınalma prosedurunda da öz əksini tapıb. Araşdırdıqda məlum oldu ki, 27.01.2025-ci ildə Dövlət Statistika Komitəsinin inzibati binasındakı sərnişin liftlərinə qulluqla bağlı xidmətlərin satın alınması məqsədilə kotirovka sorğusu prosedurunda iştirak edən “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin uyğunluq göstəriciləri (müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması) kotirovka sorğusunun tələblərinə uyğun gəlmədiyinə görə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.1-ci maddəsinə əsasən satınalmadan kənarlaşdırılmış və bu qərar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 23.01.2025-ci il tarixli AİBNDX/SQ-509/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Bu məlumatlar isə “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-nin uyğunluq göstəricilərinə cavab vermədiyini, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olmadığını və sənədlərdə  saxtakarlığa yol verdiyini bir daha təsdiq edir.
Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY”  MMC (VÖEN 1300234641 ) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 23.06.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10  manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev 23, m. 137 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Məsimov Adil Bəhlul oğludur. Reyestr məlumatlarında MMC-nin ilk adı 2023-cü ilə qədər “ŞƏHƏRGAH”, ondan sonra “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY”   olmuşdur. MMC nin təsisçisi və ilk qanuni təmsilçisi Ömərov Qüdrət Bayram oğlu olmuşdur. Onun adına “Altun Qaya” MMC də var. “ŞƏHƏRGAH” MMC-nin 2023-cü ilə qədər bir sıra dövlət qurumları ilə keçirilmiş bir çox şübhəli satınalmalarda hallandığından adını dəyişdiyi iddia olunur.
“Bərdə rayon Mərkəzi Xəstəxanası”nın bir şübhəli satınalması da odun yanacağının alınması ilə bağlıdır. Belə ki, səhiyyə ocağı bu məqsədlə  bir mənbədən satınalma üsulu ilə fiziki şəxs Əliyev İngilis Nofəl oğlu ilə 8.100 manat məbləğində müqavilə bağlayıb. Portaldakı məlumata görə müsabiqənin başlanma tarixi 23.12.2024-cü il, bitmə tarixi 30.12.2025-cü ilə müəyyən olunub, 10.01.2025-ci ildə dərc edilib. Xəstəxana eyni məqsədlə 15 saylı Regional Meşə Təsərrüfatı ilə də 16.250 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Burada isə müsabiqənin başlanma tarixi  27.09.2024cü il, bitmə tarixi 30.12.2025-cü ilə müəyyən olunub, 10.01.2025-ci ildə dərc edilib. Göründüyü kimi “Bərdə rayon Mərkəzi Xəstəxanası” 2024-cü ilin dekabr ayında 2025-ci ilin sonuna qədər odun yanacağının alınmasına ümumi olaraq 24 350 manat məbləğində iki satınalma müqaviləsi bağlayıb. Buradan sual yaranır. “Bərdə rayon Mərkəzi Xəstəxanası”  bu odunu harda yandıracaq? Məlum olduğu kimi respublikamızda bütün iri şəhərlərdə mühüm dövlət müəssiləri qazla təmin olunub. O, cümlədən də Bərdə şəhəri. Bəs “Bərdə rayon Mərkəzi Xəstəxanası” odun yanacağını hansı məqsədlə alır?
Qeyd edək ki, hələ 2017-ci ildə elektron mediada Bərdə rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin siyahısı barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, ki, Bərdə rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. Artıq rayonun 104 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Mollalı kəndinin qazlaşdırılması yekunlaşıb. Lənbəran kəndində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Daha 4 kəndin qazlaşdırılması üçün layihə işləri görülməkdədir. Hələ 2017-ci ildə yayılan bu məlumatdan da göründüyü kimi Bərdə rayonunun yaşayış məntəqələri qazlaşdırılıb. Amma bu kəndlərdəki tibb məntəqələri qazla təmin olunmayıb. Məntəqələrin isidilməsi isə burada çalışan tibb personalının üzərinə qoyulub. Kimi evdən gətirir, kimi də şəxsi vəsaiti hesabına odun alıb məntəqəni qızdırır. Bu kənd tibb məntəqələrinin qapısının bəlkə də günlərlə açılmadığını, Bərdə rayonunda qış fəslinin o qədər də sərt keçmədiyini də nəzərə alsaq “Bərdə rayon Mərkəzi Xəstəxanası”nın odun yanacağının alınmasına ayırdığı vəsaitin təyinatı əsaslı şübhələrə yol açır.
Qeyd edək ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədovdu. O, bu vəzifəyə TƏBİB idarə heyətinin keçmiş sədri Ramin Bayramlının əmri ilə 2021-ci ilin iyununda təyin olunub. V.Məmmədov 2013-cü ildən Bərdə Müalicə Diaqnostika Mərkəzində cərrah işləyib.
P.S. Məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Satınalma Komissiyasına 30 yanvar 2025-ci ildə ünvanladığımız sorğu məktubu cavabsız qaldı. Xəstəxananın satınalma şöbəsinin müdiri ilə telefon söhbətimiz zamanı o, kommersiya sirri olduğunu bildirərək heç bir münasibət bildirmədi.
Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Next: Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.