Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 18
  • Abşeron-Xızı Regional Təhsil İdarəsində bitməyən dərəbəylik-TƏFƏRRÜAT

Abşeron-Xızı Regional Təhsil İdarəsində bitməyən dərəbəylik-TƏFƏRRÜAT

admin 18/02/2025
emin-xırdalan

 

İlhamə Abdullayevanın Xırdalan şəhər 2№-li tam orta məktəbə xüsusi münasibəti niyə araşdırılmır?!

 Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında medianın ən “sevimlisi”nə çevrilib. Mediada bu idarə ilə bağlı yazılar az qala ədədi silsilə şəkilini alıb. Konkret faktların yer aldığı yazılarda bu idarənin müxtəlif tabeli müəssisələri tənqid olunmaqdadır…

On gün əvvəl isə məlumat yayıldı ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Regional Maliyyə Müfəttişliyi Abşeron-Xizi Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrində maliyyə təsərrüfatının yoxlamasını həyata keçirir. Yoxlama çərçivəsində adıçəkilən regiondakı uşaq bağçaları və məktəblərdə son 5 il üzrə tarifləşmə, invertarların mövcudluğu və silinməsi, ərzaq təminatı, qida qalıqlarının hesablanması, əvəzçilik, xəstəlik bülletenlərinin uçotu, dərs bölgüsü və müəssisələrdə işçilərin, təhsilverənlərin və təhsilalanların davamiyyətinin yoxlanılması həyata keçirilir.

Bu arada redaksiyamıza daxil olan məlumata görə maliyyə yoxlaması Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın ciddi narahatlığı ilə müşahidə olunur. Təkcə ona görə yox ki, bu yoxlamanın bütün istiqamətlərdə təhlükəli nəticə ilə sonuclanacağı gözlənilir. Həm də, ona görə ki, budəfəki yoxlamanı “yola vermək” mümkünsüz görünür. Səbəb də, yenicə təyin edilmiş maliyyə naziri Sahil Babayevin kimsəni ”yaxına buraxacağına” ümidin olmamasıdır…

Yumşaq desək bu yoxlama İlhamə Abdullayeva üçün heç də, yerinə düşən olmadı. (Bu haqda qarşıdakı günlərdə geniş yazımız olacaq. Red.)

                                       

                                        Qohumbazlıq nümunəsinin fəsadları

Yuxarıda qeyd etdiyimiz kimi, Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında mediada hər nə qədər haqqında çox yazılandırsa, Xırdalan şəhər 2№-li tam orta məktəb də, bu idarənin əhatə dairəsində olan təhsil müəssisələri sırasında medianın ən “sevimlisi”nə çevrilib. Bu məktəb və məktəbin direktoru Gülnaz Kərimova haqqında google üzərindən bir axtarış yetər ki, “N” sayda yazılarla rastlaşaq. Həm də, qalmaqallı… Elə ötən ilin son ayında Gülnaz xanım rəhbərlik etdiyi məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva ilə çəkişməsi ilə gündəmə gəlmişdir. İşdən haqsısz yerə, direktorun istəyi ilə çıxarıldığını iddia edən müəllim məsələni məhkəmə müstəvisinə daşıyıb…

Gülnaz Kərimova ilə bağlı Yenixeber.org-a daxil olan məlumatlarda da, yumşaq desək təhsil ocağı ilə uyğun olmayan iddialar yer alır. Biz məlum qanun və prinsiplərə uyğun olaraq bu məlumatların araşdırılıb, redaksiyamızın məlumatlandırılması məqsədi ilə İlhamə Abdullayevaya 15.01.2025-ci il tarixdə 05/025№-li rəsmi məktub ünvanladıq. Təəssüf ki, bir aydan artıq vaxt keçsə də, məktubumuz hələ də, cavabsız qalmaqdadır(?) Baxmayaraq ki, bizimlə telefon əlaqəsində ən qısa zamanda məktubun cavablandırılacağı deyilmişdi.

Məlumatlarda İlhamə Abdullayevanın xalası nəvəsi (Bu məlumat dəfələrlə mediada yayılıb. Red.)  Gülnaz Kərimovanın Pedaqoji Şurada hədə-qorxu gəlməsindən, dərs saatlarını 100 manata satmasından, yeni il bayramı üçün hər sinifdən 100 manat tələb etməsindən və s. bəhs edilir. Hətta bayramla bağlı onu təbrik etməyən müəllimləri təzyiqlə təhrik etməsi də bildirilir. Ki, gəlib, kabinetində onu “təbrik” etsinlər. Məlum təyyarə qəzası ilə bağlı digər təşkilatlar təntənəli bayram şənliyi etməsələr də, Gülnaz xanımın fərqli mövqedə olduğu da deyilir… Bugünlərdə aldığımız məlumata görə, yuxarıda qeyd etdiyimiz maliyyə yoxlamasının Xırdalan şəhər 2№-li tam orta məktəbdən yan keçməsi üçün obrazlı desək, bütün qüvvələr səfərbər olub. Əlbəttə, İlhamə Abdullayevanın rəhbərliyi ilə…Mənbəmizin bildirdiyinə görə Gülnaz Kərimova məhz qohumu İlhamə Abdullayevanın güvənliyi ilə özünü məktəbin direktoru yox, sahibi kimi aparır.

                          ***

Qrşıdakı günlərdə aşağıdakı sualların araşdırılması ilə mövzunu davam etdirəcəyik:

1.Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Abşeron-Xizi Regional Təhsil İdarəsində hazırkı yoxlaması hansı səbəblərdən doğdu?

2.Yoxlamalar daha çox hansı istiqamətlərdə və hansı faktorlar üzərində köklənib?

3.Yoxlamalar İlhamə Abdullayevanı xüsusi ilə hansı səbəblərdən narahat edir?

4.İlhamə Abdullayeva yaxın günlərdə hansı posta transfer etməyi hədəfləyib?

5.Məktəb direktorlarının təyinatında İlhamə xanımın hansı rolları olub və hansı qayda və prinsiplər əsas olub?

6.Uşaq bağçaları və məktəb rəhbərləri ilə xanım müdir hansı qaydalarla işləyir?

7.Bəzi məktəb direktorlarının məlum yaş senzini keçməsinə baxmayaraq, vəzifələrini davam etdirməsinin sirri nədir? Və.s.

                    ***            

         Bu saatlarda ( 1620 radələrində) məktubumuza cavab aldıq:

Xırdalan şəhər 2№-li tam orta ümumtəhsil məktəbinin direktoru Gülnaz Kərimovanın fəaliyyəti ilə bağlı araşdırma aparılmasına dair məktubunuza baxılmışdır. Bildiririk ki, qeyd olunan məsələlərlə bağlı araşdırma aparılmış, məktəb rəhbərliyi, rəhbərləri, müəllimlər və valideyinlərlə söhbətlər aparılmış, müvafiq izahatlar alınmışdır. Alınmış izahatlarda göstərilən faktlar təsdiqini tapmamışdır.Əlavə olaraq bildiririk ki, məktəb rəhbərliyinin verdiyi məlumata əsasən sabiq riyaziyyat müəllimi Vəfa Həziyeva ilə bağlanmış əmək müqaviləsi işdə yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə uyğun olaraq 04.11.2024-ci il tarixdən ləğv edilmişdir. Hazırda V. Həziyevanın iddia tələbinə məhkəmə qaydasında baxılır./yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Nəsimidə `JEK` rəisi olan qardaşlar milyonluq mülkü necə əldə edib? – FOTOFAKT
Next: İcra başçısı Məmməd Məmmədov Tovuzun iki kəndini bir-birinə düşmən edir

OXŞAR MÖVZULAR

medaura-klinik

240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir?

admin 06/03/2026
bsih

BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir

admin 06/03/2026
nerimanov-tik

Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək?

admin 06/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.