Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 12
  • “Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
manna-dovleti

 

Sizlərə bu günlərdə oxuduğum bir kitabdan Azərbaycanla bağlı maraqlı qeydləri təqdim edirəm. Kitabın müəllifi bu əsəri yazana qədər indiki İran adlanan dövlətin ərazisində uzun müddət araşdırmalar aparmış, Bisütun kitabələrini yazıya köçürmüş və dünyada ilk dəfə bu işi görmüş alimdir.

İngilis Henri Roulinson XIX əsrin ən görkəmli şərqşünas alimlərindən biridir. O, tarix elmində daha çox “Assiriologiyanın atası” və qədim yazıları oxuyan şəxs kimi qəbul edilir.

Onun illərlə əziyyət çəkib yazdığı “Qədim Şərq dünyasının beş böyük monarxiyası” kitabı 1862-ci ildə Londonda çap edilmişdir. Bizim üçün maraqlı olan Midiya ilə bağlı hissədir ki, orda müəyyən məqamları sizlərə təqdim edirəm. Kitabı tam halda BURADA (https://archive.org/…/fivegreatmonarch…/page/n4/mode/1up) oxuya bilərsiniz.

O, uzun illər Şərq ölkələrində diplomatik xidmətdə olduğu üçün Azərbaycan və Mesopotamiya coğrafiyasını qarış-qarış gəzib, qədim abidələri şəxsən görüb, oxuyub, tərcümə edib və yazıb.

Roulinson iddia edir ki, regionun ən qədim sakinləri ari milləti və dili deyil, “skit” adlanan turandilli xalq olub.

O, Elam və Midiya ərazilərindəki qədim yazıların dilini təhlil edərək, onları “skit” adlandırır ki, bu da Avropa elmində türk sözünün sinonimi kimi işlənirdi. Müəllif qədim yazılarla tanış olandan sonra iddialı şəkildə çıxış edərək yazır ki, Midiyanın ən qədim tayfalarından olan maqlar ari deyil, turandilli idilər:

“Biz qəbul etməliyik ki, Midiyanın qədim sakinləri olan bu skit tayfaları öz mədəniyyətlərini qonşu ari tayfalarına aşılamışlar. Zərdüştlüyün ən mühüm ritualları — odun müqəddəsliyi, kəhanətlər və magiya — arilərə yox, məhz bu şimaldan və mərkəzdən gələn turanlılara məxsusdur” – bu cümlələr kitab barədə 1847-ci ildə “Journal of the Royal Asiatic Society” jurnalındakı məqaləsində də qeyd edilib.

O hesab edirdi ki, zərdüştlüyün ritualı kimi təqdim edilən oda, suya və yerə tapınma əslində arilərə aid deyil, turanlıların gətirdiyi bir skit dinidir.

Kitabda diqqətimizi çəkən dil məsələsinə aid olan bölümdür ki, müəllif tərcümə etdiyi qədim yazıları bir-biri ilə tutuşdurur və yazır ki, Midiya sözləri və adları Turan dillərindən yaranıb. Roulinson bu dili müasir türk, tatar və macar dilləri ilə müqayisə edir və onların qohum olduğunu yazır.

İngilis şərqşünası qeyd edir: “Atropatena qədim dövrlərdən bəri həm coğrafi, həm də dini baxımdan bu turanlı maqların mərkəzi olub”.

O, Azərbaycanı sadəcə bir coğrafi ərazi kimi deyil, zərdüştlüyün və qədim Turan sivilizasiyasının ana vətəni kimi təqdim edir.

Roulinson Azərbaycanın qədim adı olan Atropatena üzərində linqvistik təhlillər aparmışdır. O, bu adı “Odlar yurdu” və ya “Odun qorunduğu yer” kimi izah edir.

Roulinson yazır: “Azərbaycan ərazisi qədimdən Turan dünyası ilə Pers dünyası arasında bir keçid zonası idi, lakin bölgənin dini və mədəni fundamenti məhz bu yerli turanlı tayfalar tərəfindən qoyulub”.

Onun kitabında daha maraqlı bir cümlə belədir: “Azərbaycan sadəcə bir əyalət deyil, o, qədim Şərq dünyasının ən böyük dini ocağı idi. Zərdüşt bu torpaqların yetirməsidir və onun gətirdiyi islahatlar Midiyanın qədim turanlı maqlarının inancından süzülüb gəlmişdir”.

“Zərdüştün öz təlimini yaymaq üçün sığındığı və dəstək aldığı ən böyük kütlə turanlı tayfalar idi”, – deyə yazan müəllif qeyd edir ki, onlar at belində yaşayan, ox atan və Azərbaycan-Orta Asiya oxunda hərəkət edən skit tayfalarıdır.

Kitabına nəticə olaraq isə müəllif yazır:

“Zərdüşt sadəcə bir din gətirmədi, o, kənd təsərrüfatını və oturaq həyatı müqəddəsləşdirdi. Bu isə Azərbaycanın bərəkətli torpaqlarında yaşayan və turanlı əcdadlarından gələn təbiət sevgisini qoruyan insanlar üçün ən uyğun qanun idi”.

P.S: Qeyd edim ki, bütün bu sözlər tamamilə müəllifə aiddir.

 

Müəllif
Zaur Əliyev
PAYLAŞIN:

Continue Reading

Previous: Gələn il veteran pulu ARTIRILACAQ?
Next: Solovyov efirdə yenə sərsəmlədi: Azərbaycana qarşı növbəti hörmətsizlik – VİDEO

OXŞAR MÖVZULAR

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026
  • Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…” 13/05/2026
  • Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq? 13/05/2026
  • Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir? 13/05/2026
  • Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…” 13/05/2026
  • Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər 13/05/2026
  • WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq 13/05/2026
  • DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir? 13/05/2026
  • Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir? 13/05/2026
  • Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı 13/05/2026
  • Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb 13/05/2026
  • Azərbaycanda kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib 13/05/2026
  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.