Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 24
  • “Azərişıq” işığımızı nə vaxt kəsə bilər? – HÜQUQİ İZAH

“Azərişıq” işığımızı nə vaxt kəsə bilər? – HÜQUQİ İZAH

admin 24/02/2025
azerisiq

 

Radio aparıcısı Teymur Əliyev “Azərişıq” ASC-dən şikayətlənib.

T.Əliyev sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, ona hər ay işığa ödəniş edilməsi ilə xoş olmayan formada xəbərdarlıq qəbzi göndərilir:

“Mənzilimin qapısında az qala hər ay belə ultimativ bir vərəqə qoyulur. Bunu oxuyanda adam elə bilir, dəhşətli bir səhvə yol verib, aylarla bunların pulunu ödəməyib.

Bu nə hörmətsiz və ən əsası qanunsuz davranışdır ay, “Azərişıq” ASC? Sizin əməkdaş gəlib sayğacın göstəricisinə baxıb sistemə yazan kimi, elə həmin anda bu kağızları qapılara qoyur ki, bu gün ödəməsəniz, elektriki kəsəcəyik. Lakin Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 9.13.2. maddəsində deyilir ki, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji verilişi dayandırıla bilər.

Bu axmaq vərəqə bir də mənim qapımda olsa, üstünə “dayandırmayanı da” yazıb poçtla sizə göndərəcəyəm.

Mən elektrik enerjisinə görə ödənişi sistemdə peyda olan kimi, ilk gördüyüm anda ödəyirəm. Ödənişim bir ay yox, heç bir həftə çəkmir”.

Məsələ ilə bağlı məlumat almaq üçün “Azərişıq” ASC-nin Mətbuat Xidmətinə sorğu ünvanladıq. Çox keçmədən qurum əməkdaşı aparıcının özünə zəng edərək, yanlışlıq olduğunu vurğulayıb. Lakin sosial şəbəkə platformalarında sözügedən situasiyanı başqa şəxslər də yaşadıqlarını qeyd ediblər.

Bəs görəsən, qanunauyğun olaraq ödəniş hansı müddət ərzində edilməlidir? Ən əsası, “Azərişıq” ASC abonentlərə işıq verilişini nə vaxt dayandıra bilər?

Vəkil Turan Abdullazadə mövzu ilə bağlı suallarımızı cavablandırıb.

O bildirib ki, bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” ilə tənzimlənir:

“Belə ki, həmin Qaydaların 9.13-cü maddəsinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır:

1) İstehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

2) Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;

3) Təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

4) Enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;

5) Məhkəmənin qərarı ilə;

6) Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.

İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir”.

Vəkil əlavə edib ki, elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır.

Elektrik enerjisinin verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir gün müddətində enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin verilməsi bərpa edilməlidir.

Elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Qeyd olunan qaydaların müddəalarından da göründüyü kimi, vətəndaşın elektrik enerjisinə olan borcunun gün ərzində ödənilməsini tələb etmək tam qanunsuzdur. Belə ki, qanunvericilikdə vətəndaşın elektrik enerjisinə görə borcunun ödənilməsi üçün ona 30 gün, yəni 1 ay vaxt verilib. Vətəndaşa bu cür təzyiq xarakterli bildirişin hüquqi əsası yoxdur və qanunsuzdur.

Bununla bağlı vətəndaş istehlakçı hüquqlarının pozulması ilə əlaqədar Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, “Azərenerji” ASC-nin və “Azərişıq” ASC-nin rəhbərliyinə, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinə, habelə məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına görə – fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir”./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: Ümumi və məktəbədəqədər təhsil müəssisələrində dərslər ənənəvi qaydada davam edəcək
Next: Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.