Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 25
  • Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb

admin 25/02/2025
xocalı-26

 

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri dünya dini liderlərinə, beynəlxalq təşkilatlara, parlamentlərə və dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Müraciətdə qeyd edilib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir:

“Bu qətliamdan bir neçə gün əvvəl – 1992-ci ilin fevralın 17-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində yerli azərbaycanlı əhalini kütləvi qırğına məruz qoyub və öz cinayətlərini misli görünməmiş qəddarlıqla davam etdirərək, fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində soyqırımı törədiblər. Ağır hərbi texnikanın tətbiqi ilə davam edən qırğınlar nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə-yeksan edilib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər azərbaycanlı öz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Ağlasığmaz qəddarlıqla 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Azğınlaşmış ekstremistlər insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyitlərin üzərində vəhşi həqarətlər edib, bir qismini minalayıblar. Şaxtalı hava şəraitində əli-ayağı yalın qaçıb xilas olmaq istəyən mülki əhaliyə belə aman verilməyib, onlar təqib edilərək yollarda, meşələrdə erməni hərbi birləşmələri tərəfindən xüsusi amansızlıqla qətlə yetiriliblər. Bu bəşəri cinayət nəticəsində 487 dinc sakin ağır yaralar nəticəsində əlil olub, 1275 nəfər girov götürülən vətəndaşlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil”.

Dini konfessiyaların rəhbələri vurğulayıblar ki, Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi əsassız ərazi iddiaları və təcavüzkar siyasəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərininin 20%-i 30 ilə yaxın işğal altında saxlanılıb, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, fiziki və mənəvi terror həyata keçirilib, bir milyondan artıq insan Ermənistandakı və Azərbaycanın Qarabağ bölgəsindəki öz ata-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkün məşəqqətini yaşamağa vadar edilib, onların insan hüquqları kobud şəkildə pozulub, yüzlərlə şəhər və kənd, Azərbaycan xalqının qədim və zəngin mədəni irsi dağıdılaraq talan edilib:

“2020-ci ilin yay aylarından etibarən Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata başlayaraq “yeni torpaqlar naminə yeni müharibə” şüarı ilə Azərbaycanın müxtəlif bölgələrinə, dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriyadan istifadə etməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdi. Öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirən təcavüzkar erməni rejimi Ermənistan-Azərbaycan sərhədində və hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrimizi, o cümlədən, Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ kimi iri şəhərləri və hətta paytaxt Bakıya yaxın əraziləri ağır artilleriya, ballistik raketlər, fosforlu və kasetli bombalarla atəşə tutdu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan müqəddəs Vətən Müharibəsində Azərbaycan beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq əzəli torpaqlarını 30 illik işğaldan qurtardı, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu”.

Müraciətdə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Ermənistan işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti ilə yanaşı, həm də 30 illik işğal zamanı Azərbaycanın dini-mədəni və tarixi irsinə qarşı hərbi cinayətlər və vandalizm aktları həyata keçirib:

“Həmin ərazilərdə yerləşən məscidlər və digər dini məbədlər, qəbristanlıqlar erməni vandalizminə məruz qalmış, rus pravoslav və qədim Alban xristian kilsələrinin mənşəyinin dəyişdirilməsi siyasəti həyata keçirilib. Erməni ekstremistləri tərəfindən bölgədə işğaldan əvvəl rəsmi qeydiyyatda olmuş 67 məsciddən 65-ni tamamilə dağıdılıb, məscidlər tövləyə çevrilib, hətta orada İslamda haram buyurulan heyvanları saxlayaraq bütün İslam aləminin heysiyyətini açıq-aşkar təhqir ediblər. Hazırda işğaldan azad edilmiş ərazilərimizə müşahidəçi missiyası ilə gələn xarici qonaqlar bu yerləri “Qafqazın Xirosiması”, “ruhlar şəhəri” adlandırırlar.

İşğalçılar Azərbaycan torpaqlarını tərk edərkən həmin ərazilərdə “yandırılmış torpaq” siyasəti tətbiq edib, minlərlə mina yerləşdiriblər. Ermənistan beynəlxalq hüquqa və humanitar prinsiplərə açıq-aşkar etinasızlıq göstərərək mina xəritələrini verməkdən yayınır və ya həqiqətə uyğun olmayan saxta xəritələr təqdim edir. Müharibədən sonra erməni dini liderləri revanşist bəyanatlarla öz xalqını region üçün son dərəcə zəruri olan sülhə deyil, yeni müharibəyə çağırırlar. Ermənistan siyasi və dini dairələri beynəlxalq qurumlara və dini təşkilatlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın guya xristian abidələrini məhv etməsi barədə yalançı və böhtan xarakterli dezinformasiyalar yayır, Qarabağda Ermənistanın törətdiyi vandalizmdən diqqəti yayındırmaq məqsədilə əsl həqiqətləri pərdələməyə çalışırlar”.

Dini konfessiya rəhbərləri bildiriblər ki, fəaliyyət göstərdikləri Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədə tənzimlənir və bütün dinlər dövlət tərifindən bərabər hüquqlarla təmin olunur:

“Prezident İlham Əliyevin sərəncamları və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə iştirakı və himayəsi ilə hazırda Qarabağ torpaqları dirçəldilir və yenidən qurulur, o cümlədən Ermənistan tərəfindən dağıdılmış və talan edilmiş zəngin mədəni-tarixi irsin, eyni zamanda müsəlman və xristian məbədlərinin bərpası yönündə işlər aparılır. Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizə, o cümlədən, nisgilli Xocalıya soydaşlarımızın Böyük Qayıdışını həyata keçirir. Prezident İlham Əliyev bu günlərdə Xocalının Ballıca kəndinə qayıdan sakinlərlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.

Biz beynəlxalq və dini təşkilatları Azərbaycanda mövcud olan nümunəvi tolerantlıq və multikulturalizm mühiti ilə yerində tanış olmaq, işğaldan azad olunmuş ərazilərdə real vəziyyətlə, o cümlədən mədəni və dini abidələrimizə qarşı erməni vandalizminin nəticələrini öz gözləri ilə görərək bu qeyri-insani əməllərə obyektiv qiymət verməyə dəvət edirik”.

Müraciətdə bildirilib ki, dünyada baş verən kütləvi zorakılıq hallarının, ekstremizmin və terror cinayətlərinin vaxtında hüquqi-siyasi qiymət almamasının arxasında bəzi siyasət və din xadimlərinin, dövlətlərin, təşkilatların həmin problemlərə münasibətindəki ikili standartlar, dini və irqi ayrı-seçkilik kimi təhlükəli meyllər dayanır.

“Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq. Xocalı bərpa olunur, lakin Xocalıya tarixi ədalət bərpa olunmalıdır. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Xocalıda törədilmiş qətliam bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib. Biz bütün tərəqqipərvər ictimaiyyətə müraciət edərək Xocalı soyqırımına biganə qalmamağa və bu dəhşətli faciəni törədənləri təqsirli bilərək onların mühakimə olunması üçün öz səslərini ucaltmağa çağırırıq” – deyə, dini konfessiya rəhbərləri əlavə ediblər.

PAYLAŞIN:

Continue Reading

Previous: Siyasi analitik: Xocalı soyqırımı nifrət zəminində törədilmiş kütləvi qətldir
Next: Xocalı soyqırımından 33 il ötür

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.