Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 27
  • Bahalaşma ola bilər – Tramp “iqtisadi müharibə”ni başlatdı, Avropadan cavab gəldi

Bahalaşma ola bilər – Tramp “iqtisadi müharibə”ni başlatdı, Avropadan cavab gəldi

admin 27/02/2025
tramp_ai

 

Donald Tramp prezident seçildiyi ilk gündən Avropa İttifaqına qarşı tənqidi mövqe sərgiləyib. O, Avropanı ABŞ-nin iqtisadi maraqlarına zərbə vurmaqda ittiham edərək Aİ-ni “ticari rəqib” kimi səciyyələndirir. “New York Times” qəzetinin təhlilinə görə Trampın Avropa İttifaqına qarşı münasibəti son dörd ildə daha da sərtləşib. O, prezidentliyə başladığı andan etibarən Avropanın öz təhlükəsizliyini özü təmin etməli olduğunu, ABŞ-nin isə artıq Avropanı əvvəlki kimi dəstəkləməyəcəyini açıq şəkildə bəyan edib. Məlumatda bildirilir ki, Tramp Aİ-ni ABŞ iqtisadiyyatına zərər vurmaqda günahlandırmaqla yanaşı, bir çox Avropa ölkələrinin ticarət siyasətlərini ədalətsiz hesab edir.

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) qarşı yeni gömrük tariflərinin yaxın vaxtlarda elan ediləcəyini bildirərək, 25 faizlik rüsum tətbiq etmək qərarına gəldiklərini açıqlayıb. Trampın bu bəyanatı Avropa ölkələrində ciddi narazılığa səbəb olub, xüsusilə də Aİ-nin aparıcı dövlətləri sərt reaksiya veriblər.

Tramp Aİ-yə tətbiq ediləcək tariflərin səviyyəsinə dair suala cavabında “Qərarımızı vermişik, çox yaxında açıqlayacağıq və ümumilikdə bu, 25 faiz olacaq. Bu, avtomobillər və digər məhsullar üçün tətbiq ediləcək. Avropa İttifaqı ABŞ-ni məhv etmək üçün qurulub, amma indi mən prezidentəm”, – deyə bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Avropa İttifaqı cavab tədbiri görməyə çalışa bilər, lakin bu, nəticə verməyəcək. O, belə bir addım atılacağı təqdirdə, ABŞ-nin artıq Aİ-dən heç bir məhsul idxal etməyəcəyini vurğulayıb.

Aİ-dəki bəzi analitiklər Tramp administrasiyasının Avropaya qarşı sadəcə laqeyd olduğunu düşünürlər. Digərləri isə ABŞ-nin artıq açıq şəkildə Aİ-ni iqtisadi rəqib və hətta müəyyən mənada siyasi düşmən kimi gördüyünü iddia edirlər. Lakin hər iki qrupun ortaq qənaəti budur ki, ABŞ artıq daha az etibarlı və proqnozlaşdırılması çətin olan bir tərəfdaşa çevrilib.

Donald Trampın Avropa İttifaqı barədə səsləndirdiyi sərt fikirlərə Avropadan reaksiya gecikməyib. Polşa Baş naziri Donald Tusk Trampın “Avropa İttifaqı ABŞ-ni məhv etmək üçün qurulub” fikrinə etiraz edərək, “Aİ heç kimi məhv etmək üçün yaradılmayıb. Əksinə, ittifaqın qurulmasında əsas məqsəd sülhü qorumaq, xalqlarımız arasında qarşılıqlı hörmət və anlaşmanı gücləndirmək, sərbəst və ədalətli ticarət üçün imkanlar yaratmaq və transatlantik dostluğumuzu möhkəmləndirmək olub”, – deyə bildirib.

Tusk daha əvvəl də Aİ və ABŞ arasında mümkün ticarət müharibəsinin “tamamilə lazımsız və ağılsız” addım olduğunu bildirmiş və bundan qaçmaq üçün bütün diplomatik vasitələrdən istifadə etməyə çağırmışdı. Onun sözlərinə görə, hər iki tərəf arasında ticarət əlaqələrinin pozulması həm Aİ, həm də ABŞ iqtisadiyyatı üçün mənfi nəticələr doğura bilər.

Fransanın maliyyə naziri Erik Lombard Tramp administrasiyasının yeni gömrük tarifləri tətbiq edəcəyi təqdirdə Avropa İttifaqının da eyni addımı atacağını bəyan edib. AFP-yə verdiyi açıqlamada Lombard bildirib ki, “Amerikalılar gömrük tariflərini artırmağa davam edərsə, Aİ də eyni şəkildə cavab verəcək. Biz iqtisadi maraqlarımızı müdafiə edəcəyik və heç bir halda birtərəfli güzəştlərə getməyəcəyik”.

Fransa hökuməti də Trampın gömrük tariflərini Aİ iqtisadiyyatına yönəlmiş “təzyiq vasitəsi” kimi istifadə etməyə çalışdığını qeyd edərək, bunun Avropa sənayesinə mənfi təsir göstərəcəyini bildirib.

Tramp Avropa İttifaqına qarşı gömrük tarifləri ilə yanaşı Kanada və Meksikaya da oxşar məhdudiyyətlər tətbiq etmək niyyətindədir. O, dünənki çıxışında bu ölkələrə qarşı gömrük tariflərini dayandırmayacağını bildirib.

Aİ və ABŞ arasında ticarət gərginliyi son illərdə dəfələrlə gündəmə gəlsə də, son hadisələr bu münasibətlərin daha da pozulmasına gətirib çıxara bilər. Aİ liderləri Tramp administrasiyasının ticarət siyasətini sərt tənqid edərək, ABŞ-nin birtərəfli qərarlarla qlobal ticarət sisteminə zərər vurduğunu bildirirlər. Ekspertlər qeyd edir ki, əgər ABŞ və Aİ arasında ticarət müharibəsi baş verərsə, bu, hər iki tərəf üçün iqtisadi itkilərə səbəb olacaq. Avropa İttifaqı ABŞ-dən idxal olunan məhsullara cavab olaraq yeni gömrük tarifləri tətbiq edərsə, bu, dünya bazarında qiymətlərin artmasına və ticarət dövriyyəsinin azalmasına gətirib çıxara bilər./milli.az

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər
Next: Öcalan PKK-nı özünü buraxmağa və silahı yerə qoymağa çağırdı + VİDEO

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.