Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 27
  • “Türkiyə Ukraynaya qoşun yeridərsə…” – Postsovet məkanı tədricən Rusiya-Türkiyə müştərək idarəçiliyinə keçir

“Türkiyə Ukraynaya qoşun yeridərsə…” – Postsovet məkanı tədricən Rusiya-Türkiyə müştərək idarəçiliyinə keçir

admin 27/02/2025
türk-ordusu

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsi üçün həlledici olan indiki məqamda Türkiyəyə səfər etməsi, Türkiyəni Ukraynaya təhlükəsizlik təminatı verəcək ölkələr sırasında görmək istədiyini bəyan etməsi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsi və digər Ukraynayönlü bəyanatlar verməsi Ankaranın yaxın zamanda Kiyevdə əsas söz sahiblərindən biri ola biləcəyinə işarədir. 

Bu fonda Türkiyə qoşunlarının sülhməramlı qismində Ukraynaya girməsi ehtimalı günbəgün artır. Ən azı ona görə ki, hazırkı ABŞ administrasiyası birmənalı olaraq, sülh əldə olunandan sonra Ukraynaya qoşun göndərməyəcəyini bəyan edir, Avropanınsa bunun üçün nə samballı ordusu, nə də lazımi siyasi iradəsi, birliyi, qətiyyəti var. Həmçinin, Rusiya birmənalı olaraq, Avropanın Ukraynada hərbi varlığını istisna edir.

Rusiyanın Türkiyəyə münasibəti isə bir çox məlum səbəblərdən daha loyaldır. Bütün bunlar Türkiyənin Ukraynadakı gələcək sülhməramlı hərbi missiyanın əsas aparıcı gücü olması perspektivini xeyli artırır.

Artıq həm Qərbdə, həm də postsovet məkanında Türkiyənin Ukraynadakı hərbi mövcudluğunu real görən politoloqların, siyasi şərhçilərin dairəsi genişlənir. Məsələn, erməni əsilli türkoloq Vahram Ter-Matevosyan Ermənistan mətbuatına açıqlamasında Türkiyə hərbçilərinin Ukraynada yerləşdirilməsi ilə bağlı razılaşmanın əldə ediləcəyi ehtimalını yüksək qiymətləndirib. Onun dediyinə görə, Türkiyə qoşunlarının Ukraynaya yeridilməsi geosiyasi baxımdan çox mühüm hadisə olardı: “Biz Türkiyə-Rusiya monitorinq qruplarının həm Suriyada, həm də dağlıq Qarabağda necə işlədiyini gördük. Önəmli olan belə bir razılaşma əldə olunarsa, onların Ukraynada hansı statusda yerləşdiriləcəyidir. Əgər sülhməramlılar olacaqsa, bu bir şeydir, amma dağlıq Qarabağda olduğu kimi, atəşkəs rejiminə əməl etmək üçün qoşunlar yerləşdiriləcəksə, bu başqa məsələdir”. Onun qiymətləndirməsinə görə, postsovet məkanı tədricən Rusiya-Türkiyə müştərək idarəçiliyinə çevrilir.

Ter-Matevosyan hesab edir ki, artıq Cənubi Qafqazda bu cür idarəçilik müşahidə olunur və indi Ukrayna da belə bir platformaya çevrilə bilər: “Postsovet məkanı istər-istəməz Rusiya-Türkiyə ümumi idarəetmə ərazisinə çevrilir. Eyni zamanda, Ukraynada Türkiyəyə belə səlahiyyətlər verilərsə, bu, Avrasiya üçün əhəmiyyətli tektonik dəyişiklik olacaq. Hamı başa düşür ki, Türkiyənin ciddi geosiyasi məqsədləri var və onun Ukraynaya qoşun yeritməsi çox şeyə nail olmasına imkan verəcək. Türkiyə Krımdakı məqsədlərindən heç vaxt əl çəkməyib. Hazırda da Krım tatarlarının müdafiəçisi kimi çıxış edir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq əgər Rusiya belə bir qərarla razılaşarsa, bu, onun maraqlarına zərbə vurmuş olacaq. Eyni zamanda, Rusiya Türkiyə qoşunlarını Avropa qoşunlarından daha məqbul hesab edə bilər”.

Erməni mütəxəssis hesab edir ki, Türkiyə hazırda Rusiya-Türkiyə əməkdaşlığından Moskvadan daha çox faydalanır.

Əlbəttə, Ter-Matevosyanın dediklərində həqiqət payı kifayət qədər yüksəkdir. Türkiyə doğrudan da həm Cənubi Qafqazda, həm də Suriyada, Liviyada və ümumilikdə Yaxın Şərq regionunda Rusiyanı sıxışdırmağa nail olub. İndi isə tam olmasa da, buna bənzər proses Ukraynada müşahidə edilə bilər. Ukraynada sülhməramlı adı ilə xarici hərbi qüvvələrin yerləşdirilməsi qərara alınarsa (həm Ukrayna və Avropa, həm də ABŞ bunda təkid edir) və Rusiya “Avropa, ABŞ, yoxsa Türkiyə” seçimi qarşısında qalarsa, böyük ehtimalla sonuncuya üstünlük verə bilər. Türkiyə Kremli hər nə qədər yuxarıda qeyd etdiyimiz regionlarda sıxışdırsa da, Moskva üçün Ankara ilə anlaşmaq daha asandır. Bu kontekstdə son olaraq ABŞ ilə Rusiya heyətləri arasında danışıqların məhz İstanbulda keçirilməsinə qərar verilməsi də çox şeydən xəbər verir.

Həmçinin, Ukrayna cəmiyyətində Türkiyəyə münasibət yaxşıdır. Son rəy sorğularına görə, ukraynalıların 57 faizi Türkiyə Prezidenti Ərdoğana etimad bəsləyir. Bu göstərici üzrə Ərdoğan Almaniya Kansleri Olaf Şoltsla eyni mövqedədir. Məsələn, Britaniya Baş naziri Kir Starmerdə bu göstərici 56 faizdir. Həm Almaniya, həm də Britaniya Ukraynaya hərbi və maliyyə yardımında aparıcı ölkələrdən sayılsalar da, göründüyü kimi, Ukrayna cəmiyyəti Türkiyəyə onlardan az etibar etmir. Beləliklə də, hadisələrin gedişi göstərir ki, artıq çoxdan məhdud regional güc statusundan çıxmağa müvəffəq olan Türkiyə daha bir uğura Ukraynada imza ata bilər…/azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Ramazan ayının başlaması ilə bağlı fətva verilib
Next: İlham Əliyev və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.