Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 27
  • “Xocalıya Ədalət” kampaniyası beynəlxalq müstəvidə

“Xocalıya Ədalət” kampaniyası beynəlxalq müstəvidə

admin 27/02/2025
xocali-cenosid

 

2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında bir günlük antiterror əməliyyatında tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olunub.

2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağı ucaldılıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad etməklə yeni tarixi dövrə imza atıb.

Azərbaycan dövlətinin qəti mövqeyi və ədalətin bərpası isiqamətində aparılan diplomatik səylər nəticəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-nin 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıyıb. Xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.

33 il ərzində Xocalı soyqırımının dünyada tanıdılması,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” kampaniyasının geniş təbliğ olunması üçün xaricdəki Azərbaycan icmaları müstəsna xidmətlər göstərib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan diasporunun dünya ictimaiyyətini məlumatlandırması, ədalət çağırışları etməsi fəaliyyətin çoxistiqamətliliyi və müxtəlif formatlı olması ilə diqqət çəkir. Heydər Əliyev Fondunun hazırladığı əyani vəsaitlər diaspor təşkilatlarının təbliğat kampaniyalarında, tədbirlərdə  geniş istifadə olunub və kampaniyanın təsir gücünün artmasında ciddi rol oynayıb.

Azərbaycan diasporunun bu sahədəki fəaliyyətinə dair bəzi faktları sadalamaq yerinə düşər. 2020-ci ildə Berlində Brandenburq qapıları qarşısındakı Paris meydanında keçirdiyi II Ümumavropa Qarabağ mitinqi, 2022-ci ildə Vaşinqtonda Kapitoli binasının qarşısında təşkil edilən Ümum-Amerika Xocalı mitinqi, 2023-cü ildə Vyanada keçirilən Ümumavropa Qarabağ mitinqi beynəlxalq ictimaiyyətin soyqırımla bağlı müfəssəl məlumatlandırılmasında xüsusi rol oynayıb.

Son illər xaricdəki Azərbaycan icmaları “Xocalıya Ədalət” kampaniyası çərçivəsində ümumilikdə 1000-dən çox müxtəlif xarakterli maarifləndirici tədbir, onlarla elmi konfrans təşkil edib. Bu il-Xocalı soyqırımının 33-cü ilində diaspor təşkilatları daha böyük fəallıq nümayiş etdirərək 100-dən çox tədbir təşkil ediblər. Yerli ictimaiyyətin nümayəndələrinin də qatıldığı tədbirlərdə soyqırımla bağlı geniş məlumat verilib, Heydər Əliyev Fondunun hazırladığı videoçarxlar nümayiş olunub və maraqla qarşılanıb. Hazırda onlarla ölkənin mərkəzi şəhərlərində soyqırım faktlarının əks olunduğu elektron lövhələr quraşdırılıb, LED ekranlı avtomobillər küçələrdə hərəkət edərək yerli cəmiyyətlərin məlumatlandırılması işini həyata keçirir. Xarici ölkələrdə aparılan “Xocalıya Ədalət” kampaniyası fevralın sonunadək davam edəcək.

Vaşinqton, Nyu-York, Mayami, Boston, Filadelfiya, Atlanta, Çikaqo, San Fransisko, Hyuston, Denver, London, Roma, Haaqa, Saloniki, Cenevrə, Tallin, Riqa və dünyanın onlarla digər iri şəhərlərində LED ekranlı avtomobillərdə Xocalı soyqırımı ilə bağlı məlumatlar təqdim olunur və həmin dəhşətləri əks etdirən təsvirlər yerləşdirilir. Bu təsirli aksiya soyqırımla bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük təbliğat kampaniyasının tərkib hissəsidir.

Azərbaycan diaspor təşkilatlarının soyqırımın tanıdılması istiqamətində gördüyü işlərdən biri də dünyanın nüfuzlu ali məktəblərində, elmi və beyin mərkəzlərində beynəlxalq konfransların təşkil olunmasıdır. Xüsusilə ABŞ-nin müxtəlif şatatlarında keçirilən və onlarla xarici alimin, jurnalistin, tarixçinin iştirak etdiyi bu cür müzakirə platformaları tarixi həqiqətlərin üzə çıxmasında böyük rol oynayır. DİDK-nın dəstəyi və diasporun  təşkilatçılığı ilə dünyanın Stənford, Corc Vaşinqton, Kolumbiya kimi nüfuzlu universitetlərində təşkil olunan elmi müzakirələr “Xocalıya Ədalət” kampaniyasının, eləcə də Qarabağla bağlı məlumatların yayılma arealını daha da genişləndirib.

Nümunə üçün deyə bilərik ki, ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Keçmişlə Gələcək Arasında Körpü” adlı II Beynəlxalq Dialoq Konfransı dərin elmi müzakirə platformasına çevrilib və iştirakçıların marağına səbəb olub. Amerikalı jurnalist, “BBC”, “CNN”, “Əl-Cəzirə” kanallarının siyasi şərhçisi Kelvin Dark, Çində fəaliyyət göstərən geosiyasi analitik Malik Ayub Sumbal, braziliyalı jurnalist Fabiana Ceyhan, ABŞ-nin Milli Müdafiə Universitetinin dosenti Stefan Bruks çıxışlarında tarixi həqiqətlər barədə tutarlı faktlar səsləndirib,  Xocalı soyqırımının müasir dünyanın ən böyük vəhşiliklərindən biri olduğunu dilə gətiriblər.

Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımına həsr oluna tədbir də Qarabağ və ümumilikdə regiondakı mövcud vəziyyətlə bağlı gerçək faktların çatdırılması, erməni dezinformasiyalarının qarşısının alınması, bölgədəki sülh və normallaşma prosesinə diqqətin cəlb olunması baxımından əhəmiyyət daşıyıb. Bu və bunun kimi onlarla faktı sadalamaq mümkündür.

Xaricdəki Azərbaycan icmalarının müstəsna xidmətlərindən biri müxtəlif ölkələrdə, o cümlədən ABŞ-nin ayrı-ayrı ştat və şəhərlərində Xocalı soyqırımı ilə bağlı bəyannamələrin imzalanması, eləcə də Xocalı günlərinin elan olunması olub. Bu da erməni vandallarının Azərbaycan torpaqlarında törətdikləri qətliama hüquqi qiymətin verilməsi baxımından atılan ən mühüm addımlardır.

Diaspor üzvləri hər il Xocalı soyqırımını əks etdirən fotosərgilər, anım konsertləri təşkil edir, kitablar çap olunur, sənədli filmlər hazırlanaraq məşhur salonlarda xarici auditoriyaya təqdim olunur, onlarla məqalə xarici mətbuatda çap olunur.

Xocalı soyqırımının  dünya arenasında daha geniş tanıdılması məqsədilə xarici ölkələrdəki Azərbaycan Evlərində, həftəsonu Azərbaycan və Qarabağ məktəblərində, Koordinasiya Şuralarının vasitəsilə, Azərbaycan Diaspor Gəncləri platforması üzərindən Xocalı soyqırımının ildönümləri qeyd edilir, BMT-nin bütün dillərində dünya ictimaiyyətinə müraciətlər ünvanlanır.  Həftəsonu məktəblərində təhsil alan yeni nəsil diaspora soyqırımı haqqında dərslər, seminarlar keçirilir, qətliamın acı nəticələri və onun beynəlxalq hüquq müstəvisinə çıxarılmasının vacibliyi barədə maarifləndirmə işləri aparılır.

Son illər komitənin və xaricdə yaşayan soydaşlarımızın müxtəlif ölkələrdəki elmi mərkəzlərlə, ali təhsil ocaqları ilə əlaqələri daha da genişlənib, məşhur kitabxanalara müasir Azərbaycan tarixi ilə bağlı kitablar hədiyyə olunub. Bundan başqa, yüzlərlə xarici alim, tarixçi və jurnalist ölkəmizə dəvət olunub, beynəlxalq elmi müzakirələr aparılıb, onların Qarabağa səfərləri təşkil olunub. İşğaldan azad olunan ərazilərə səfərləri təşkil olunan xaricilərin sayı artıq 1000-i ötüb.

DİDK xaricdəki Azərbaycan icmalarının Xocalı soyqırımı ilə bağlı müfəssəl məlumatlandırılması istiqamətində davamlı tədbirlər görür. Diaspor Gənclərinin Laçında keçirilən V Yay Düşərgəsinin iştirakçılarının Xocalıya səfərinin təşkil olunması da bu baxımdan mühüm hadisədir.

Xocalı azaddır, bir vaxtlar erməni işğalçılarının qanlı çəkmələrinin altında qalan torpaqlarımızda yeni dövr başlayıb. Yeni dövr xaricdəki azərbaycanlıların üzərinə dezinformasiyaların qarşısının alınması, beynəlxalq ictimaiyyətin doğru məlumatlandırılması, informasiya balansının Azərbaycanın xeyrinə dəyişdirilməsi istiqamətində yeni məsuliyyət qoyur. Müharibə və postmüharibə dövründə informasiya müharibəsinin kifayət qədər fəal iştirakçısı və ağıllı tərəfi ola bilən diasporumuz bu məsuliyyəti ustalıqla yerinə yetirir və diasporumuzun artıq “yumşaq güc”ə çevrilməsi danılmazdır. Azərbaycan dövləti ilə vəhdət halında fəaliyyət göstərən icmalarımız erməni diasporu mifini çoxdan alt-üst edib. Uduzmuş və zəifləmiş erməni diasporunun “yalan maşını” işləsə də, Azərbaycan diasporunun ağıllı, düşünülmüş, strateji addımları qarşısında heç bir irəliləyişə nail ola bilmir.

Azərbaycan diasporu artıq yaşadıqları ölkələrin ictimaiyyəti ilə gerçək bağlar qura bilən, mobilliyi olan, hədəfləri üçün birləşməyi, strateji düşünməyi bacaran, icmalaşma prosesinə konseptual yanaşmağı hədəfləyən bir qüvvədir.

PAYLAŞIN:

Continue Reading

Previous: Paşinyanın Bakıya məntiqsiz təklifi: Bu, tarixən olmayıb!
Next: Prezident İlham Əliyev Ərdoğanı təbrik edib

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.