Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 3
  • Alın yazısını özü yazan futbolçu

Alın yazısını özü yazan futbolçu

admin 03/03/2025
salah

 

2012-ci il. Misir televiziyalarından birinin canlı yayımında gənc futbolçu klub rəhbərliyinə müraciətlə az qala yalvararaq, onu Avropaya, İsveçrə “Bazel”inə buraxmalarını xahiş edir. Cavan bir oyunçu üçün bu, olduqca böyük riskdir. Bu elə bir dövrdür ki, Port-Səid stadionundakı faciədən sonra ölkədə futbol çempionatı dayandırılıb. Misirin aparıcı klubları yaxşı maaş ödəyir və oyunçuları asanlıqla buraxmaq istəmirlər. Cəmi 19 yaşı olan bu gənc isə anlayırdı ki, alın yazısını məhz özü yazmalıdır. Bu gün onun həyat yolunu Misirdə dərsliklərə salırlar. Futbol eşqi ilə yanan həmin cavan oğlan müasir futbolun ən parlaq simalarından olan Məhəmməd Salah idi.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

Yoxsulluq və çətinliklər içində keçən uşaqlıq

Kiçik Naqriq kəndində dünyaya gələn gələcəyin ulduzunun uşaqlıq illəri yoxsulluq və çətinliklər içində keçib. Yeganə arzusu top qovmaq olan və saatlarla çətin şəraitdə məşq edən Salah futbolun onun üçün sadəcə bir oyun olmadığını, həyat tərzi olduğunu erkən yaşlarından dərk etmişdi. On yaşında skautların diqqətini çəkən balaca Məhəmməd “Əl-Mökavlun”da özünü göstərdikdən sonra böyük keşməkeşlə 2.5 milyon avro qarşılığında “Bazel”ə keçməyi bacardı. İsveçrədəki iki mövsüm onun üçün yeni qapılar açdı və “Çelsi”nin diqqətini çəkdi.

Londonda ulduzların arasında gözlədiyi qədər oyun şansı əldə edə bilməyən gənc misirli geri çəkilmədi. 2015-ci ildə “Fiorentina”ya icarəyə göndərildi və burada öz bacarıqlarını nümayiş etdirməyə başladı. Daha sonra “Roma”ya keçid edən Salah İtaliya çempionatında möhtəşəm performans sərgiləyərək özünü bütün Avropaya tanıtdı. 2016-2017 mövsümündə “Roma”nın ən məhsuldar oyunçularından biri olmaqla yenidən “Dumanlı Albion” yolu açılan Məhəmməd tezliklə “Dövrünün Fironu” hesab olunmağa başlayacaqdı.

İkiqat reinkarnasiya

“Liverpul”la Salahın yolunun kəsişməsi hər ikisi üçün yeni yolun başlanğıcı idi: bir tərəfdə özünü hələ də tam olaraq sübut edə bilməyən saf istedad, digər tərəfdə 30 ilə yaxın çempionluq üzü görməyən nəhəng klub. Bu keçid Mersisayd təmsilçisinə cəmi 42 milyon avroya başa gəlmişdi. Həmin transferdən cəmi bir ay sonra Neymarın “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olduğunu xatırlayanda, bu məbləğ, həqiqətən, çox az idi.

Salah “Liverpul”da ilk ilində 32 qolla Premyer Liqanın bombardiri oldu. O, təkcə fərdi performansı ilə deyil, həm də komandanın oyun üslubuna verdiyi dinamika ilə “qırmızılar”ın hücum xəttində əsas fiqura çevrildi. Növbəti mövsüm “Liverpul” UEFA Çempionlar Liqasının qalibi oldu. Finalda “Tottenhem”lə matçın əvvəlində vurduğu qol komandasının titulu əldə etməsində böyük rol oynadı. Bir il sonra isə “Liverpul” uzunmüddətli arzusuna məhz Salahın əla performansı ilə çatacaqdı. Ölkə çempionatı Premyer Liqa adlanandan heç vaxt qalib ola bilməyən komanda 2019-cu ildə hədəfini reallaşdıra bildi. Salah vurduğu 19 qolla çempionluğun memarlarından idi. Hər iki tərəf üçün reinkarnasiya adlandıra biləcəyimiz bu perioda Avropa Super Kuboku, klublararası dünya çempionluğu, İngiltərə Liqa və Federasiya kubokları və bir neçə digər titulu sığışdırmaq mümkün oldu.

Onun böyük ürəyi

Salah sadəcə bir futbolçu deyil. O, meydanda və meydandan kənarda bir əfsanəyə çevrilən, sadə bir kənd uşağından dünya futbolunun zirvəsinə yüksələn modern zamanın qəhrəmanıdır. Salahın uğur yolu əzmkarlıq, sədaqət və inamın insanı haralara daşıya biləcəyinin canlı sübutudur. Onun hekayəsi təkcə futbolsevərlər üçün yox, hər kəs üçün ilhamvericidir. Əlbəttə, təkcə meydandakı performansı bir nəfəri bu qədər sevdirə bilməzdi.

Salahın xeyirxahlığı haqqında əfsanələr çoxdur: Basyun şəhərindəki xəstəxanaya 560 min funt sterlinq, Qahirədəki Milli Xərçəng İnstitutuna 2.5 milyon funt sterlinqlik yardımlar, pandemiya zamanı minlərlə ton ərzaq, təcili yardım mərkəzi, oksigen silindirləri, su təmizləmə zavodu, qızlar məktəbi, Qəzza bölgəsinə humanitar yardım, Misir Qırmızı Aypara Cəmiyyətinə ianələr və sair…

Pazlın son parçası

Salah futbolçu kimi əldə edə biləcəyi bütün böyük mükafatları qazanıb. Burada yalnız dünya çempionluğunu istisna edə bilərik ki, onu da anlamaq çətin deyil. Futbol hər şeydən əvvəl komanda oyunudur və Misir yığmasının bu potensialı sadəcə yoxdur. Lakin fərdi olaraq Salah “Qızıl top”u əldə edə bilər – hər nə qədər son illərdə bu mükafatın təqdim edilməsi zamanı kollektiv nəticələrə önəm verilsə də.

İl yeni başlayıb, lakin hətta indidən Salahı “Qızıl top”a namizəd göstərənlər az deyil. Ən yaxın izləyicisi ilə ciddi fərq yaradan “Liverpul” Premyer Liqada çempionluğa çox yaxındır. Komandanın göstərdiyi oyun Çempionlar Liqasında da titul əldə etməyi olduqca real edir. Uzaq 2017-ci ildəki performansından sonra “bir mövsümlük oyunçu” damğası vurulan Məhəmməd Salah isə 27 oyunda vurduğu 25 qolla Premyer Liqanın bombardiridir.

Salahın hekayəsi bir futbolçunun necə qlobal simvola çevrilə biləcəyinin ən gözəl nümunələrindən biridir. O, sadəcə bir oyunçu deyil – bir millətin fəxri, bir klubun simvolu və dünya futbolunun əfsanəsidir.

PAYLAŞIN:

Continue Reading

Previous: “İlham Əliyev bizim olsaydı…” – Arestoviç nəyi qəsd etdi?
Next: Türkiyənin XİN başçısı Avropa liderlərinin Ukrayna ilə bağlı görüşlərinin sıx-sıx olacağını açıqlayıb

OXŞAR MÖVZULAR

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026

XƏBƏR LENTİ

  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026
  • Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır 22/05/2026
  • Anar Quliyev: “WUF13-ə ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir” 22/05/2026
  • Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı 22/05/2026
  • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” 22/05/2026
  • Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? 22/05/2026
  • Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq 22/05/2026
  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.