Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 3
  • “İlham Əliyev bizim olsaydı…” – Arestoviç nəyi qəsd etdi?

“İlham Əliyev bizim olsaydı…” – Arestoviç nəyi qəsd etdi?

admin 03/03/2025
prezident-eliyev-saat

 

II Dünya müharibəsindən sonra qurulan, Soyuq müharibənin bitməsi ilə yenidən formalaşan dünya nizamının tranformasiyaya uğradığı, beynəlxalq münasibətlər sisteminin çətin sınaq qarşısında qaldığı müşahidə edilir. Ukrayna ətrafında baş verənlər – bir ölkənin ərazi bütövlüyünün və suverenliyinin geosiyasi bazarlığa çıxarıldığı vəziyyət bunun real örnəyidir və belə görünür ki, Trampın Ağ Evə qayıdışından sonra qlobal nizam xaos mərhələsinə qədəm qoyub. Hərçənd, Ukraynada müharibənin başlandığı 3 il öncəki proseslərə diqqət etdikdə bugün baş verənlərin təməlinin Bayden administrasiyası zamanı qoyulduğunu görmək mümkündür.

Rusiyanın Ukraynaya hücumu kollektiv Qərb tərəfindən qlobal güc kimi qəbul edilmək məqsədi daşıyırdı, lakin burada təkcə Moskvanın yox, Vaşinqtonun da maraqları vardı: ABŞ bu müharibə ilə mərkəzdən qaçan və Çinlə əməkdaşlığı genişləndirərək, “güc mərkəzi”nə çevrilmək istəyən Avropanı öz çətiri altına qaytarmağı, eyni zamanda, qlobal hakimliyinə rəqib kimi önə çıxan Pekinin qarşısını kəsməyi planlaşdırırdı.

Üç il davam edən müharibədə hər iki tərəf – ABŞ və Rusiya hədəflərinə, müəyyən qədər də olsa, nail oldular.

– Moskva Şərq cəbhəsində “əsas güc” olduğunu nümayiş etdirdi və bunun qəbul etdirilməsi istiqamətində irəliləyiş əldə etdi;

– Vaşinqton Qərb cəbhəsində Avropanın “güc mərkəzi”nə çevrilməsinin qarşısını aldı və öz nəzarətini gücləndirdi.

Müharibənin gedişində Ukraynanın geosiyasi hesablaşmada poliqon kimi istifadə edildiyi daha aydın görünürdü. Ukraynanı silahlandıran ABŞ və Avropa ölkələri bu silahlardan Rusiya ərazisində istifadə edilməsinə imkan vermir, o cümlədən, Kiyev üçün həyati əhəmiyyət kəsb edən hava hücumundan müdafiə sistemlərini göndərmirdi. Ukraynaya silahlar faktiki olaraq, qalib gəlməsi üçün yox, müharibəni davam etdirmək üçün verilirdi.

Nəticə göz önündədir. Yüz minlərlə qurban, milyonlarla qaçqın, dağılmış infrastruktur, qaranlıq gələcək.

Və ən dəhşətlisi odur ki, üç illik müharibədən sonra bu müddətdə geosiyasi məqsədləri naminə Ukraynanı poliqona çevirənlər indi onun təslim olmasını istəyirlər. Rəsmi Kiyev olmadan danışıqlar aparan ABŞ və Rusiya müharibənin bitməsini müzakirə edir və hər iki tərəfin Ukraynadan almaq istədikləri var.

– Rusiya 2014-cü ildəki sərhədlərin (Krım və Donbasın bir hissəsi) qəbul edilməsini, eləcə də müharibədə zəbt etdiyi ərazilər üzərində nəzarətin tanınmasını istəyir;

– ABŞ müharibə dövründə verdiyi yardımların qarşılığında Ukraynanın faydalı qazıntılarından – neft və qaz, eləcə də infrastrukturu da daxil olmaqla – strateji əhəmiyyətli sərvətlərindən əldə olunan gəlirlərin ən azı 50 faizini tələb edir;

Faktiki olaraq, iki oyunçudan biri – Rusiya – Ukraynanın ərazisini, digəri – ABŞ – sərvətlərini istəyir. Əslində müharibənin başlanmasında geosiyasi hədəflərin bu olduğu aydın görünürdü: qlobal güc kimi qəbul edilməyə çalışan Rusiyanın bu istəyi ABŞ tərəfindən təmin olunur; Avropanın “güc mərkəzinə” çevrilməsini istəməyən və Çinin önünü kəsməyi planlaşıran ABŞ hədəflərinə müəyyən qədər də olsa çatır; yekunda Ukraynadan daha qazanclı çıxmağın müzakirəsini aparırlar.

Ukrayna örnəyi bir neçə strateji faktoru yenidən aktuallaşdırdı:

1. Hər bir ölkə milli təhlükəsizliyini öz imkanları çərçivəsində təmin etməlidir;

2. Qlobal güclərin geosiyasi hesablaşmasında tərəf olmaq günün sonunda ölkənin məhv olmaq təhlükəsini də özü ilə gətirir;

3. Hər bir ölkə belə bir vəziyyətlə üzləşməmək üçün doğru siyasət izləməli və daim güclü olmalıdır.

“Belə vəziyyətə düşməmək üçün İlham Əliyev olmağı bacarmaq lazımdır. Azərbaycan prezidenti öz xarici siyasətinə görə həqiqətən də postsovet məkanı üçün nümunədir. O, Qərbə heç bir zaman güvənmədi, Rusiya qarşısında isə balansı sona qədər qoruya bildi, lazım gələndə Rusiyaya qarşı da mövqe qoydu”.

Bunu Ukrayna ordusunun ehtiyatda olan polkovniki, Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.

Ukraynada Azərbaycan lideri İlham Əliyevi tez-tez nümunə göstərirlər. Haqlıdırlar, çünki təkcə postsovet məkanında yox, qlobal müstəvidə ölkəsinin geosiyasi toqquşmaların poliqonuna çevrilməsinə imkan verməyən, həm də bu toqquşmalardan maksimum yararlanaraq, milli maraqlarını qoruyan yeganə lider İlham Əliyevdir. Ukraynadan fərqli olaraq, Azərbaycan 30 il işğaldan əziyyət çəkdi və Qarabağ münaqişəsi dünyada yeganə məsələ idi ki, ABŞ və Rusiyanın timsalında qlobal oyunçular uzlaşma xəttindən çıxış edirdilər. Dünyanın müxtəlif coğrafiyalarında toqquşan tərəflər məhz Qarabağda ortaq mövqe sərgiləyir, Ermənistanın maraqlarını müdafiə edirdi. 2023-cü ilin 20 sentyabrında Xankəndidə suverenliyimizin bərpası ilə nəticələnən antiterror tədbirlərindən üç gün öncə – 17 sentyabrda ABŞ, Rusiya və Fransa nümayəndələrinin İstanbulda gizli toplantı keçirməsi, Azərbaycanın qarşısının alınmasının yollarını müzakirə etməsi də bunun örnəklərindən biridir. Halbuki həmin vaxt ABŞ və Rusiya Ukraynada toqquşurdu. Bütün bunlara rəğmən, İlham Əliyev Azərbaycana qarşı birləşən qlobal gücləri “oyundankənar vəziyyətə” salaraq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Buna görə dünyada “İlham Əliyev olmağı bacarmaq lazımdır” fenomeni yaranıb.

Ukraynada baş verənlər fonunda qlobal nizamın dağılması, meydana çıxan yeni geosiyasi şərtlər Azərbaycanın da qaşısında yeni çağırışlar qoyur. Bu, İlham Əliyevin yaratdığı güclü Azərbaycan fenomeninin qorunması naminə dövlət-xalq birliyinin möhkəmləndirilməsindən ibarətdir. Çünki dünyada qlobal anarxiya mərhələsi başlanır:

– II Dünya müharibəsindən sonra formalaşmış Avroatlantik məkanda daxili ziddiyyətlər yaranıb: ABŞ Avropanın maraqlarını nəzərə almır, Avropa Birliyinə üzv ölkələr arasında qarşıdurma genişlənir, “Köhnə qitə”də indiyə qədər təbliğ olunan dəyərlər arxa plana keçir;

– Beynəlxalq hüquq və bu hüququn təminatçısı rolunda çıxış edən institutlar sıradan çıxır: artıq BMT-nin təsir mexanizmləri mübahisə mövzusudur, ABŞ-ın dünyanın ali orqanından çıxmaq istiqamətində atdığı addımlar prosesi daha da sürətləndirir;

– Liberal dəyərlər yerini ultra-radikalizmə, liberal bazar iqtisadi müharibələrə verir;

– Dünyada “güclü olan haqlıdır” prinsipi artıq aksiomaya çevrilməkdədir.

Qlobal cəngəlliyi xatırladan geosiyasi vəziyyətdə dünya faktiki olaraq qeyri-müəyyən perspektivlərlə üzləşib. Bu mənzərə hər bir dövləti öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün güclü olmaq, öz gücünə arxalanmaq çağırışı ilə üz-üzə qoyub, o cümlədən, Azərbaycanı. Azərbaycan digər dövlətlərlərdə ən azı bir addım öndədir, çünki milli lider İlham Əliyev qlobal çağırışlara qarşı ölkənin immun sistemini daha öncədən gücləndirib və bu gün güclü Azərbaycan fenomeni beynəlxalq münasibətlər sistemində nümunə olaraq qəbul edilir. İndi dövlət və xalq olaraq, güclü Azərbaycan fenomenini qorumaq üçün daha sıx birləşmək, dövlət-xalq birliyini möhkəmləndirmək milli vəzifəmizdir.

Müəllif
Asif Nərimanlı
PAYLAŞIN:

Continue Reading

Previous: Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? – Qənirə Ataşova sensasion sənədlər yaydı
Next: Alın yazısını özü yazan futbolçu

OXŞAR MÖVZULAR

nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026
iran-rusiya-fl

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə…

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026
  • Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır 22/05/2026
  • Anar Quliyev: “WUF13-ə ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir” 22/05/2026
  • Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı 22/05/2026
  • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” 22/05/2026
  • Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? 22/05/2026
  • Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq 22/05/2026
  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.