Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 4
  • “Zelenski ilə görüşünüzü dəhşət və ikrah hissi ilə izlədik…” – Lex Valensa və 39 keçmiş siyasi məhbusdan Trampa qəzəbli məktub

“Zelenski ilə görüşünüzü dəhşət və ikrah hissi ilə izlədik…” – Lex Valensa və 39 keçmiş siyasi məhbusdan Trampa qəzəbli məktub

admin 04/03/2025
lex valensa

 

Polşanın keçmiş Prezidenti və “Həmrəylik” hərəkatının lideri Lex Valensa və digər 39 keçmiş Polşa siyasi məhbusu ABŞ Prezidenti Donald Trampa məktub yazaraq Volodimir Zelenski ilə görüşündəki atmosferdən qəzəbləndiklərini bildiriblər.

Məktubun tam mətnini oxuculara təqdim edirik:

“Zati-aliləri, cənab Prezident! Biz, Sizin Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətinizin hesabatını qorxu və ikrahla izlədik. Rusiyaya qarşı mübarizə aparan Ukraynaya ABŞ-nin verdiyi maddi yardıma görə minnətdarlıq gözləməyinizi təhqiredici hesab edirik. Minnətdarlıq, azad dünyanın dəyərlərini müdafiə üçün canından-qanından keçən qəhrəman Ukrayna əsgərlərinə düşür. Onlar artıq 11 ildən çoxdur ki, bu dəyərlər və vətənlərinin müstəqilliyi uğrunda – Putin Rusiyasının təcavüz etdiyi torpaqlarında – ön cəbhədə canlarından keçirlər.

Azad dünyanın simvolu olan bir ölkənin lideri bunu necə görə bilmir, başa düşə bilmirik.

Bizim təşvişimizə səbəb olan başqa bir məqam isə Oval Kabinetdə bu söhbət zamanı yaranan atmosferin bizə yaxşı tanış olan təhlükəsizlik xidməti istintaq otaqlarını və kommunist məhkəmələrindəki debat otaqlarını xatırlatması oldu. Hakimiyyətin əlində bütün imkanların olduğunu bildirən prokurorlar və hakimlər işimizi dayandırmağı tələb edirdilər, çünki guya bizim ucbatımızdan minlərlə günahsız insan əziyyət çəkirdi. Hakimiyyətlə əməkdaşlıqdan və minnətdarlıq göstərməkdən imtina etdiyimiz üçün bizi azadlıq və vətəndaş hüquqlarımızdan məhrum edirdilər. Cənab Prezident Volodimir Zelenskiyə də eyni cür münasibət göstərilməsinə heyrətlənirik.

XX əsrin tarixi göstərir ki, hər dəfə ABŞ demokratik dəyərlərdən və Avropadakı müttəfiqlərindən uzaqlaşmaq istəyəndə, bu, onların özləri üçün təhlükəyə çevrilir. 1917-ci ildə ABŞ-nin Birinci Dünya müharibəsinə qoşulmasına qərar verən Prezident Vudro Vilson bunu başa düşürdü. Prezident Franklin Delano Ruzvelt də bunu anlayaraq, 1941-ci ilin dekabrında Perl Harbora hücumdan sonra Amerikanın müdafiəsi uğrunda müharibənin yalnız Sakit okeanda deyil, həm də Avropada – Üçüncü Reyxin hücumuna məruz qalan ölkələrlə ittifaqda aparılmasına qərar verdi.

Biz xatırlayırıq ki, Prezident Ronald Reyqan və ABŞ-nin maliyyə dəstəyi olmasaydı, Sovet İttifaqı imperiyasının çökməsi mümkün olmazdı. Prezident Reyqan başa düşürdü ki, sovet Rusiyasında və onun işğal etdiyi ölkələrdə milyonlarla insan əsarət altındadır, o cümlədən demokratik dəyərləri müdafiə etdiklərinə görə azadlıqlarını itirən minlərlə siyasi məhbus. Onun böyüklüyü, o cümlədən, SSRİ-ni “Şər İmperiyası” adlandırmaqdan çəkinməməsi və ona qarşı qətiyyətli mübarizə aparması ilə ölçülürdü. Biz qalib gəldik və bu gün Varşavada, ABŞ səfirliyinin qarşısında Prezident Ronald Reyqanın heykəli ucalır.

Cənab Prezident, maddi yardım – hərbi və maliyyə – Ukraynanın, Avropanın və bütövlükdə azad dünyanın müstəqilliyi və azadlığı naminə tökülən qanla eyni dəyərdə ola bilməz. İnsan həyatı əvəzsizdir, onun dəyəri pulla ölçülə bilməz. Minnətdarlıq, qanı və azadlığı ilə qurban verənlərə düşür. Bizim üçün – “Solidarnost” hərəkatının üzvləri, Sovet Rusiyasına xidmət edən kommunist rejimin keçmiş siyasi məhbusları üçün bu, açıq-aydındır.

Biz ABŞ-ni 1994-cü il Budapeşt Memorandumunda Böyük Britaniya ilə birlikdə Ukraynanın toxunulmaz sərhədlərini qorumaq üçün verdiyi zəmanətdən geri çəkilməməyə çağırırıq. Bu zəmanətlər qeyd-şərtsizdir: həmin sənəddə belə bir yardımın iqtisadi mübadilə kimi qəbul edilməsinə dair heç bir qeyd yoxdur”./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan və Qazaxıstan aqrar sahədə birgə layihələr icra edəcək
Next: Prezident İlham Əliyev “Tatneft”, “KazMunayQaz” və “Uzbeknefteqaz” şirkətlərinin rəhbərlərini qəbul edib

OXŞAR MÖVZULAR

putin-neba

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026
vaş-tehr

Vaşinqton-Tehran xəttində kritik mərhələ

admin 07/05/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026
  • Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.