Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 5
  • Sədrinə töhmət verilən qurum 103 milyon zərərlə işləyib

Sədrinə töhmət verilən qurum 103 milyon zərərlə işləyib

admin 05/03/2025
fuad-nagiyev-yeni

 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilməsi, eləcə də agentliyin aparat rəhbəri Kənan Qasımovun işdən çıxarılması ilə bağlı yayılan xəbərlər müzakirə mövzusu olaraq qalır. Xüsusilə, son illər agentliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ilə turizimin inkişafı sahəsində aparılan işlərlə tərs mütənasibdir.

Bu ilin büdcəsindən ölkədə turizm imkanlarının genişləndirilməsi, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması üçün Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən 53,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

2024-cü ildə Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən 54,4 milyon manat, o cümlədən “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon manat vəsait nəzərdə tutulub.

2023-cü ilin dövlət büdcəsinin “İqtisadi fəaliyyət” bölməsinin “Turizm” paraqrafı üzrə xərclərinə 29,8 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyinin hesabatları göstərir ki, agentlik əsasən Azərbaycanın turizm imkanlarının dünyada tanıdılması adı altında vəsaitləri xərcləyib.

Rusiya, Almaniya, İngiltərə, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə, Qazaxıstan, İspaniya, Çin, Özbəkistan, Yaponiyada sərgi üçün stendlərin tikilişinə 1,7 milyon manat, Azərbaycan turizminin təbliğatı üçün Gürcüstan ofisinin saxlanmasına 0,2 milyon manat, BMT-nin İnkişaf Proqramının Azərbaycanda Regionların Dayanıqlı Turizminin İnkişafı ilə bağlı Proqramına dəstəklə bağlı xərclərə 2,9 milyon manat, xarici ölkələrdə Azərbaycan turizminin təbliği üçün sərgilərdə iştirak etmək məqsədi ilə sahələrinin icarəsinə (Rusiya, Almaniya, İngiltərə , BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə, Qazaxıstan, İspaniya, Çin, Özbəkistan, Yaponiya), Worldchef ilə birgə əməkdaşlıq çərçivəsində Avstriya, Lüksemburq İtaliya, BƏƏ kimi ölkələrdə Azərbaycanın dünyaca məşhur yeməklərinin kulinariya yarışlarında təqdim olunmasına 2,9 milyon manat, xarici ölkələrdə təbliğat xarakterli işlər, həmçinin dünyaca məşhur rəqəmsal yayım platformalarında təbliğat işlərinin aparılmasına 2,1 milyon manat, İslam Əməkdaşlığı Təşkilatları ilə Turizm əlaq ələrinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərə 0,1 milyon manat, Türk dünyası Təşkilatları ilə turizm əlaqələrinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərə isə 0,1 milyon manat vəsait xərcləyib.

Agentliyin sərgilərə xərclədiyi vəsaitlər açıq tender elanlarından da görünür. Məsələn, qurum bu ilin fevralında 18-20 mart 2025-ci il tarixlərində Moskvada keçiriləcək “MITT 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması ilə bağlı 134 min 286,36 manatlıq tender keçirib. Berlində keçirilən, martın 6-na qədər davam edəcək “ITB Berlin 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılmasına isə 295 min 565,22 manat xərcləməyi planlasa da müqavilədə 79 min 370 manata razılaşıb.

2025-ci ilin 23-25 fevral tarixlərində İtaliyanın Bolonya şəhərində keçirilən stendin məzmununun tərtibatı, eləcə də ölkəmizin yerli üzüm sortlarından hazırlanan icma şərabçılığının potensialının “Slow Wine” koalisiyasının prinsiplərinə əsasən araşdırılması xidmətləri ilə bağlı “Fondazıone Slow Food E.T.S.” şirkəti ilə 107 min 535,73 manat dəyərində müqavilə imzalayıb.

Bütün bu bahalı təbliğatın fonunda Azərbaycana bu ilin yanvar ayında 172 min 653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu da cəmisi 4% artım deməkdir.

Bir məqamı da vurğulayaq ki, Hesablama Palatasının rəylərində, hesabatlarında Dövlət Turizm Agentliyinin adına rast gəlmək mümkün deyil.

Digər mühüm məsələ agentliyə məxsus “Şahdağ Turizm Mərkəzi”nin illərdir zərərlə işləməsidir. 2023-cü ildə dövlət büdcəsindən 11,777 milyon manat vəsait alan mərkəz hesabat dövrünü 6,682 milyon manat zərərlə başa vurub. Dövlət şirkətinin yığılmış zərəri 6,9% artaraq 103,859 milyon manata çatıb.

2024-cü ilin yanvarın 1-nə “Şahdağ Turizm Mərkəzi”nin aktivləri 214,159 milyon manat olub ki, bu da illik müqayisədə 29,1% azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 3,5 dəfə azalaraq 0,534 milyon manata, balans kapitalı isə 28,9% azalaraq 213,625 milyon manata düşüb./teleqraf.com

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan və Türkiyə prezidentləri İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etdilər
Next: UEFA Çempionlar Liqası: “Liverpul” PSJ-dən üstün olub, “Bavariya” “Bayer 04”ü darmadağın edib

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-16 at 06.01.30 (2)

Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi.

admin 16/03/2026
ev_menzil_b

Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?

admin 15/03/2026
d5a40cc93352bcdf657ed6dde6813af3_11 (1)

Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq?

admin 15/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.