Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 10
  • Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! –ŞOK SƏS YAZILARI

Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! –ŞOK SƏS YAZILARI

admin 10/03/2025
xırdalan2

 

Səs yazısından da göründüyü kimi, tədris ilinin əvvəlindən şagirdlərin dərsə davamiyyətində ciddi qüsurlar var

Son günlər Xırdalan şəhər 2 nömrəli tam orta məktəb və bu məktəbin direktoru Gülnaz Kərimova az qala ölkə mediasının ulduzuna çevrilməkdədir. Adıçəkilən məktəbə 2022 ci ilin sentyabr ayından direktor təyinatı alan Gülnaz Kərimova o gün-bu gün sosial şəbəkələrin gündəmindən düşmür. Bir müddət əvvəl biz də, Yenixeber.org olaraq bu məktəblə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinə sorğu ünvanlamışdıq. Sorğu üçün məlum müddət bitdikdən sonra “cavab” aldıq. Ona görə dırnaqarası yazırıq ki, dəfələrlə təkidimizdən sonra aldığımız bir cümləlik “cavab” obrazlı desək belə idi: Xırdalan şəhər 2 nömrəli tam orta məktəb və məktəbin direktoru “aydar arı, sudan da durudur”.

Budur, indi redaksiyamıza  Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə yaşananlar və məktəbin direktoru Gülnaz Kərimovanın bu yaşantılarda oynadığı rolla bağlı həm geniş ictimai, həm də aidiyyatı dövlət strukturlarının marağına səbəb olacaq səs yazıları və məlumatlar daxil olub.

     

Gülçin Salmanova və Mətanət Abbasova

Həlik onu xatırladaq ki, mənbəmizin verdiyi məlumata görə, vaxtı ilə müavinlərin bir neçəsini şərləmək, (Onlardan biri ölkəni tərk etdi.) onların adına ləkəli ifadələr işlətmək, (Üzlərinə deyə bilməsə də, arxasınca danışa bilir.) müəllimlərin şərəf və ləyaqətini alçaltmaq və s. bu məktəbin idarəçiliyində əsas prinsipə çevrilib. Məlumata görə, bunlar yetməmiş kimi, indi də əl atıb məktəbin şagirdlərinə. Onları polislə, məktəbdən qovmaqla hədələyir… Məsələ burasındadır ki G. Kərimova məktəbə gəlib, davamiyyəti yerində olan, qiymətləri aşağı yazılan şagirdləri bu vəziyyətə salır. Məktəbə gəlməyənlərin isə sayı-hesabı bilinmir. Keçək əsas məsələyə…

                                Təhdid və minnət qoxulu səs yazıları

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə yaşananlarla bağlı Yenixeber.org-a daxil olan səs yazılarında sinif rəhbərləri şagirdlərə sabah dərsə gəlməyi xahiş edirlər, bir az da təhdidlə…Səs yazısında xüsusi ilə diqqət şəkən fakt sinif rəhbərinin “uşaqlar yəqin ki, məni eşitdiniz, bu sentyabrdan bu yana atdığım səslərdən deyil. Sabah ciddidir, yəni ciddinin-ciddisidir ha…” deməsidir. Belə məlum olur ki, tədris ilinin əvvəlindən bu məktəbdə dərsə davamiyyətdə yumşaq desək ciddi qüsur var(?)

Direktor Gülnaz Kərimovanın tapşırığına əsasən MİQ-dənkənar müavini olan və hal-hazırda qara işlərlə məşğul olan Gülçin Salmanova (Səs yazısını təqdim edirik.) şagirdləri məktəbə gəlməyə səsləyir. Səbəb sadədir: dərsə gəlməyənlər o qədərdir ki, onların yerini doldurmaq lazımdır. Qanunvericiliyə görə şagirdin məktəbə davamiyyəti mütləq olmalıdır və şagirdlər də bunu dərk etməlidirlər. Ancaq bu məktəbdə o qədər boşluqlar var və o cümlədən məlum maraq müqabilində məktəbə gəlməyənlər o qədərdir ki, sinif rəhbərləri qruplara səs atıb, az qala yalvarırlar ki, heç olmasa bir gün məktəbə gəlin. Məktəbə Elm və Təhsil Nazirliyinin (ETN) Daxili Nəzarət Şöbəsinin əməkdaşlarının gələcəyini bildirən Gülçin Salmanova “əgər məktəbə gəlməsəniz sizi ETN əməkdaşları məktəbdən qovacaq” kimi ifadələr də işlədir. Xüsusi ilə 11A sinifinin qanunsuz sinif rəhbəri Mətanət Soltan qızı Abbasova bu məsələdə daha fəal iştirak edir. (Onun da, səs yazısını təqdim edirik. Red.)

Qeyd edək ki, İsmayıllı rayonunda qanunsuz işləyib və hansısa naməlum yolla Xırdalan şəhər 2 nömrəli məktəbə yerdəyişmə edən Gülçin Salmanova məktəbdə qara işlərlə məşğulolma faizinə görə öndə durur. Məlumata görə, 11A-nın sinif rəhbəri əslində Aytən Qasımovadır. Onun adına yazılan sinifi Mətanət Abbasova idarə edir və güman ki, aldığı 30 manat da özündə qalmır….

Yeri gəlmişkən, Gülnaz Kərimovaya himayədarlıqda İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın adı hallanır.  Bi iddia həm də ona görə inandırıcıdır ki, Gülnaz Kərimova haqqında sosial şəbəkələrdə az qala həndəsi silsilə şəkilində yazıların  getməsinə baxmayaraq,  Elm və Təhsil naziri Emin Əmirullayev və MÜTDA-nın rəhbəri Eşqi Bağırov səssiz qalmaqdadırlar. 

Onu da qeyd edək ki, Gülnaz Kərimova ETN-ni rəsmi olaraq tanımadığını bir neçə yerdə qeyri-rəsmi bildirib, ancaq Eşqi Bağırovun da onu “yaxşı” tanıdığı haqda dəflərlə öz ətrafına danışıb: “Eşqi Bağırov bilmir ki, mən kiməm, söz sahibi Gülnaz Kərimovadır” kimi ifadələrlə. Anlaşılan deyil ki son bir ildə günaşırı sosial şəbəkələrdə Xırdalan şəhər 2 nömrəli məktəbdə nələrin yaşandığı haqqında silsilə yazılar dərc olunur, ancaq heç bir tədbir görülmür. O zaman belə çıxır ki Gülnaz Kərimova tamami ilə haqlıdır?

 

 

Hörmətli ETN və MÜTDA, müəllimlər və o cümlədən övladlarını sizlərə etibar edən valideyinlər sizin bu məsələyə biganə qalmağınızı necə qəbul etsinlər? Məgər Gülnaz Kərimova əvəzedilməzdir? Bu qədər vaxt ərzində yazılanlara, səslənən ittihamlara göz yumulmaqda məqsəd nədir? Şübhəsiz ki Abşeronda yetərincə kadrlar var ki, məktəbə peşəkar və vicdanla rəhbərlik edə bilərlər. Məgər hansısa məktəbdə kitab satmaq direktor olmaq deməkdir, yoxsa hər sinifdən 200 manat bayram pulu almaq. Yoxsa, ETN və MÜTDA-nın bu sayaq eybəcərliklərə biganə qalması hansısa “ÖZƏL” səbələrdən qaynaqlanır? Və s. /yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: “Bir ildə silinən pul mənim 15 illik büdcəm idi” – Əmiraslanov bilinməyənləri AÇIQLADI
Next: Dünyanın ən varlı prezidenti kimdir? – Putin, Tramp, yoxsa Cinpin?

OXŞAR MÖVZULAR

ATU-716x403

Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı

admin 16/03/2026
qht-gilavar

QHT Agentliyinin köhnə problemləri: qaydalar kağız üzərində, qərarlar isə “tanışlıq prinsipi” ilə

admin 13/03/2026
qht-aygün

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi – Adı başqa, içi başqa QHT layihələri

admin 13/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.