Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 12
  • Kartofun qiymətindəki dəyişikliyə rəsmi münasibət

Kartofun qiymətindəki dəyişikliyə rəsmi münasibət

admin 12/03/2025
kartof-gb

 

Son günlər bazarlarda kartofun qiymətində dəyişiklik müşahidə olunur. Belə ki, hazırda piştaxtalarda təklif olunan kartofun bir kiloqramının qiyməti 1.50-2 manat arasında dəyişir. Bu isə ötən aylarla müqayisədə təqribən 25-50% artım deməkdir. Sözügedən məhsul üzrə daxildə istehsal, eləcə də, ixrac, anbarlarda məhsul həcmi və mövsümi təsirlər kartofun qiymətində artıma necə təsir edir?

Digər malların, o cümlədən, kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur…

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən sorğusuna cavab olaraq bildirilib ki, digər malların, o cümlədən, kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur.

Vurğulanıb ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Həmin siyahıya daxil olan mal, iş və ya xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların, o cümlədən kartofun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur.

Bundan əlavə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir.

İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur. İstehlakçı onların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə sərbəst seçərək ala bilər”.

Mövsümi faktorlar səbəbindən məcmu tələbin və ya təklifin artması və ya azalması istehlak bazarında qiymətlərə təsir edə bilir…

Dövlət Agentliyindən verilən məlumata əsasən, kənd təsərrüfatı məhsullarından olan kartofun qiymətinin dəyişməsinə bir sıra amillər, o cümlədən, mövsümi faktorlar təsir göstərə bilər:

“Bəzi mövsümlərdə müəyyən məhsulların istehsalı, idxalı mümkün olmur və ya müəyyən dövrlərdə bəzi məhsullara olan tələb həcmi kəskin dəyişir. Müşahidələr göstərir ki, mövsümi faktorlar aradan qalxdıqdan sonra adətən istehlak bazarında qiymətlərdə azalma qeydə alınır.

Daxili bazarda qiymət dəyişiklikləri zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasının araşdırılması məqsədilə istehlakçılar tərəfindən geniş istifadə edilən bir sıra ərzaq məhsullarının dünya bazar qiymətləri, onların dinamikası və dəyişmə meylləri barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən mütəmadi monitorinq və təhlillər aparılır”.

Agentlik qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarəti həyata keçirərkən pozuntu aşkar etdikdə qanunvericiliyə uyğun tədbirlər görür…

Məlumatda həmçinin vurğulanıb ki, qiymət artımının rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə həmin məsələyə mahiyyəti üzrə baxıla bilər.

“İstehlakçılar və sahibkarlar rəqabət qanunvericiliyinin pozulması halları ilə rastlaşdıqda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi və elektron poçt (office@competition.gov.az) vasitəsilə müraciət edə bilərlər”, – deyə dövlət xidmətindən qeyd olunub.

İqtisadçılar isə hesab edirlər ki, kartofun bahalaşmasına hər nə qədər mövsümi faktorlar təsir göstərsə də, həmçinin, yanacaq və idxal xərclərindəki dəyişikliklər də müəyyən mənada təsirsiz ötüşmür.

İqtisadçı Xalid Kərimli Trend-ə açıqlamasında kartofun bahalaşmasına təsir edəcək bir sıra amillərin olduğunu və ötən ilin ikinci yarısından dizel yanacağının və benzinin qiymətinin bahalaşmasının ümumilikdə kənd təsərrüfatı məhsullarında artıma gətirib çıxardığını bildirib:

“Bu ilin yanvar ayından işıq, qaz qiymətlərində dəyişikliklər, eyni zamanda minimal əməkhaqqında artımlar sahibkarların xərclərini daha da artırıb. Çünki indiki dövrdə bazara çıxarılan məhsulların əsas mənbəyi saxlanclar, parniklərdir.

Həm yanacaq xərclərinin artması, eyni zamanda, işıq və qaz qiymətlərində dəyişiklik və minimal əməkhaqlarının artması həm anbarlarda saxlanma qiymətlərinin, həm də daşınma, yükləmə xərclərinin artmasına gətirib çıxarır. Nəticə etibarilə indiki mərhələdə bazarlara çıxarılan məhsullar, eləcə də kartof daha baha başa gəlir”.

“Bununla yanaşı, idxal olunan məhsulların da qiymətində bahalaşma var. Ölkədaxili faktorlarla yanaşı, qonşu dövlətlərdə olan inflyasiyalar, qiymət artımları ölkəyə idxal məhsullarının qiymətinə də təsirsiz ötüşmür.

Bundan başqa, mövsümi faktorlar da qiymətlərə müəyyən dərəcədə təsir edir. Çünki bu dövrlərdə daha çox yığımlardakı məhsullar bazara çıxarılır, ehtiyat tükənir. Amma tədricən havalar isindikcə, yeni məhsullar bazara çıxarıldıqca qiymətlər bir qədər aşağı düşəcək”, – deyə iqtisadçı əlavə edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan 113 ton miqdarında, 34 min ABŞ dolları dəyərində kartof ixrac edilib. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara görə, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 172 ton və ya 2,5 dəfə, dəyər ifadəsi ilə 54 min ABŞ dolları, yaxud da 2,6 dəfə azalıb. Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycandan 285 ton miqdarında, 88 min ABŞ dolları dəyərində kartof ixrac edilib./milli.az

PAYLAŞIN:

Continue Reading

Previous: Kurskda nə baş verir? – Zelenski brifinq keçirdi
Next: Bədən çəkisini sabit saxlamaq üçün nə edək?

OXŞAR MÖVZULAR

esir-itkin

Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək

admin 13/05/2026
vuf-baku

Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq

admin 13/05/2026
qrip

Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama

admin 12/05/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.