Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 12
  • Xaricdə 80-90 manata olan insulin Azərbaycanda niyə 178 manata…

Xaricdə 80-90 manata olan insulin Azərbaycanda niyə 178 manata…

admin 12/03/2025
diabet
Şəkərli diabet bədəndə mədəaltı vəzinin kifayət qədər insulin hormonu ifraz etməməsi nəticəsində yaranan xəstəlikdir. İnsulin çatışmazlığı səbəbindən qlukoza enerjiyə dönmür və qanda şəkər yığılır. Bu isə qan şəkərinin yüksəlməsinə səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 422 milyon insan şəkərli diabetdən əziyyət çəkir. Bu, planetin ümumi əhalisinin 6,028 faizini təşkil edir. 2040-cı ildə bu sayın artaraq 642 milyon olması gözlənilir. Ölüm səbəbinə görə dünyada şəkərli diabet xəstəliyi kardioloji və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.
Azərbaycanda isə şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı 30 mindən çoxdur. Onların 1044 nəfəri insulindən asılı şəkərli diabet xəstələridir.
Həkim endokrinoloq Mətanət Mirzəyevanın sözlərinə görə, şəkərli diabet xəstələri 2 tipə ayrılır: insulindən asılı olan I tip və insulindən asılı olmayan II tip insanlar. Birinci tip diabetdə hər hansı səbəbdən mədəaltı vəzinin insulin ifraz edən hüceyrələri məhv olur:
“Başqa sözlə desək, mədəaltı vəzi (pankreas) ya çox az insulin ifraz edir, ya da heç ifraz etmir. Birinci tip diabetin əlamətləri kəskin başlayır. Bu tip xəstələrdə xəstəliyin başlanğıcından etibarən mütləq insulin müalicəsi aparılmalıdır. Diabetli xəstələr qan şəkərinin normada qalması üçün insulin inyeksiyalarından istifadə edirlər. Şəkərli diabetin müalicəsində insulin heç nə ilə müqayisə edilə bilməyən əvəzsiz hormonal dərman preparatıdır. İnsulini optimal dozada tətbiq etdikdə o, karbohidrat, zülal, yağ, su-duz mübadiləsini və mübadilənin digər növlərini qısa bir zamanda nizama salır, diabetik komanın və ürək-damar fəsadlarının müəyyən qədər qarşısını alır. Belə ki, insulin tətbiq olunana qədər xəstələr diabet başlayandan sonra 3-5 il ərzində diabetik komadan dünyasını dəyişirdi. Lakin insulin tətbiq ediləndən sonra diabetik komadan ölənlərin sayı 1-2 faiz təşkil edir”.
Azərbaycanda diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təchizatı “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Lakin zaman-zaman şəkərli diabet xəstələrinin insulin və dərman preparatları ilə təminatında ciddi problemlər yaranır. Belə ki, bu xəstəlikdən əziyyət çəkən insanlar saatlarla, bəzən isə günlərlə xəstəxana və apteklərdə dərman növbəsinə dayanırlar. Əslində qanunvericiliyə görə, belə xəstələrə dərmanları pulsuz verilməlidir. Lakin çox vaxt poliklinikalardan onları nə tam miqdarda, nə də vaxtında almaq olmur. Xüsusən də
uzun müddət təsir göstərən hipoqlikemik insulin – Tresiba FleksPenlə bağlı vəziyyət daha mürəkkəbdir. İnsulin asılılığı olan insanlar bu preparatı öz hesabına alırlar.
Bakupost.az
Əsas problem də elə buradan başlayır. Belə ki, Azərbaycanda şəkər xəstələri üçün həyatı vacib sayılan bu preparat digər ölkələrlə müqayisədə olduqca yüksək qiymətə satılır. Bu fərq az qala 2 dəfəyə çatır. Belə ki,
 
Bakupost.az
Tresiba FleksPenin Rusiyada 4306 rubla (85 manat), Ukraynada 2247 qrivnaya (92 manat), Türkiyədə 1935 lirəyə (90 manat) satılır. Azərbaycanda isə Tresiba FleksPenin qiyməti 178 manatdır. Preparatın ikiqat baha olması maddi imkanı aşağı olan insanları çətinliyə salır. Aylıq məvacibi 500 manat olan şəkər xəstəsinin maaşının üçdə birini dərmana verməsi onun ay boyunca maddi sıxıntı çəkməsinə səbəb olur. Bu preparatı almağa imkanı olmayanların isə səhhəti daha da pisləşir.
Bakupost.az
Professor, tibbi ekspert Adil Qeybullanın sözlərinə görə, Azərbaycan dərmanla bağlı idxaldan asılı olan ölkədir:
Bakupost.az
“Bizim dərman sənayemiz məhdud həcmdədir. Azərbaycana dərman preparatları əsasən Ukrayna, Belarus və Rusiyadan idxal olunurdu. Rusiya ilə Ukrayna arasında gedən müharibə və infrastrukturun xeyli zərər çəkməsi müəyyən dərmanların yoxa çıxmasına gətirib çıxardıb. Bu, problemin obyektiv səbəbidir. Subyektiv səbəblərə gəlincə, deyə bilərəm ki, dərman idxalı ilə məşğul olan strukturlar vəziyyəti vaxtında dəyərləndirməyib və lazımı tədbirlər görməyiblər. Məsuliyyət onların üzərindədir. Yaxşı olar ki, əhali üçün əlçatan dərmanların idxalı Türkiyədən həyata keçirilsin. Çünki Türkiyədən gələn dərmanlar kifayət qədər keyfiyyətli, qiymətləri də bizə müvafiqdir”.
İqtisadçı ekspert Rəşad Həsənovun qeyd edib ki, ölkədə dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir:
Bakupost.az
“Azərbaycanın bütün apteklərində dərmanlar eyni qiymətə satılır. Tarif Şurasının qərarına əsasən, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimum 40 faiz, 100 manata başa gələn dərman isə 14 faiz baha satıla bilər. Azərbaycan özü dərman istehsal etmir. Daxili tələbatın 99,6 faizini idxal hesabına ödəyir. Bu da dərmanların istehlakçılara çatırılmasında əlavə xərclər yaradır. Nəqliyyat xərcləri kifayət qədər bahalıdır. Bu xərclər Azərbaycanda tətbiq olunan vergi sistemi ilə əlaqəlidir. İndiki şərtlər daxilində yeganə tutarlı əsaslandırma, dərman təchizatı bazarında daha çox şirkətlərin iştırakının təmin olunmasıdır. Bazardakı inhisarçılıq faktiki olaraq qiymətlərin bu qədər kəskin fərqlənməsinə səbəb olur. Hesab edirəm ki, bazarda 99,6 faizlik asılılıq varsa, vergi güzəştləri tətbiq olunmalıdır”.
İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, Azərbaycanda dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə 3-4 dəfə bahadır:
Bakupost.az
“Ölkədə zəruri dərmanları tapmaq çətindir. Həmin dərmanları xəstəlik dövründə tapmamaq vəziyyəti daha da çətinləşdirir. Qonşu ölkələrlə müqayisədə dərmanların qiyməti qat-qat bahadır. Bu problemi özəl şirkətlərdən soruşduqda, “siz bizim dərdimizi başa düşmürsünüz” deyirlər. Onu da qeyd edək ki, əvvəllər əksər insanlar xaricdən gələn dost-tanışı, qohumundan xahiş edirdi ki, ona lazım olan dərmanları alıb gətirsin”.
Ekspertin fikrincə, dərmanların baha satılmasının bir neçə səbəbi var: “Əslində hazırda apteklərdə olan qiymətlər Tarif Şurası tərəfindən tənzimlənmiş qiymətlərdir. Lakin tənzimlənmə dərman preparatlarının molekullarına və istehsal ölkələrinə görədir. Burada da başqa problem yaşanır: molekullar elan olunur, istehsal ölkələri üzrə tariflər müəyyənləşdirilir. Bu da həmin dərmanların ən ucuz və ən keyfiyyətsizinin ölkəyə gətirilməsinə rəvac verir. Ona görə də mən Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməsini doğru saymıram. Bu, əks-effekt yaradır. Yəni xaricdən keyfiyyətsiz dərmanlar ucuz qiymətə gətirilirək burada baha qiymətə satılır. İkinci səbəb isə gömrük rüsumlarıdır. Ölkə daxilində istehsalı olmasa da, bizdə dərmanlara da gömrük rüsumu tətbiq edilir. 15 faizlik gömrük rüsumu, 18 faizlik ƏDV var. Biz isə idxaldan asılı olan ölkəyik, demək olar ki, dərman preparatlarının 94 faizini xarici ölkələrdən gətiririk. Bu, ciddi problemdir. Əgər dərmanlar xaricdən gətirilirsə, bu qədər yüksək gömrük rüsumu və ƏDV olmamalıdır”.
İqtisadçının sözlərinə görə, bazarda rəqabətin olmaması böyük şirkətlərin istədiyi qiyməti təyin etməsinə imkan verir:
“Onlar qiymətləri diqtə edirlər. Kiçik şirkətlərin bir çoxu sıradan çıxarılıb. Bu da rəqabətsizlik mühitinin daha da genişlənməsinə səbəb olub. Çıxış yolu rəqabət mühitinin artırılmasıdır. Bu qiymətlərin tənzimlənməsində mühüm rol oynayan amilə çevrilə bilər. Bundan başqa rüsum və vergilərə yenidən baxılmalıdır. Dərman preparatlarının cüzi vergi və rüsumla, bəzi hallarda isə ümumiyyətlə, müvəqqəti də olsa, rüsum və vergisiz ölkəyə gətirilməsi qiymətlərin artımının qarşısını ala biləcək əsas amilə çevrilə bilər”.
N.Cəfərli bildirib ki, qanunla ölkəyə gətirilən dərman preparatlarının 14-40 faizdən baha satılması yolverilməz olsa da, monopolist şirkətlər buna da çarə tapıblar:
“Azərbaycana dərman idxal edən şirkətlər onu birbaşa istehsalçıdan aldıqları qiymətə rəsmiləşdirmirlər. İstehsalçıdan alınan dərman preparatını başqa ölkədə yaratdıqları şirkətin adına həmin ölkəyə ixrac edirlər. Oradan isə baha qiymətə sənədləşdirərək, ölkəmizə idxal edirlər. Faktiki olaraq qanunvericilik də buna imkan verir. Burada hər hansı qanun pozuntusu olmadığından, şirkətlər bu yolla daha çox qazanc əldə edirlər. Ona görə də dərman şirkətlərini buna vadar edən səbəbləri aradan qaldırmaq lazımdır”. /bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Məcid Xanı qəbul etdi
Next: Kurskda nə baş verir? – Zelenski brifinq keçirdi

OXŞAR MÖVZULAR

qatar-bak

Quru sərhədlər açıldı: İlk ünvan Tiflis…

admin 19/05/2026
umayra-tağ

Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva

admin 19/05/2026
aydin_kerimov

Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub

admin 19/05/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib 19/05/2026
  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.