Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 13
  • İran təbliğatçılarını Ermənistana göndərdi – Zəngəzur xofu

İran təbliğatçılarını Ermənistana göndərdi – Zəngəzur xofu

admin 13/03/2025
ehsan-movehhediyan

 

İranın təbliğatçıları Ermənistana səfər edib.

Ermənipərəst Ehsan Müvəhhedianın erməni revanşistlərlə görüşləri haqda məlumat vermişdik. Ona “iranşünas”, Azərbaycanda etnik zəmində təxribatçı təbliğatı ilə seçilən Məcid Kərimi də qoşulub.

Maraqlıdır ki, hər ikisi erməni mediasına müsahibələrində Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan “qətiyyətli mövqe” tələb ediblər.

“İran üçün Zəngəzur vasitəsilə Azərbaycan və Türkiyəyə dəhliz verilməsi qəbuledilməzdir və qırmızı xəttdir. Belə bir dəhlizin açılması çox qısa müddət ərzində bütün Zəngəzur bölgəsinin əhalisinin azalmasına gətirib çıxaracaq ki, bu da Türkiyə və Azərbaycanın əsl məqsədidir”, – Məcid Kərimi deyib.

O, türklərin erməniləri oradan qovacağı barədə xof yaratmağa çalışaraq, Ermənistan hökumətini bu barədə düşünməyə, “o yolun əhəmiyyətini dərindən öyrənməyə” çağırıb:

“Zəngəzurun geosiyasi yeri və mövqeyi digər bölgələrdən fərqlənir. Anlamaq lazım olan budur. Həm Osmanlılar, həm də Bakının Müsavat hökuməti Mehri bölgəsinə davamlı hücumlar edib (tarixi saxtalaşdırır, Xalq Cümhuriyyəti dönəmində Zəngəzur, Dərələyəz və Göyçə Azərbaycanın sərhədləri daxilində idi – red.) və hazırda belə ambisiyaları var, ona görə də o yola nəzarət etsələr, “Qarabağın taleyi” təkrarlanacaq”.

M.Kərimi iddia edib ki, “erməni tərəfi Türkiyənin düşüncə tərzini yaxşı başa düşmür”, yol açılsa, türklər bir bəhanə ilə dərhal həmin əraziyə qoşun yeridəcək.

M.Kərimi bu cəfəngiyyatın ardınca əsl niyyətini və məqsədini dilə gətirib:

“Ermənistan təcili olaraq İrana hərbi əməkdaşlıq haqqında saziş imzalamağı, xüsusən də Zəngəzurda birgə fəaliyyət göstərməyi təklif etməlidir. İkinci mərhələdə Ermənistan İrana Zəngəzurda hərbi baza yerləşdirmək xahişi ilə müraciət etməlidir. Üçüncü mərhələdə Zəngəzurda İranla iqtisadi inkişaf zonaları yaradılmalıdır”.

Eyni mövqe və eyni təbliğatı Ehsan Müvəhhedian da davam etdirib. Erməni mediasına müsahibəsində Müvəhhedian bildirib ki, Paşinyan Azərbaycana “maneəsiz yol” təqdim etsə, “bu, yanlış siyasət” olacaq:

“Əgər mallar Ermənistan ərazisindən yoxlamasız, gömrük nəzarəti olmadan daşınırsa, deməli, bu, tamamilə yanlış yanaşmadır. Ermənistanın cənub sərhədlərindən hansı malların daşındığını biz bilmiriksə, bunun siyasi, iqtisadi və hüquqi nəticələrinə necə cavab verə bilərik?”

Müvəhhedian bununla da kifayətlənmir, M.Kəriminin bölüşdüyü “tezisi” daha da inkişaf etdirir:

“Əgər onlar (azərbaycanlılar – red.) silahla Zəngəzura girib genişmiqyaslı qırğınlar törədəcəklərsə, nə edəcəksiniz? Bu, əvvəlcə Zəngəzur bölgəsində, sonra isə Ermənistan Respublikasının qalan hissəsində əhalinin azalmasına səbəb olacaq və iqtisadi və təhlükəsizlik məsələləri ortaya çıxacaq”.

Müvəhhedian da dərhal “İran yardımını” təklif edib:

“İran bilavasitə qonşu olduğu Zəngəzur bölgəsində həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan Ermənistanı dəstəkləyə bilər. Ermənistan Zəngəzur bölgəsində pis niyyətli Türkiyəyə arxalanmamalıdır”.

İranın Ermənistanda “qeyri-hökumət qurumları” vasitəsilə təsiretmə cəhdləri yeni xəbər deyil. Vardan Voskanyan, Tiqran Abramyan – xüsusilə revanşistləri təmsil edənlər və Azərbaycana qarşı olanlar – vaxtaşırı olaraq İrana səfərlər edilər. Voskanyan hətta bu səfərləri İran tərəfinin maliyələşdirdiyini də etiraf etməkdən çəkinməmişdi. Keşiş Baqrat isə İrana gizli səfər etmiş və rəsmilərlə görüşlər keçirmişdi.

Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan ötən il Tehrana rəsmi səfərə dəvət edildiyini, burda generallarla qapalı şəkildə görüşdüyünü demişdi. Abramyan öz sosial şəbəkə hesabında yazmışdı ki, İran Ermənistanla hərbi müttəfiqlik sazişi imzalamağa çalışır və İrəvanın bunu rədd etməsindən narahatdır.

Vardan Voskanyan da hələ ötən il Məcid Kəriminin bu cür mövqe sərgiləməsinin təsadüfi olmadığını demişdi. O, “Sputnik Ermənistan”a 21 fevral 2024-cü il açıqlamasında dolayısı ilə bildirmişdi ki, İranda müstəqil ekspert yoxdur, ekspertlər hakimiyyətin diplomatik dillə deyə bilmədiklərini ifadə edilər.

Voskanyanın ötən il etiraf etdiyi kimi, İran növbəti dəfə “ekspertlərin dili ilə” Ermənistana təklifə və təzyiqə başlayıb. Hər iki ekspertin bir qədər fərqli sözlərlə olsa da, Ermənistan mediasına “eyni mətni” üzündən oxuduqlarına heç bir şübhə yoxdur./axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: Çempionlar Liqası: 1/4 final mərhələsinin bütün iştirakçıları məlum olub
Next: Xəstələr məmurlara aid klinikalara göndərilir – 50 faizi bağlanacaq – VİDEO

OXŞAR MÖVZULAR

dövlət rəsmiler

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar

admin 10/05/2026
makron-qacir (1)

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb

admin 07/05/2026
medvedyev-yeni1

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

admin 06/05/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.