Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 2
  • Vüsal Aslanov dövlət qurumunu “Topaz”ın prinsipləri ilə idarə edir?..

Vüsal Aslanov dövlət qurumunu “Topaz”ın prinsipləri ilə idarə edir?..

admin 02/04/2025
ady-vüsal

 

Son zamanlar bir sıra dövlət qurumlarında, o cümlədən “Bakı Metropoliteni” QSC-də bloqerlərin nüfuz dairələri yaranmağa başlayıb və qeyd edək ki, bu da peşəkar dairələrdə narahatlıqla qarşılanır.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin yeni sədri Vüsal Aslanov daha əvvəl bloqer Şaban İmkanini qurumun Kommunikasiya departamentinin rəisi təyin edib. Martın 29-da yerli mətbuatda yayılan məlumatda isə bildirilib ki, Şaban İmkaninin dostu Cavid Nəsrullah Kommunikasiya departamentinin rəis müavini təyin olunub.

İmkan Şabaninin peşəkar fəaliyyət dairəsi aktyorluqdir, Cavid Nəsrullahın da peşəkar fəaliyyət sahəsi kommunikasiya sahəsi deyil.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin yeni sədri Vüsal Aslanov daha əvvəl Azərbaycan Dəmir Yolları QÇS-də sər müavini olmaqla yanaşı “Topaz”ı idarə edib və bu bloqerlər də elə həmin vaxtlardan AYD-də müxtəlif vəzifələrdə çalışmağa başlayıblar.

Ümumiyyətlə son zamanlar Azərbaycanda bloqerlərin ictimai təsirlərinin artması müşahidə olunur və bu fonda xüsusi peşəkarlıq tələb olunan sahələrə bloqerlərin təyin olunması bir sıra suallar doğurur. Xüsusilə sosial şəbəkələrdə bir sıra hərəkətləri ilə insanların diqqətini cəlb etmiş şəxslərin dövlət qurumlarında çalışmaya başlamaları Azərbaycanda daha çox tendensiyalaşmaqdadır. Bu baxımdan mövzu artıq cəmiyyətin problemi kimi görünməkdədir.

Bəs təyinatlar hansı prinsiplər əsasında həyata keçirilir və bloqer olaraq tanınan Ş.İmkaninin, o cümlədən C.Nəsrullahın peşəkarlıq səviyyəsi metropoliten üçün nə qədər qane edicidir? Digər tərəfdən bu təyinatlar ictimaiyyətdə “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun kadr siyasətində dostluq prinsiplərinin peşəkarlıq prinsiplərindən önə çıxarması kimi dəyərləndirilir.

Mövzunun aktuallığığnı nəzərə alaraq Poliqon-un əməkdaşı müstəqil jurnalist, sosioloq Elçin Elçin Bayramlının bu yeni tendensiyaya münasibətini öyrənib.

Dövlət qurumlarında peşəkar səviyyəyə deyil, daha çox şəxsi münasibətlərə üstünlük verilməsinin adi hala çevrildiyinə diqqət çəkən sosioloq Poliqon-a açıqlamasında qeyd edib ki, bəzi məmurlar cəmiyyəti acınacaqlı hala salmaqda məqsədlərinin nə olduğunu açıqlasalar yaxşı olardı:

“Bəri başdan deyim ki, bu böyük rüsvayçılıqdır. Əgər dövlət orqanları kadr siyasətində bu cılız şou proqramlarında üzə çıxan şəxslərə üstünlük verirlərsə, artıq demək ki, problem ciddidir. Çünki artıq dövlət qurumları özlərinə bloqer deyən və peşəkar səviyyəyə sahib olmayan şəxsləri cəmiyyətə örnək kimi göstərib, irəli çəkirlər.

Ümumiyyətlə bloqerlik anlayışı bütün dünyadan fərqli olaraq Azərbaycanda tamam başqa cürə qavranılıb. Bütün dünyada bloqerlik təxminən 30 ildir ki, inkişaf edir və bu daha çox xobbi üzərində formalaşan bir yaradıcılıq formasıdır. Digər tərəfdən isə bloqerlik həm də elm adamlarının, həkimlərin və s. mütəxəssislərin öz bilik və təcrübələrini paylaşmaq, öz fikirlərini, elmi araşdırmalarını, bu kimi məlumatları insanlara çatdırmaq məqsədi daşıyır. Yəni bloqerlər insanlara faydalı, məlumatlandırıcıxidmətlər göstərirlər.

Bizdə isə bloqerlik anlayışı tamamilə başqa bir anlam daşıyır. Azərbaycanda bloqerlik sahəsinə daha çox heç bir savadı, qabiliyyəti, mədəniyyəti, səviyyəsi olmayan şəxslərin sadəcə sadə məişət mövzuları, dezinfeksiya, biabırçı hərəkətlərlə kütləvi maraq toplamağa hesablanmış fəaliyyələ məşğul olan şəxslər aid edilir ki, bu da bizim ictimai şüurumuzun lazımı səviyyədə inkişaf etməməsindən xəbər verir. Bir neçə nəfər istisna olmaq şərti ilə, özlərinə bloqer deyən bu şəxslərin heç birinin heç bir sahədə bacarıq və qabiliyyətləri yoxdur. Bu şəxslər sadəcə ucuz şou nümayiş etdirərək yaxşı imkan əldə ediblər. Belə hallar adətən yetkin olmayancəmiyyətlərdə olur və savadsız adətən kütlənin başına ip salıb fırladırdırlar. Bu baxımdan Azərbaycanda bloqerlərin böyük əksəriyyəti düşük fəaliyyətləri ilə yüz minlərlə baxış toplayıb, pul qazanıb, məşhurlaşdırlar.

Tək-tük bloqerlər var ki, həqiqi mütəxəssislərdir, elmi fəaliyyətlə məşğul olan şəxslərdir və cəmiyyəti maarifləndirməyə çalışırlar. Onlar faydalı məlumatlar paylayışırlar. Onlar cəmiyyətə faydalı olmaqla, təmannasız fəaliyyət göstərirlər.

Qalanları isə dediyim kütlədir. Onların cəmiyyətdə örnək göstərilməsi isə biabırçılıqdır. Bu örnəyin dövlət səviyyəsinə qaldırılması isə, ümumiyyətlə rəzalətdir.

Azərbaycanda yüzlərlə, minlərlə intelektual mütəxəssislər, jurnalistlər var ki, qəpik-quruş maaşla az qala acından ölürlər. Elmi fəaliyyətlə məşğul olan yüzlərlə, minlərlə şəxs var ki, qəpik-quruş maaşla böyük sıxıntı içində yaşayırlar. Peşəkar mütəxəssislər var ki, iş tapa bilmirlər. Onlara heç bir qayğı, dəstək yoxdur. Bayağı işlərlə məşğul olub məşhurlaşan bloqerləri isə irəli çəkir, onlara dövlət qurumlarında vəzifələr verirlər. Sanki məqsədli şəkildə, hansısa fon daxilində sırf belə şeylər təbliğ olunur. Yəni, sanki gənclərdə bayağılığa, qeyri-ciddiliyə bilərəkdən maraq yaradılır.

Buna həm kütlə dəstək verir, həm də müəyyən bir məmurlar da buna dəstək verir. Bu şəxslər nümunə gərilirlir, digər gənclər də buna həvəslənir. Onlara təlqin olunur ki, elmlə, yaradıcılıqla, hansısa bir sahədə peşəkarlıqla, biznes fəaliyyəti ilə qabağa getmək üçün əziyyət çəkmək lazım deyil, uğurlu insan ola bilmək üçün bayağı bloqer olmaq da yetərlidir. Yəni daha asan yollarla, səviyyəsiz mövzularla, söhbətlərlə kütlə toplayıb, məşhur olmaq, pul qazanmaq olar. Gənclərin beyninə bu yeridirlir.

Bu baxımdan bu addımlar həqiqi biabırçılıqdır. Əgər bu adamlar həqiqi mütəxəssislər istəyirlərsə, mənə müraciət etsinlər, mən ən azı onlara 10 min yüksək intellektə malik istənilən sahədən olan şəxslər göstərərəm. Bu cür şəxlər ya işsizdirlər, ya da qəpik-quruş maaşa işləyirlər.

Dövlət qurumlarında peşəkar səviyyəyə deyil, daha çox şəxsi münasibətlərə üstünlük verilməsinin adi hala çevrilməsi yeni hal deyil. Lakin bəzi məmurlar cəmiyyəti acınacaqlı hala salmaqda məqsədlərinin nə olduğunu açıqlasalar yaxşı olardı. Ona görə də mən düşünürəm ki, belə hallara qarşı ictimai qınaq olmalıdır. Onlar biabır olmalıdır. Belə bir müqavimət cəmiyyətdə olmalıdır ki, onlar faydalı işlərə məşğul olmaq lazım olduğunu bilsinlər.

Amma həmin şəxslər kadr olaraq doğrudan peşəkardırlarsa və vəzifəyə təyin olunarkən də məhz peşəkarlıq səviyyəsi diqqətə alınıbsa, bu normal ola haldır. Amma çox təəssüf ki, belə hallar nadir olur. Normal cəmiyyətdə başqa cür ola bilməz. Hər sahədə yalnız bacarıqlı, istedadlı şəxslər irəli çəkirlər və bu da işin keyfiyyətinə təsir göstərən əsas faktordur.

Çox təəssüf ki, dövlət orqanlarını cəmiyyətə yararlı olan addımlar atmaqdansa, gənclərə pis nümunə olacaq belə kadr siyasətinə qol qoyurlar. Buna görə də, onlara qarşı daimi tənqidi münasibət, ictimai qınaq olmalıdır. Xüsusən də media bu şəxsləri biabır etməlidir.

Onlara başa salmaq lazımdır ki, cəmiyyətin aparıcı intelektual qüvvəsi jurnalistlərdir, bloqerlər deyil. İnformasiya məkanına hakim peşəkar jurnalistlərdir ki, onların təhsili, informasiya bazası var.

Mən bir daha təəssüf hissi ilə qeyd edirəm ki, bizim ölkədə bloqerlik ən aşağı bir səviyyədir, bir neçə istisnaları çıxmaq şərti ilə bu belədir və belə bloqerlərin təcrübələrindən dövlət qurumlarının istifadə etməsi acınacaqlı vəziyyət yaradır.

Qeyd edək ki, mövzu ilə bağı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlamışıq. Sorğumuza cavab alarsaq, qarşı tərəfin mövqeyini dərc edəcəyik./Poliqon.info

PAYLAŞIN:

Continue Reading

Previous: Xəzər rayonunda tikinti bumu: İcra başçısı tikintiyə necə icazə verib? – FOTOLAR
Next: Bakının bu qəsəbəsində kabus yaşanır: Rəsmi qurumların xəbəri var? – VİDEO

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026
  • İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir 20/04/2026
  • Abituriyentlər ən çox hansı ixtisas qrupuna müraciət edirlər? 20/04/2026
  • Heyvanlar sürətlə necə kökəldilir? – Baytar “kökəltmə iynələri”nin təsirini izah edir 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.