Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 4
  • Turizm Agentliyinin “hökm”ü hazırlanır – DETALLAR

Turizm Agentliyinin “hökm”ü hazırlanır – DETALLAR

admin 04/04/2025
turizm-hökm

 

Ötən ay Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsindən sonra bu qurum ətrafında iddialar səngimir. Bildirilir ki, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib. Mətbuatda yayılan iddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency İnternational” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib. “Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar”, – iddialarda deyilir.

Daha sonra məlumat verilib ki, Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 04 mart 2025-ci ildə şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbayel Rayon Məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib. O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.
Dövlət Turizm Agentliyində bir müddət əvvəl başlayan yoxlama isə davam edir. Bakupost.az xəbər verir ki, Hesablama Palatasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, audit prosesi yanvar ayından başlayıb.
Məlumatda deyilir ki, yoxlama prosesi Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən aparılır: “Plana əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir”.
İddialara görə, Dövlət Turizm Agentliyi 103 milyon zərərlə işləyib. Son illər isə agentliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ilə turizmin inkişafı sahəsində aparılan işlərə uyğun deyil. Medianın ittiham kimi yazdıqlarının bir məqamı da odur ki, turizmin təbliğatı üçün ayrılan külli miqdarda vəsaitin fonunda Azərbaycana bu ilin yanvar ayında 172 min 653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu da cəmisi 4% artım deməkdir. 2025-ci ilin fevral ayında ABŞ-ın “Cable News Network Inc” (CNN) ilə imzalanan 1 milyon 190 min manatlıq müqavilə bu xərclər arasında diqqət çəkən məqamlardan biridir.
Mənbənin bildirdiyinə görə, Hesablama Palatasının tezliklə yoxlamaları başa çatdıracaq və bu, Dövlət Turizm Agentliyinin rəhbərliyinin “hökmü”ndə əsas tutarqa hesab olunacaq. Bundan sonra hüquq-mühafizə orqanları antikorrupsiya tədbirləri çərçivəsində bir sıra həbslər həyata keçirəcək. Hesablama Palatasının hesabatı “hökm” kimi dəyərləndirilə bilərmi?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı fikirlərini “Müsavat”la bölüşüb:
“Birinci onu qeyd edim ki, məmurların taleyi, agentliklərin yaradılması ölkə başçısının səlahiyyətində olan məsələdir. İkincisi, Turizm Agentliyinin ziyanla işləməsi də sürpriz deyil. Çünki Dövlət Turizm Agentliyinə verilən hotellərin bir qismi, misal üçün, qış turizm kompleksi də Dövlət Turizm Agentliyinə verilib, o da ilin 9-10 ayı işləmir, ya da çox zəif işləyir. Ona görə də bunların çox böyük xərci var – işçi heyətinin saxlanılması, obyektlər böyükdür, onların da saxlanma xərcləri var. Digər tərəfdən, Turizm Agentliyinin özünün inzibati-bürokratik aparatı var. O ki qaldı Turizm Agentliyi və turizmin inkişafına, əmin deyiləm ki, ölkəmiz turizmin inkişafını istəyir. Hansısa bir agentlik yaratmaqla turizm inkişaf etmir. Onda gərək bir xoşbəxtlik agentliyi də yaradaq, insanlar xoşbəxt olsun. Bu cür məsələlər prezident fərmanları və yaradılmış strukturlardan asılı olmur. Əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, Gürcüstan təcrübəsinə baxmaq kifayət edər. Gürcüstanın təcrübəsini təkrarlaya bilərik. Gürcülər bizdən çox fərqlənmir, bizim kimi tarixləri var, təhsil sistemləri olub və s. Bizim də üstünlüklərimiz var. Amma Gürcüstana gələn turistlərin sayı bizdən üç dəfə çoxdur. Biz bir tərəfdən turizmi bağlayıb, digər tərəfdən turizmi inkişaf etdirmək istəyiriksə, burada Turizm Agentliyinin günahı yoxdur. “Niyə ölkəyə giriş çətindir və bahadır” sualına cavab tapmaq lazımdır. Agentliklərin effektivliyi məsələsinə gəlincə isə ABŞ-da indi aparılan dəyişikliklər örnək ola bilər. Hökumət effektivlik agentliyi yaradıb, qurumları “kəsib” atırlar. Ölkəmizdə də dövlətin iş payı özəl sektordan çoxdur, hər ikisi eyni iş verən qismindədir, bu absurddur. Dövlət ciddi islahatlara getməlidir. Dövlət sektorunda işçi sayı iki dəfə azaldılmalıdır. Necə ki, nəhəng ölkə olan ABŞ indi bunu vacib sayır, Azərbaycanda da imkan verilməməliydi ki, mənasız strukturlar, agentliklər formalaşsın, yalançı iş yerləri formalaşsın. Bunların hamısı ləğv edilməlidir”.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan Prezidenti: Biz Cənub Qafqaz Boru Kəmərini, TANAP-ı və TAP-ı genişləndirməliyik
Next: Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyadan NARAZILIQ: “İmtahan şəffaf keçirilməyib”

OXŞAR MÖVZULAR

feyziyev

Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb? – Siyahı və gəlir mənbələri

admin 06/05/2026
şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.