Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 4
  • Türkiyə İran deyil: hərbi toqquşmamız olsa…. – İsraildən baxış

Türkiyə İran deyil: hərbi toqquşmamız olsa…. – İsraildən baxış

admin 04/04/2025
turk-ordu-army (1)

 

İsrailin aprelin 2-dən 3-nə keçən gecə Suriyaya endirdiyi aviazərbələr Həma və T4 bazalarında, həmçinin Dəməşq ərazisində qalan əlavə hərbi infrastrukturu hədəf almışdı. İsrail mətbuatı isə yazıb ki, zərbələr Türkiyəyə mesaj olaraq endirilib. Çünki T-4 hərbi bazası və digər obyektlərə Ankara Suriyada mühüm rol oynamaq məqsədilə baxa bilər.

Bu barədə “Yerusəlim Post” nəşrinin şərhçisi Seth Frantzman yazıb.

“Getdikcə daha çox görünür ki, İsrail Ankaranın Suriyada kök salmaq cəhdinin qarşısını almaq istəyir. Üstəlik, bu, Ankaranı cilovlamaq və gələcək gərginliyin qarşısını almaq üçün bir vasitə ola bilər. Amma bu işləyəcək? İsrail Suriyada İranla qarşılaşmaq üçün çox gözlədi. İran Suriya vətəndaş müharibəsi zamanı bu ölkəyə qoşun yeritdi. Daha sonra Hizbullah və İraq milisləri onun ardınca getdi, İran Hizbullaha silah göndərmək üçün Suriyadan keçən quru dəhlizdən istifadə etdi. Bu da İsrail üçün təhlükə idi”, – şərhçi bildirib.

Onun sözlərinə görə, Suriyada İranla qarşı-qarşıya gəlməkdən Türkiyə ilə potensial qarşıdurmaya keçmək bir çox potensial təhlükələr daşıyır:

“Əvvəla, Türkiyənin Suriyadakı hazırkı varlığı Suriyanın şimalı ilə məhdudlaşır. Bir sıra baza və postlardan ibarətdir. Türkiyə Suriya Milli Ordusunu dəstəkləyir. İndi Suriyada yeni hökumət olduğu üçün Suriya Milli Ordusunun yeni Suriya ordusuna inteqrasiyası gözlənilir. Türkiyənin ələ keçirdiyi ərazilərdən çəkilib-çəkilməyəcəyi bəlli deyil. Ancaq Ankara taktikanı dəyişmək istəyə bilər. Türkiyə Suriyadakı T-4 kimi hərbi hava bazalarını modernləşdirməyə imkan verəcək razılaşma əldə etməyə hazır ola bilər.

Əsas sual ondan ibarətdir ki, İsrail Suriyada təkcə Ankara ilə potensial gərginlik deyil, həm də sərhəd yaxınlığında suriyalılarla toqquşmalara səbəb olan açıq kampaniyaya qoşulmaq istəyirmi? Toqquşmalar intensivləşir. Suriya çox güman ki, cavab üçün gözləyəcək, lakin toqquşmalar onu Ankaradan daha çox yardım tələb etməyə sövq edə bilər. Zərbələr əks-təsir göstərə bilər. Suriya özünü nə qədər həssas hiss etsə, Türkiyəyə bir o qədər ehtiyacı olacaq”.

Frantzman İsrailin artıq Qəzzada müharibədə ilişdiyini qeyd edib:

“İsrail ordusu Livanda da Hizbullaha zərbələr endirməkdə davam edir. İordan çayının qərb sahili keçmişə nisbətən daha sakitdir, lakin bu, dəyişə bilər. Bölgədə başqa problemlər də var. Husilər ballistik raketlərdən istifadə edərək İsrailə hücumu davam etdirir. İran da potensial təhlükədir.

İsrailin keçmiş siyasəti münaqişələri idarə etməyə və düşmənlərin “otunu biçməyə” yönəlmişdi. Oktyabrın 7-dən sonra İsrail sanki daha iddialı olmaq istəyirdi. Təhdidləri idarə etməkdənsə, onları qabaqlamaq cəhdi bugünkü Suriya və Türkiyə siyasətini müəyyən edir. Amma İsrail Suriyada bir düşməni digərinə dəyişdiyini görə bilər. İran Əsəd rejiminin devrilməsindən sonra Suriyanı tərk edib. Bu, yaxşı xəbər idi. Bununla belə, görünür ki, İsrail sülh dividendləri əvəzinə yeni bir münaqişəyə cəlb olunur. Bu, İsrailin münaqişələrində daha bir cəbhə demək olacaq.

Türkiyə İran deyil. Türkiyə NATO-nun üzvüdür. Onun güclü iqtisadiyyatı, Rusiya və Qərblə nisbətən yaxşı əlaqələri var. O, İranla da işləyir. Ankaranın güclü hərbi müdafiə sektoru mövcuddur. İrandan fərqli olaraq, güclü orduya malikdir və etibarlı hərbi texnika istehsal edir. İran isə əksinə, pilotsuz təyyarələrə, ballistik raketlərə və nüvə proqramına malik olsa da, daha zəifdir. Ankara son illərdə İsraili təcrid etməyə və onu pisləməyə çalışıb. Suriyada Ankara ilə qarşıdurma İranla müqayisədə qat-qat çətin ola bilər”./axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: DTX-nin həbs etdiyi hakerin məhkəməsində şok etiraflar
Next: “Reflex” Reabilitasiya Mərkəzinin baş həkimi Röyanə Quluzadədən narazılıq var

OXŞAR MÖVZULAR

93ef24bc824ca900810b27510a93be5c

Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər

admin 22/05/2026
CHP GENEL BAŞKANI ÖZGÜR ÖZEL, KEMAL KILIÇDAROĞLU İLE BİR

Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran

admin 22/05/2026
d81p97rq1j200e9hof6tdf0p3ioirfj7 (1)

Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər

admin 22/05/2026

XƏBƏR LENTİ

  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026
  • Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır 22/05/2026
  • Anar Quliyev: “WUF13-ə ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir” 22/05/2026
  • Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı 22/05/2026
  • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” 22/05/2026
  • Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? 22/05/2026
  • Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq 22/05/2026
  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.