Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 8
  • Köhnə sertifikatlar, keyfiyyətsiz mebellər, yarımçıq maliyyə hesabatı – “Embawood”da nə baş verir?

Köhnə sertifikatlar, keyfiyyətsiz mebellər, yarımçıq maliyyə hesabatı – “Embawood”da nə baş verir?

admin 08/04/2025
EMBAWOD

 

Müştəri məmnuniyyətini pozması, qüsurlu mal satması ilə bağlı tez-tez gündəm olan “Embawood” MMC artıq bir müddətdir istehlak bazarına nəzarət edən qurumların da “radarındadır”. İlin əvvəlində istehsalat sahəsindən atmosferə tüstünün yayılması ilə bağlı məsuliyyətə cəlb edilərək, cərimələnən şirkət barəsində mart ayında növbəti protokol tərtib edildi. “Embawood” bu dəfə də qüsurlu mal satmaqda və xarab malı geri qaytarmamaqda günahlandırıldı. Şirkətin fəaliyyətindəki qüsurlar təkcə atmosferi çirkləndirib, qüsurlu mal satmaqla bitmir.

Bundan əvvəl idarəçilik qaydalarını pozuduğu üçün İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi ilə (Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması) protokol tərtib olunaraq məhkəməyə verilmişdi. Dövlət Gömrük Komitəsi isə İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən “Embawood” MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib etmişdi. Protokola Sumqayıt Şəhər Məhkəməsində baxılmışdı. Beləliklə, ölkədəki mebel bazarının 70 faizinə nəzarət edən şirkətin istər ixrac-idxal qaydalarını pozması, istərsə də qüsurlu mal satması dəfələrlə ictimailəşdirilib, hətta cəzalar tətbiq edilib. Lakin görünən odur ki, cəzalar “Embawood” MMC-nin fəaliyyətində müsbətə doğru dəyişiklik yaratmayıb.

Bu gün şikayətlərin böyük hissəsi qüsurlu mal kateqoriyasına aiddir. Sifarişlə mebel hazırlanarkən istehlakçılarla müqavilələrin bağlanması, malların çatdırılması və quraşdırıldıqdan sonra təhvil-təslim aktının tərtibi, sifarişlərin müqavilədə nəzərdə tutulan vaxtda və formada tam icra edilməsi müştərilərə vəd edilən səviyyədə deyil. Bir çox hallarda isə ünvana çatdırılan mebellərin keyfiyyəti reklam olunduğu, hətta vitirindəkindən qat-qat aşağı, materialları fərqli olur.

Vaxtı keçmiş sertifikatlar

Bir sözlə “Embawood” MMC-nin məhsulları illər əvvəl malik olduğu keyfiyyəti itirib. Bu gün 2004-cü ildə şirkətə verilən İSO 9001:2000 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikata yenidən baxılmasına ehtiyac yaranıb. Yeri gəlmişkən, həmin sertifikatın etibarlılıq müddəti 3 ildir. “Embawood” həmin vaxtdan sonra yenidən sertifikatlaşdırma auditi keçirməyib. MMC-nin 2015-ci ildə aldığı İSO 14001 ..2004 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın da müddəti (3 illikdir) başa çatıb. Onu da qeyd edək ki, bu sertifikat təşkilatların ətraf mühitə təsirlərini idarə etməsi, azaltması və hüquqi tələblərə uyğun işləməsi üçün bir çərçivə təqdim edir. Görünür, elə bu sertifikatının yararlıq müddəti keçdiyi üçün cari ilin əvvəlində şirkət istehsalat sahəsindən tüstünü atmosferə rahat yayıb. Başqa tərəfdən İSO 14001 ..2004 nömrəli sertifikat artıq yoxdur, yəni etibarsızdır. Bu versiya 2015-ci ildə yenilənib və ISO 14001:2015 versiyası ilə əvəz olunub. ISO 14001:2004 üzrə verilmiş bütün sertifikatlar isə 2018-ci ilin sentyabrına qədər keçərli hesab edilib.

Saxta brendlər

Bu gün “Embawood” MMC ölkədə ümumilikdə 140-a yaxın mağazası ilə “Madeyra”, “Embakitchen” brendləri adı altında fəaliyyət göstərir. Əslində MMC bu adlarla mebel sənayesində yeni ixtiralar etməyib. Məsələn, “Madeyra” – şirkət rəhbərliyinin portuqalca ağac sözünün səsləndirilməsindən ilhamlanaraq yaratdığı bu “brend” əslində MMC-nin köhnə kolleksiyasını və ən ucuz xammaldan hazırlanan məhsulları özündə birləşdirir. Yəni adının əksinə olaraq, “Madeyra” nın mebellərinin istehsalında istifadə edilən xammalın ağacla əlaqəsi yoxdur.

“Embakitchen” mebellərinin istehsalı isə “Embawood” şirkətinə məxsus 3 fabrikdə həyata keçirilir. İddia edilir ki, istehsalda Avtsriyanın beynəlxalq “Blum” şirkətindən və Türkiyənin “Samet” firmasından alınan keyfiyyətli materiallardan istifadə edilir. Halbuki beynəlxalq rəqabət qabiliyyətli mebel istehsal etmək üçün əsas şərt təkcə xammal yox, muasir texnoloji avadanlığın mövcudluğu və düzgün marketinq strategiyasıdır. Başqa tərəfdən mətbəx mebelleri şirkət tərəfdən sifariş götrürülür. Bu zaman müştəriyə MDF təklif edilir. Mebelin iç hissəsi laminat, üz hissəsi MDF membran və MDF akril olur. Yəni ölkədə fəaliyyət göstərən istehsal sexlərindəkı xammaldan fərqlənmir.

Müştəri şikayətləri

“Müştəriyəm şikayətim var” sosial qrupunda “Embawood” məhsullarının keyfiyətinə görə ən çox tənqid edilən, şikayət yazılan şirkətdir. Məsələn, Əlizadə Şahin adlı müştəri paylaşımında bildirib ki, martda “Embawood” şirkətindən nağd ödəniş edərək məhsul alıb. Məhsul ünvana işlənmiş, tozlu və qüsurlu formada göndərilib. Müştəri malı geri qaytarmağa qərar verib. Bu zaman şirkət 30 manat cərimə tətbiq edib.

Günel Quliyeva adlı müştəri isə paylaşımında qeyd edib ki, 30.12.2021 tarixində bu sirkətdən açılan masa alıb. Masanı istifadə etmək uçun açanda materialın keyfiyyətsiz oldugunu görüb. 10 gün ərzində stolun üzü qabıq qoyub. İstehlakçı 10.01.2022 tarixində şirkətə yaxınlaşıb məhsulun vəziyyəti ilə bağlı məlumat verib və geri qaytarılmasını tələb edib. Lakin şirkət bununla razılaşmayıb.

“Embawood” rəqəmlərdə

Son iki ildə “Embawood”un məhsullarının qiyməti azı iki dəfə bahalaşıb. Paralel olaraq da şirkətin borcu artıb. 2023-cü ilin audit hesabatına əsasən dövrün sonuna şirkətin uzunmüddətli debitor borcu 14 milyon 623 min manat olub. Pul vəsaitləri isə ilin əvvəlindəki 1 milyon 222 min manatdan 351 min manata düşüb.Uzunmüddətli faiz xərcləri yaradan öhdəlikləri 16 milyon 837 min manat olub. Beləliklə şirkətin uzunmüddətli öhdəlikləri 2023-cü ilin əvvəlindəki 67 milyon 754 min manatdan 75 milyon 956 min manata yüksəlib. Bundan əlavə əməliyyat gəlirləri 2022-ci ilin sonundakı 61 milyon 856 min manatdan 59 milyon 726 min manata düşüb. Əməliyyat mənfəəti 542 min 494 manat təşkil edir. Hansı ki 2023-cü ilin əvvəlində bu rəqəm 624 min 226 manat idi. Hesabat dövründə xalis məfəəti 65 min manat azalaraq 433 min manat təşkil edib. Maraqlıdır ki, audit hesabatında şirkətin satışları, Tbilisidə, Qazaxıstanda açdığı fabriklərin maliyyə göstəriciləri ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, 1996- cı ildə fəaliyyətə başlayan “Embawood” ilk fabrikini Masallıda qurub. 2000-ci il Xırdalanda ikinci fabrikini açıb. 2002-ci il “Embawood” brendi bazara çıxarılıb. 2005-ci ildə regional anbarlar qurulub. 2006-cı il – Tbilisidə, 2010-cu il Ukraynanın qərbində- Samborda, 2014-ci il Qazaxıstanda mebel fabrikləri açılıb. Özbəkistanda, Tacikistanda mağazalar açılıb.

PAYLAŞIN:

Continue Reading

Previous: İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb
Next: Türkiyədən Azərbaycana hazır geyim ixracı niyə azalıb?

OXŞAR MÖVZULAR

anar-arxkom

Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

admin 15/04/2026
yeni_klinika

Yeni Klinikada böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

admin 14/04/2026
şapka mamed

“Aqrarkredit”lə “Azərinşaatservis” arasında milyonluq qalmaqal: Əmlaklar hara yoxa çıxıb?

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.