Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 10
  • Avropa Şurasından anti-Azərbaycan çağırışı – Bakıdan sərt reaksiya

Avropa Şurasından anti-Azərbaycan çağırışı – Bakıdan sərt reaksiya

admin 10/04/2025
aş-

 

Komissar Maykl O’Flaherti mühakimə edilən erməni canilərə azadlıq istəyib; onun ittihamlarına ağır cavablar gəldi

Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O’Flaherti Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında Bakıda məhkəməsi gedən xuntaçılarla bağlı danışıb. Komissar deyib ki, məhkəməni diqqətdə izləyir. O, AŞ PA adından qeyd edib ki, regionda hər bir insanın hüquqlarına diqqət yetirmək, eləcə də Qarabağa qayıtmaq istəyənlərin qayıdışını təmin etmək lazımdır.

“Mən həmçinin Ermənistanı Dağlıq Qarabağdan (? – red.) qəbul etdiyi insanlara qarşı isti münasibətini davam etdirməyə çağırıram”, – O’Flaherti Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, revanşist Arusyak Culhakyanın Bakıda saxlanılan erməni məhbuslarla bağlı təxribatçı sualını cavablandırarkən söyləyib.

Bundan əlavə, o, separatçıların məhkəməsi ilə bağlı Bakıya gəlmək üçün iki dəfə cəhd etdiyini, lakin cəhdlərinin boşa çıxdığını bildirib. Bununla belə, cəhdlərinə davam edəcəyini də sözlərinə əlavə edib. Erməni mediasının yazdığına görə, komissar Bakıda ağır cinayətlərdə ittiham olunan ermənilərə azadlıq da istəyib…

Əlbəttə, Azərbaycana xoş, səmimi niyyətlə təşrif buyurmaq istəyən xarici ölkə yetkilələrinə, avropalılara qapımız həmişə açıqdır. Ancaq öncə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə sayğı göstərmək şərtdir. O sırada Avropa Şurası komissarı bilməlidir ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında ərazi yoxdur, Qarabağ iqtisadi zonası var. İkinci yandan, Azərbaycanla normal münasibətlər, o cümlədən insani-humanitar əlaqələr üçün ölkəmizin AŞ PA-da səs hüququ bərpa olunmalıdır.

Yada salaq ki, örtən ilin yanvarından – Qarabağda bir günlük antiterror əməliyyatından az sonra Azərbaycanın AŞ PA-da səs hüququ dondurulub. Bundan əlavə, qurum saxlanılan separatçı quldurlarla bağlı Bakıya əsassız çağırış edib. Ardınca bir sıra AŞ PA deputatlarına ölkəmizə giriş qadağası qoyulub.

Maraqlıdır, “regionda hər bir insanın hüquqlarına diqqət yetirməli” olduğunu bəyan edən AŞ komissarı nədən yüz minlərlə qərbi azərbaycanlı qaçqının elementar hüququndan danışmır? Avropa Şurası komissarı Bakıya hansı şərtlərlə buraxıla bilər? Ümumiyyətlə, Azərbaycan əleyhinə bu kampaniyanın təsirləri varmı?

Onu da deyək ki, Bakıda hərbi və insanlığa qarşı cinayətlərdə ittiham edilən keçmiş və qondarma “dqr rəhbər”ləri içərisindən Ruben Vardanyanın “müdafiə qrupu” xüsusi canfəşanlıq edir, elə bəzi Qərb media qrupları da əsasən bu erməni milyarderin üzərində manipulyasiyalar aparırlar: ondan “siyasi məhbus” düzəltmək üçün əldən-ayaqdan gedirlər. Vardanyanın həbsindən bir neçə ay sonra Qərbdə “Erməni məhbusları azad et” adlı petisiya başladıldı. Əslində petisiyanın adı erməni məhbusları ilə bağlı olsa da, əsas ideyası Ruben Vardanyanın azadlığına nail olmaqdır. Ekspertlərin fikirlərinə görə, burada pul amili əsas rol oynayır. Vardanyanın 5 milyard həcmində vəsaitinin olduğu barədə tez-tez xəbərlər yayılır. Vaxtı ilə o, Fransa Prezidenti Emmanuel Makronun seçki kampaniyasına da ciddi dəstək verib.

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev bildirdi ki, Azərbaycan hakimiyyətinin onun məhz erməni caniləri müdafiə etdiyinə görə ölkəyə buraxmaması təbiidir: “Bu şəxslər hərbi cinayətkarlardır. Əgər avropalı komissar separatizmi və işğalı pisləsəydi, 1 milyon azərbaycanlı qaçqının olduğunu desəydi, xunta rejiminin vurduğu zərəri dilə gətirsəydi, sonra humanizm cəhətdən onlara baş çəkməsi üçün xahişinə baxmaq olardı”.

Deputat qeyd etdi ki, ancaq burada birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü danır, separatizmi dəstəkləyən mövqedən çıxış edir: “Ona görə mən də hakimiyyətin yerində olsam, onu Azərbaycana buraxmazdım”.

Siyasi ekspert Züriyə Qarayeva bildirdi ki, ermənipərəst komissarın Azərbaycana buraxılmaması doğru addımdır. Onun fikrincə, həm hərbi canilərə azadlıq istə, separatizmə dəstəyini ifadə et, həm də Bakıya gəlməyə çalış, bunun adı müştəbehlikdir: “Əfsuslar olsun ki, təkcə həmin komissar deyil, bəzi konqresmenlər, avropalı deputatlar bu kampaniyada iştirak edirlər. Onlar erməni lobbisinin, Vardanyana yaxın qrupların maliyyəsinin hesabına bu xidməti göstərirlər. Təbii ki, məqsəd Azərbaycana təzyiq etmək, beynəlxalq ictimaiyyətin gözündə erməni caniləri siyasi məhbus kimi qələmə verməkdir. Ancaq diqqət edirsinizsə, heç bir ölkənin rəsmi səviyyədə mövqeyi yoxdur. Sadəcə, Avropa Şurası kimi Azərbaycana düşmən kəsilən beynəlxalq təsisatların tribunasından ayrı-ayrı şəxslərin belə qərəzli çıxışlarına rast gəlmək olar. Bununla yanaşı, Azərbaycan belə çağırışlarla geri çəkilməyəcək. Həmin şəxslər cinayət törədiblər, özləri də hər məhkəmə prosesində etiraf edirlər. O ki qaldı ermənilərin Qarabağa qayıdışı ilə bağlı avropalı komissarın çağırışına, Azərbaycan zamanında onları qalmağa dəvət etdi, vətəndaşlıq veriləcəyi açıqlandı. Hazırda isə Ermənistan belə onların qayıdışını istəmir və vətəndaşlıq verməyə başlayıb”./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ-İran arasında “GİZLİ ZİRVƏ” – Vaşinqton danışıqları inkar etsə də, görüş baş tutur!
Next: Telman İsmayılov niyə MÜFLİS oldu? – Kadırovun…

OXŞAR MÖVZULAR

hikmet-baba

“İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu

admin 06/03/2026
karta-qaf

İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb

admin 06/03/2026
hhq-bayraktar

HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib

admin 06/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.