Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 10
  • Ermənistan İranla təlim keçirir: Tramp administrasiyasınn reaksiyası maraq doğurur…

Ermənistan İranla təlim keçirir: Tramp administrasiyasınn reaksiyası maraq doğurur…

admin 10/04/2025
iran-army

 

Dünən Ermənistan Müdafiə Nazirliyi 9-10 aprel tarixlərində İranla birgə hərbi təlimlərin keçiriləcəyini elan edib. Nazirlik bildirib ki, hər iki ölkənin silahlı qüvvələrinin bölmələri öz ərazilərində təlimdə olacaqlar.

Qeyd olunur ki, təlim Ermənistan – İran dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə ehtimal edilən terror qruplarının hücumlarının zərərsizləşdirilməsi üzrə hərəkətləri əhatə edir.

İRNA xəbər agentliyinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliullah Mani manevrlərin bəzi təfərrüatlarını açıqlayıb. O, Ermənistan və İran arasında birgə hərbi təlimlərin dinc xarakter daşıdığını bildirib. Generalın sözlərinə görə, onlar sərhəd təhlükəsizliyini təmin etmək üçün Ermənistan – İran sərhədinin Norduz rayonunda məşq edəcəklər.

“İran və Ermənistanın sərhədyanı bölgələrində heç bir təhlükə yoxdur, bu, hərbi qüvvələrin hazırlığını artırmaq, terrorizmlə mübarizə və sabit sülhü qorumaq üçün edilir”, – deyən Maini sözlərinə belə davam edib: – “Regiondakı mövcud həssas vəziyyət nəzərə alınmaqla, iki ölkənin sərhəd bölgələri strateji əhəmiyyət kəsb edir”.

Bu yaxınlarda İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilk dəfə nazir kimi İrəvanda olub. O, İrəvanda bəyan edib ki, İran region ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq sərhədlərdə istənilən dəyişikliyin əleyhinədir. Regiondakı problemlər güc tətbiq edilmədən, dialoq yolu ilə həll edilməlidir.

Bununla yanaşı, Əraqçi “Regionda gərginlik təhlükəsi var” deyərək, sülh sazişinin imzalanacağı təqdirdə bu təhlükələrin minimuma endiriləcəyinə və hamının maraqlarına cavab verən sabitliyin şahidi olacağımıza ümid etdiyini bildirib.

Azərbaycan dəfələrlə bəyan edib ki, Naxçıvanla gömrük və sərhəd nəzarəti olmadan Zəngəzur vasitəsilə əlaqəsi təmin edilməlidir. Bu, həm də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Ermənistanın öhdəliklərindən biridir. Lakin rəsmi İrəvan bundan imtina edir, bildirir ki, Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını şübhə altına almadan Azərbaycana Naxçıvanla birləşəcək yol verməyə hazırdır.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransda bir daha bəyan edib ki, sülh müqaviləsi imzalanmayana və Ermənistan Azərbaycana qarşı hələ də konstitusiyasında yer alan bütün ərazi iddialarından tam imtina etməyənə qədər, Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində öz davranışında səmimilik nümayiş etdirməyənə qədər yeni hərbi qarşıdurma riski həmişə mövcud olacaq”.

Görünür, İran növbəti dəfə regionda əsas müttəfiqi olan Ermənistana dəstək vermək üçün birgə hərbi təlimlərə ehtiyac duyub. İrəvanın bu addımlarının İranın əsas düşməni olan ABŞ-nin yeni administrasiyasında necə qarşılanacağı isə maraq doğurur… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Sülh sazişinin ilk variantı imzalana bilər” – Elmar Məmmədyarov
Next: 1 milyona yaxın pul necə leqallaşdırılıb? – Gizli fəaliyyət göstərən QHT

OXŞAR MÖVZULAR

iran-lider

İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR

admin 16/03/2026
ntanyahu

“Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır

admin 16/03/2026
bolton-tr

“Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…”

admin 16/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.