Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 19
  • Orta dəhliz savaşında Kipr tələsi: Bakı və Ankaraya qarşı oyunda nələr var?

Orta dəhliz savaşında Kipr tələsi: Bakı və Ankaraya qarşı oyunda nələr var?

admin 19/04/2025
orta-asiya

 

Avropa İttifaqı-Mərkəzi Asiya ölkələrinin Səmərqənd sammiti və yunan Kiprinin suverenliyinin dəstəkləndiyi yekun bəyannamə türk dünyasının qarşıdurması kimi görünsə də, əslində baş verənləri Orta dəhlizdə davam edən mübarizənin tərkib hissəsi adlandırmaq daha doğru olardı. Üzərində fokuslanan Kipr məsələsi isə bu mübarizədə Aİ tərəfindən tələ kimi istifadə olunur.

Sammitin yekun bəyannaməsində “BMT Təhlükəsizlik Şurasının 541 (1983) və 550 (1984) saylı qətnaməsinə öhdəlik təsdiqlənir”. 40 il öncə qəbul edilmiş bu qətnamələr yunan Kiprinin suverenliyini qoruyur, adada türk dövlətini qəbul etmir. Türk dövlətlərinin (Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan) yunan Kiprində səfirlik açması və bu qətnaməni dəstəkləməsi iki mənfi perspektiv yaradır:

– Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqilliyini Türk Dövlətləri Təşkilatında tanıtmaq istiqamətindəki səylərinə ziyan vurur;
– TDT-də birliyin perspektivləri zərər görür, türk dünyasındakı dərin inteqrasiya planları zəifləyir;

Dörd türk dövlətinin yunan Kiprinə dəstək verərək, Aİ ilə münsibətləri gücləndirmək və ŞKTC-ni dəstəkləmək qarşılığında balans yaratmaq niyyəti istisna edilməməlidir. Hərçənd, Aİ-nin planları fonunda Kipr məsələsi Türkiyəyə, ümumilikdə TDT-yə qarşı tələyə çevrilir. Brüsselin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda Kipr amilindən istifadə etməsi – bunun dəstək qarşılığında şərt olduğu bəlidir – Orta dəhlizdə möhkəmlənmək məqsədilə məhz TDT-də fikir ayrılığını yaratmağa – Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada birliyi parçalamağa hesablanıb.

Bu planda faktiki iştirakçıya çevrilən Mərkəzi Asiya ölkələri üçün Brüssellə əlaqələr Avropa bazarına çıxış əldə etməklə yanaşı, xarici investisiyaları (12 milyard avroluq investisiya paketi qəbul olunub) cəlb etmək, həm də Rusiya və Çinlə münasibətlərdə alternativ güc mərkəzi tapmaq baxımından önəmlidir. Avropa İttifaqı üçün Mərkəzi Asiyanın önəmi isə daha böyükdür, xüsusilə Tramp Amerikasının mövcud siyasəti fonunda.

İqtisadi əhəmiyyət:

– Ukrayna müharibəsinin başlanmasından sonra itirdikləri Rusiya bazarını Mərkəzi Asiya bazarı hesabına kompensasiya etməyə çalışırlar;
– Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha geniş şaxələndirməyə nail ola bilərlər;
– Mərkəzi Asiyanın nadir torpaq metalları Aİ üçün xammal ola bilər;
– Çinlə ticarət əlaqələrində Mərkəzi Asiya səmərəli marşrut rolunun oynayır;

Siyasi əhəmiyyət: Ukrayna müharibəsi və ABŞ-Rusiya anlaşması fonunda geosiyasi güc mərkəzi olmaq planına risklər yaranan Aİ üçün Mərkəzi Asiya regionu həm Çinlə əməkdaşlıq marşrutunun nəzarətindən çıxmaması, həm Moskvaya qarşı mübarizə, həm də Vaşinqton qarşısında mövqelərini itirməmək baxımından əhəmiyyətlidir. Brüssel Orta dəhlizin Mərkəzi Asiya habında güclənməklə geosiyasi mövqelərini saxlamağa çalışır. Və bununla,

– Orta dəhlizdə ABŞ-Çin rəqabətinin həlledici amilinə çevrilməyə,
– Türkiyənin TDT üzərindən bu dəhlizi nəzarətə götürməyinə
– və Türkiyə üzərindən Aİ-nin rəqiblərinin (ABŞ və Britaniya: hər iki ölkənin fərqli yanaşması olsa da, Aİ-yə qarşı ortaq mövqeyə malikdirlər) dəhlizdə güclənməsinə mane olmağa çalışırlar. Əks halda, Brüsselin Pekinlə birbaşa əlaqə xətti digər oyunçuların təsirinə düşəcək və Aİ-nin geosiyasi proseslərdə rolu rəqiblərinin icazə verdiyi qədər olacaq.

Orta dəhlizin əsas hab mərkəzlərindən olan Azərbaycan və Türkiyənin Aİ ilə toqquşması təkcə Mərkəzi Asiyaya nəzarət uğrunda deyil, Cənubi Qafqazda kommunikasiyanın açılması üzərində də yaranır: Bakı-Ankara Çin-Avropa marşrutuna Zəngəzur dəhlizini daxil etmək istəyir. Aİ Ermənistanı tranzitə çevirməyin tərəfdarıdır, Ursula fon der Leyenin Səmərqənddə “Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılması oyunu dəyişdirəcək” sözləri də bundan qaynaqlanırdı. Aİ “Kipr tələsi” ilə Türkiyə-Mərkəzi Asiya xəttində çatlar yaradaraq, təkcə Orta dəhlizdə mövqeyi gücləndirmir, həm də Ankaranı öz planına razı salmağı planlaşdırır.

Bunun mümkün olacağı – Mərkəzi Asiyanın Avropa bazarına çıxışı, Aİ-nin Orta dəhlizdə planlaşdırdığı qədər güclənməsi perspektivləri asan deyil. Çünki Aİ-Mərkəzi Asiya marşrutunda əsas keçid olan Bakı və Ankaranın razı olmadığı planın reallaşması sual altındadır.

Hərçənd, Mərkəzi Asiyada müəyyən nəticə əldə edən Aİ-nin yeni həmlələri gözləniləndir:

1. TDT-də ziddiyyətləri dərinləşdirməyə və Ankaranı Brüssellə hesablaşmağa məcbur etməyə çalışacaq;
2. Ermənistana Bakı və Ankara qarşısında müqavimətini artırmaq məqsədilə dəstək davam etdiriləcək;
3. Azərbaycan-Ermənistan sülh sazişinin mövcud şərtlərdə – 17 maddəlik mətn üzərində imzalanması üçün Bakıya müxtəlif yollarla təzyiqi gücləndirəcək;
4. Mərkəzi Asiya ölkələrini Avropa bazarına çıxışının alternativ yollarını aktuallaşdıra bilər, xüsusilə İran-Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu;

Bakı və Ankaranın əks-həmlələri tükənməyib:

– Türk coğrafiyasında parçalanmanın dərinləşməsinə imkan verməmək: hazırda Kipr məsələsinə görə tənqid olunan dörd türk dövləti ilə təmasların sıxlaşdırılacağı istisna deyil, TDT-nin Bakıda keçiriləcək rəsmi sammiti problemlərin aradan qaldırılması platforması ola bilər;
– Cənubi Qafqazda “açıq qapı” buraxmamaq: Bakı-Tbilisi-Ankara xəttini möhkəmləndirmək və Ermənistanın müqavimətini qırmaq;

Baş verənlər Orta dəhlizdə mübarizənin daha açıq və kəskin mərhələdə davam edəcəyi gözləntisini ön plana çıxarır.

Asif Nərimanlı

PAYLAŞIN:

Continue Reading

Previous: Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir
Next: Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir

OXŞAR MÖVZULAR

nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026
iran-rusiya-fl

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə…

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026
  • Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır 22/05/2026
  • Anar Quliyev: “WUF13-ə ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir” 22/05/2026
  • Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı 22/05/2026
  • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” 22/05/2026
  • Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? 22/05/2026
  • Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq 22/05/2026
  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.