Skip to content
20/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 20
  • Azərbaycanda ən yüksək əməkhaqları verilən SAHƏLƏR

Azərbaycanda ən yüksək əməkhaqları verilən SAHƏLƏR

admin 20/04/2025
manat-100m

 

İnsanların əməkhaqları sektorlar üzrə dəyişir. Belə ki, bu il üçün orta aylıq əməkhaqqı neft-qaz sektorunda 3 830,2 manat, qeyri neft-qaz sektorunda 1 010,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqları 1 017,2 manat, özəl müəssisələrdə isə 1 110,0 manat olub. Əməkhaqqının ən yüksək olduğu sahələr mədənçıxarma sənayesi (3 596 manat), maliyyə və sığorta fəaliyyəti (2 768 manat), informasiya və rabitə fəaliyyəti (1 854 manat), nəqliyyat və anbar təsərrüfatı (1 645 manat) olub. Ən aşağı olduğu sahələr kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (644 manat), inzibati və yardımçı xidmətlərin göstərilməsi (669 manat) hesab edilir. Bəs maaş nəyə əsasən formalaşır? Bu sahələri hansı məqamlar fərqləndirir?

Qeyd edək ki, mədənçıxarma sənayesi üzrə yüksək əməkhaqqı alanlar mühəndislər, geoloqlar və layihə menecerləridir. İnformasiya və rabitə sahəsində isə proqramçılar, sistem administratorları, şəbəkə mütəxəssisləri və kibertəhlükəsizlik üzrə mütəxəssisləri göstərə bilərik. Maliyyə və sığorta üzrə isə bank menecerləri, maliyyə analitikləri və auditorları qeyd etmək mümkündür.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

“Mütəxəssislər aqrar sahədə çalışmaq istəmirlər”

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun sözlərinə görə, maaşların yüksək olması həmin sahələrə olan tələb və oradakı inkişafdan qaynaqlanır: “Məsələn, neft-qaz sənayesinə xarici investorlar yatırım edirlər. Mədənçıxarma sənayesi bizdə daha prioritet sahə hesab edilir. Bu səbəbdən orada əməkhaqqı digər sahələrə nisbətən daha yuxarıdır”.

N.Xəlilovun fikrincə, aqrar sahəyə ehtiyacımız olsa da, mütəxəssislər bu sahədə çalışmaq istəmirlər: “Yaxşı olardı ki, kənd təsərrüfatı sahəsinə də diqqət artırılsın. Kənd təsərrüfatı sahəsində kifayət qədər potensialımız mövcuddur. Savadlı aqronomlara ehtiyacımız var. Bu sahədə maaş çox azdır – cəmi 497 manat. Müəssisəyə vəsait daxil olmalıdır ki, yüksək ixtisaslı şəxsləri dəvət edə bilsinlər. Onlar inkişaf etdikcə, kadrlar da öz üzərilərində işləməyə başlayacaqlar. Beləliklə, orta əməkhaqqı göstəricisi də artacaq”.

Ekspert qeyd edir ki, yüksək maaşlı sahələrdə əsasən xarici universitetləri bitirən tələbələr üstünlük təşkil edirlər. İşəgötürənlərin əksəriyyəti xaricdə təhsil almış şəxsləri seçirlər: “Amma sırf yüksək əməkhaqqı alan sadəcə onlar deyil. Kifayət qədər yerli universitetləri bitirmiş və yüksək maaş alan işçilər də mövcuddur”.

“Əməkhaqqı individual təyin olunur”

İşədüzəltmə üzrə menecer Afa Həsənova isə düşünür ki, əməkhaqqı sahələrə görə yox, insanlara görə dəyişir: “Bu peşələrdə əməkhaqqının daha yüksək olmasının səbəbi mütəxəssisin peşəkar sertifikatları, təhsili, təcrübəsidir. Əməkdaşın haralarda çalışması, təcrübə toplaması, pillə-pillə yüksəlməsi kimi faktorlar da burada rol oynayır. Heç bir sahəni konkretləşdirə bilmərik ki, filan sahədə maaşlar yüksəkdir. Çünki çox zaman əməkhaqqı individual təyin olunur. Bu səbəbdən də konkret olaraq deyə bilmərik ki, kənd təsərrüfatı sahəsində maaş aşağıdır. Hazırda aqrar peşələrə tələbat olduqca böyükdür. Amma həmin sahədə peşəkarlar çox azdır. Bu səbəbdən sözügedən sahələr də inkişaf etdirilməli və mütəxəssislər yetişdirilməlidir”.

“Dövlət sektoruna maraq artıb”

A.Həsənova bildirir ki, işəgötürənlər üçün xaricdə təhsil alıb gəlmiş şəxslər daha cəlbedicidir. Əgər tələbəlik dövründə hansısa təcrübə toplayıbsa, bu zaman işçinin dəyəri daha da artır. Xarici sertifikatlar əldə etməsi onu rəqiblərindən fərqləndirir. Bir neçə xarici dil bilmək də xüsusi rol oynayır: “Bu cür işçilər sadəcə ölkəmizdə deyil, həmçinin beynəlxalq bazarda da axtarılır”.

Menecer deyir ki, hazırda dövlət və özəl sektor arasında rəqabət müşahidə olunur: “Əvvəl özəl sektorda maaşlar daha yüksək, dövlət sektorunda isə aşağı idi. Amma hazırda dövlət sektorunda da maaşlar artırılıb, həmçinin işçiləri keyfiyyətli kurslara göndərirlər ki, bilik və bacarıqları artırılsın. Hazırda özəl və dövlət sektoru rəqabət aparır. Bir zamanlar insanlar dövlət sektorunda çalışmaq istəməsə də, artıq oraya maraq xeyli çoxalıb”.

“Sahənin dəyəri də mühüm rol oynayır”

İqtisadçı Rəşad Həsənovun fikrincə, əmək bazarında maaş bir neçə faktor əsasında formalaşır: “Bunun birincisi tələb və təklifdir. Hansı peşələr üzrə təklif çox olursa, həmin işlərdə əməkhaqqı daha aşağı olur. İkinci mühüm faktor tələb olunan əməyin spesifikliyidir. Bilik əsaslı əmək uzunmüddətli dövrdə, həmçinin böyük sərmayələr qoyularaq əldə edilir. O səbəbdən şəxs əməyini ucuz qiymətə satmayacaq. Həmçinin nəzərə alaq ki, bu əmək növündə təklif də o qədər çox olmur. Bilik əsaslı əmək fizikidən daha bahalıdır. Burada biliyin keyfiyyəti də önəmlidir. İnsanlar işə qəbul edilərkən əməkhaqqı danışılsa da, əsas maaş iş zamanı formalaşır. İşçi həqiqətən də tələblərə cavab verdikdə, əvəzolunmaz olduqda, müəssisə üçün xüsusi bir dəyər yaratdıqda şəxsin əməkhaqqına davamlı artımlar edilir”.

R.Həsənovun sözlərinə görə, aqrar sektorda tələb daha çox fiziki əməyədir. Onun yaratdığı dəyər də azdır. Bu səbəbdən sahibkar daha yuxarı əməkhaqqı təklif edə bilmir: “Amma müəyyən sahələr var ki, həm elmə əsaslanır, həm də yüksək əlavə dəyər yaradır. Buna nümunə olaraq neft sektorunu göstərə bilərik. Azərbaycanda 1 milyon 800 minə yaxın muzdla çalışan işçi mövcuddur. Təxminən 30 mini neft sektorunda çalışanlardır. Amma onların yaratdığı əlavə dəyər ölkə iqtisadiyyatının 35 faizindən daha çoxdur. Hətta bəzi illərdə bu göstərici 50 faizə qədər olub. Belə bir sahədə yüksək əməkhaqqının təklif edilməsi imkanı genişdir”.

İqtisadçı bildirir ki, fiziki əməklə olan işlərə tələb azalır. Buna səbəb texnologiyanın, süni intellektin tətbiqidir.

PAYLAŞIN:

Continue Reading

Previous: Kartlardan pullar talanır: yeganə yol budur – Pərdəşünas
Next: Ermənilər Gorus istiqamətində mövqelərinə minaatanlar yerləşdirildi – NƏ BAŞ VERİR?

OXŞAR MÖVZULAR

gömrük-keçid

Quru sərhədlər bu şəxslər üçün açıla bilər

admin 17/04/2026
avto-b-

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir?

admin 17/04/2026
mehkeme_2025_____

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.