Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 21
  • Futbolçularımız niyə qol vura bilmirlər? – Premyer Liqada acınacaqlı mənzərə

Futbolçularımız niyə qol vura bilmirlər? – Premyer Liqada acınacaqlı mənzərə

admin 21/04/2025
qol

 

Futbolun bəzəyi qoldur. Azarkeşləri oyuna bağlayan da məhz budur. Gözəl bir ötürmə və ya taktiki quruluş nə qədər vacib olsa da, onları dəyərli edən nəticə qoldur. Bu səbəbdən hücumçular, qol vuran oyunçular daha çox ön plana çıxırlar. “Qızıl top” kimi nüfuzlu fərdi mükafatların əksəriyyəti məhz hücum xəttində çıxış edən, məhsuldar futbolçulara verilir. Bir qədər klassik olan bu girişdən aydın olduğu kimi bu dəfə qoleadorlardan bəhs edəcəyik. Daha doğrusu, azərbaycanlı futbolçuların qol vura bilməmə problemindən.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

Premyer Liqada acınacaqlı mənzərə

Azərbaycan çempionatının oyunları, adətən, bir o qədər də məhsuldar keçmir. Bu səbəbdən yekun bombardirlik sıralamasında da gözqamaşdıran rəqəmlər olmur. 30 turdan sonra Premyer Liqamızda ən məhsuldar futbolçu Leandro Andradedir. “Qarabağ”ın kabo-verdeli yarımmüdafiəçisi 14 dəfə topu tora qovuşdurmağı bacarıb. Onu “Sabah”dan Cessi Sekidika və “Zirə”dən Davit Volkov izləyir – hərəyə 10 qol. Peşəkar Futbol Liqasının rəsmi saytında yer alan bombardirlik sıralamasında ilk 14 futbolçu arasında cəmi bir yerli var. “Qarabağ”ın futbolçusu Nəriman Axundzadə səkkiz qolla 8-ci yerdədir. İlk 25 futbolçu arasına isə hərəyə beş qolla Toral Bayramovla Rüfət Abdullazadə də daxil olmağı bacarıblar.

Keçən mövsümün yekun sıralamasında da oxşar durum olub. O zaman da Nəriman Axundzadə əcnəbilərin bombardirlik mübarizəsində varlıq göstərməyə çalışıb. Cəmi iki mövsüm əvvəl isə tam fərqli mənzərə olub. Ramil Şeydayev 22 qolla bombardir adını qazanıb. Ən yaxın izləyicisi Musa Qurbanlı 21 dəfə fərqlənib. Sıralamada Emin Mahmudov üst pillələrdə olub. İndi isə vəziyyət 180 dərəcə dəyişib.

Hücumçu tapılmır

Premyer Liqa klublarının irəli xətt oyunçularına baxdıqda, bir qayda olaraq legioner futbolçuları görürük. Hücumçuların az qala hamısı əcnəbilərdir. Burada yalnız Nəriman Axundzadəni istisna edə bilərik. O da Juninyonun “Qarabağ”ı tərk etməsindən sonra hücumun sivri ucunda yer almağa başlayıb. Gənc futbolçu cinahda daha effektivdir. “Neftçi”də Ağadadaş Salyanski ara-sıra şans qazanır, “Qarabağ”ın iki il öncə bombardirlər siyahısında olan hücumçusu Musa Qurbanlı isə formasından çox uzaqdır.

Təkcə hücumun mərkəzi deyil, vinger, oyunqurucu kimi mövqelərdə də klublar bir qayda olaraq əcnəbilərdən yararlanırlar. Burada Rüfət Abdullazadə, gənc oyunçulardan Xəyal Əliyev, Murad Musayevi istisna edə bilərik. Beləliklə, futbolumuzda təkcə hücumçu deyil, ümumilikdə yaradıcılıq problemi var.

Yaş limitinin fəsadı

Uzun illər çempionatımızda klubların start heyətdə yaşı 21-dən az olan azı bir yerli futbolçunu meydana buraxması qaydası tətbiq olunub. İlk baxışdan bunun gənc oyunçuların inkişafına təkan verəcəyi təəssüratı yaranır. Həqiqətən, bəzi futbolçular məhz limitin sayəsində üzə çıxdılar. Düzdür, limitə görə oynayanların bir çoxu yaşları artdıqca, heyətə düşməkdə çətinlik çəkdilər. Ancaq bəzi oyunçuların diqqət çəkməsində bunun rolu oldu.

Limitin fəsadı isə daha böyükdür. Klubların baş məşqçiləri gənc futbolçuları əsasən iki mövqedə oynadırdılar. Bunlardan biri yarımmüdafiənin dayaq zonası, digəri müdafiənin cinahları idi. Müdafiənin mərkəzində mümkün səhvlər, irəli xətdə isə qeyri-effektiv olmaları çalışdırıcların bu mövqelərdə gənc futbolçulara şans verməməsinə səbəb oldu. Beləliklə, akademiyalar üzərində dayaq yarımmüdafiəçisi və cinah müdafiəçisi tələbləri artdı. Akademiyaların məhz bu istiqamətlərə fokuslanması, eyni zamanda bu mövqelərə tələbatın artması ilə gənc oyunçular həmin istiqamətə üz tutdular. Hazırda futbolumuzda hücumçu, vinger, hətta mərkəz müdafiəçisi mövqelərində ciddi defisit olmasının səbəblərindən biri də məhz tətbiq olunan limitin kor-koranəliyi idi.

Problemin milli komandaya təsiri

Azərbaycan yığmasının əsas hücumçuları ölkə xaricində çıxış edirlər. Mahir Emreli Almaniyanın “Nürnberq”, Renat Dadaşov Polşanın “Radomyak” klubunun formasını geyinir. Bu mövsüm Emreli dörd, Dadaşov isə iki qolun müəllifi olmağı bacarıb.

Futbolumuzdakı ümumi qeyri-məhsuldarlıq milli komandaya da təsirsiz ötüşməyib. Yığma son altı rəsmi oyunda cəmi üç qol vura bilib. Halbuki həmin müddətdə Estoniya kimi zəif rəqiblə iki oyun keçirmişik. Son iki yoxlama matçında isə komandamız Bakıda nə Haitiyə, nə də Belarusa qol vura bilib. Görünür ki, futbolumuzdakı yaradıcı oyunçu çatışmazlığı milli komandaya da mənfi mənada təsirini göstərir. Düzdür, yığmamız heç də hər zaman məhsuldarlığı ilə seçilməyib, lakin indiki situasiya da olduqca acınacaqlıdır.

Limitin ləğvi necə təsir edəcək?

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunacaq. Əgər indi komandalar start heyətdə maksimum 8 əcnəbi oyunçuya yer verə bilirsə, artıq 11 xarici ilə oynamaq mümkün olacaq. Bu isə bəzən məcburiyyətdən oynadılan yerli futbolçuların da şans almağını çətinləşdirəcək.

Əlbəttə, qərar yenidir və futbolumuza təsirlərinin necə olacağını yalnız praktikadan keçdikdən sonra müəyyənləşdirmək olar. Lakin sadə məntiq onu deməyə əsas verir ki, hətta limit olduğu dövrdə az qala heç nə ilə diqqət çəkməyən yerli futbolçular üçün limitin ləğvindən sonra vəziyyət daha da çətinləşəcək. Əgər indi qol vurmaq problemindən bəhs ediriksə, bu gedişlə azərbaycanlı futbolçuların niyə oynamadığı və ya niyə heyətə düşə bilmədiyi mövzusu gündəmə gələcək.

PAYLAŞIN:

Continue Reading

Previous: Ermənilər Gorus istiqamətində mövqelərinə minaatanlar yerləşdirildi – NƏ BAŞ VERİR?
Next: “Meyvəli” gömrüyündə dələduzluğa məruz qalmış vətəndaş Vilayət Eyvazovdan kömək istəyir – MÜRACİƏT

OXŞAR MÖVZULAR

qatar-bak

Quru sərhədlər açıldı: İlk ünvan Tiflis…

admin 19/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
umayra-tağ

Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026
  • İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.