Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 22
  • Agentlik erməni saxtakarlıqlarının və plagiatçılığının ifşasına dair faktları açıqlayıb

Agentlik erməni saxtakarlıqlarının və plagiatçılığının ifşasına dair faktları açıqlayıb

admin 22/04/2025
kamran_imanov_eziz_220425

 

Erməni saxtakarlıqlarının ifşasına dair Əqli Mülkiyyət Agentliyi tərəfindən 2016-cı ildən başlayaraq “Don bəzəyər də, ifşa edər də” seriyasından kitab və broşurların nəşri davam etdirilib.

Bunu bu gün Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, 2024-cü ildə bu seriyadan Agentlik tərəfindən hazırlanmış “Qərbi Azərbaycan torpaqları qədim və klassik mənbələrdə və DNT-analiz” və “Земли Западного Азербайджана в древних и классических источниках и ДНК-анализ” adlı yeni kitabları (müəllif K.İmanov) Azərbaycan və rus dillərində nəşr olunaraq yayılmışdır.

“Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsinin və Azərbaycan musiqisinin digər nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı və Agentliyin Mədəniyyət Nazirliyi ilə birgə bəyanatı yayılmışdır. Bəyanatda “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsinin erməni bəstəkarı Arno Babacanyanın “müəllifliyi ilə “Vaqarşabat rəqsi adı altında “Youtube” platformasında yerləşdirilməsinə ciddi etiraz bildirilmiş, Üzeyir Hacıbəylinin müəllif hüquqlarının bərpa edilməsi, habelə Ermənistan Respublikasının ərazisində və ya onun subyektləri tərəfindən Azərbaycan mədəni irsi, xüsusilə də musiqi irsi nümunələrinin kütləvi şəkildə mənimsənilməsi hallarını aradan qaldırmaq və görülən tədbirlər barədə məlumat verilməsi tələb olunmuşdur.”

Sədr qeyd edib ki, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri erməni ifaçısı Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında” yerləşdirilmişdi.

“Agentlik tərəfindən görülən tədbirlər nəticəsində erməni Gor Yepremyanın erməni nümunəsi kimi təqdim etdiyi bu mahnı “Youtube” platformasından və “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformalarından silinmişdir. Qeyd edilən məsələ ilə əlaqədar Agentlik tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində Agentliyin Mədəniyyət Nazirliyi ilə Birgə Bəyanatı yayılmışdır.”

K. İmanov qeyd edib ki, musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının sözləri erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən dəyişdirilərək “Xrovel e im yare” adı ilə ifa edilmiş və “Youtube” platformasında yerləşdirilmişdi. Agentlik bu oğurluğun da qarşısını almış və Minas Ovanesyanın (Mino) ifa etdiyi “Xrovel e im yare” adlı mahnı “Youtube” platformasında 5 (beş) səhifədən silinmişdir.

“Youtube” platformasının “Behrooz Abshar” adlanan səhifəsində erməni musiqi nümunələri kimi yerləşdirilmiş Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi “Yar gəldi, yar” (musiqisi bəstəkar Adil Gəraya, sözləri Əli Kərimə məxsusdur), “Töhfə” (musiqisi bəstəkar Firəngiz Babyevaya, sözləri Baba Vəziroğluna məxsusdur), “Getmə amandır” (musiqisi Hacı Xanməmmədova, sözləri Aşıq Ələsgərə məxsusdur), “Yavaş-yavaş” (musiqisi Nazil Qəmərlinskiyə, sözləri Bəxtiyar Vahabzadəyə məxsusdur) və “Bayram şamları” (musiqisi bəstəkar Cahangir Cahangirova, sözləri Şıxəli Qurbanova məxsusdur) mahnıları da Agentliyin gördüyü tədbirlər nəticəsində həmin platformadan silinmişdir”, – deyə o qeyd edib.

PAYLAŞIN:

Continue Reading

Previous: Ədliyyə Nazirliyi yanında İctimai şuraya 7 nəfərdən ibarət yeni tərkib seçilib
Next: Tərəfdaşlıq strategiyası: Bakı və Pekin dialoqu real nəticələrə çevirir

OXŞAR MÖVZULAR

vuf-baku

Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq

admin 13/05/2026
qrip

Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama

admin 12/05/2026
mygov.az

Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir? 12/05/2026
  • Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.