Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 23
  • ETSN-nin Nəqliyyat İdarəsi Sabir Fərzəliyevlə yenə işbirliyinə başladı – Həm də necə…

ETSN-nin Nəqliyyat İdarəsi Sabir Fərzəliyevlə yenə işbirliyinə başladı – Həm də necə…

admin 23/04/2025
etsn-neql

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi nəqliyyat vasitələrinin cari təmiri üçün mal-materialların alınması üzrə 29.12.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlu seçilib və tərəflər arasında 649.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 22.04.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Nəqliyyat İdarəsi tərəfindən nəzərdə tutulmuş mal-materialların alınması üzrə keçirilmiş açıq tenderdə   ehtimal olunan qiyməti 1.170.950,11 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi bu təchizatçını müsabiqədən kənar etməmiş, əksinə yeni müqavilə bağlamağı planlaşdırır. Niyə?

Çünki, Sabir Fərzəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumlarla çoxdan işbirliyindədi. Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi ilə 28.04.2023-cü ildə   927.739,48 manat məbləğində satınalma müqaviləsi bağlamışdı. Bundan sonra Sabir Fərzəliyev sanki tender bazarından çəkilmişdi. Bəs Sabir Fərzəliyev tender bazarından niyə çəkilmişdi, və necə qayıtdı?

Qeyd edək ki, hələ 2022-ci ilin oktyabrında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olan məlumat əsasında fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlunu 6 229 manat cərimə etməsi barədə məlumat yaymışdı. O, zaman həmin şəxsin Türkiyə istehsalı mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim etməsi, eləcə də İran da istehsal olunan və ölkəmizə idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da, haqsız rəqabətə yol verməsi əlamətlərinin aşkar edilməsi ilə bağlı iş qaldırıldığı bildirilirdi. Bu işin nəticəsi olaraq sözügedən sahibkara maliyyə sanksiyası tətbiq edilib və haqsız rəqabətə yol verməməsi barədə göstəriş verilmişdi.

Bizim o zaman apardığımız araşdırma zamanı məlum olmuşdu ki, Fərzəliyev Tahir Təvəl oğlu son illər dövlət satınalmalarının ən fəal iştirakçılarından olan fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlunun qardaşıdır.  Sabir Fərzəliyev 2020-ci ildən, yəni hələ pandemiya dövründən 2022-ci ilin avqust ayına qədər 14 açıq tenderin qalibi olub və 3 107 637 manat məbləğində dövlət sifarişi alıb. Bunlar dövlət satınalmalarının vahid internet portalında olan ən son məlumatlırdır. Əldə etdiyimiz məlumatlara görə Fərzəliyev Sabir Təvəl oğlu hələ 2010-cu illərdən respublikanın şimal bölgəsində, Qusar, Xaşmaz, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinin, Suvarma Sistemləri İdarələrinin əsas təchizatçısı olub. Son dövrlər respublikanın digər bolgələrində də fəaliyyətə başlamışdı.

Qeyd edək ki, Sabir Fərzəliyev əsasan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumları maşın-mexanizmlər üçün ehtiyat hissələri, maşın mexanizmləri və nəqliyyat vasitələri üçün sürtgü yağları, nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif akkumulyatorlala və tikinti materialları ilə təchiz edirdi.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin rəisi nazir Muxtar Babayevin qohumu Füzuli Babayev olub. Sabir Fərzəliyevlə daha çox işbirliyi quran da məhz Füzuli Babayev olub. Onun 2022-ci ildə təqaüdə göndərildiyi deyilir. Amma qeydri rəsmi olaraq idarədə nazirin gözü olaraq qalmaqdadır. Hazırda isə Nazirliyin Nəqliyyat İdarəsinin direktoru Elxan Baxışovdur. O bu vəzifəyə nazirin əmri ilə 2022-ci ilin iyununda təyin olunub.

Göründüyü kimi Sabir Fərzəliyevin qardaşının idxal etdiyi malları saxtalaşdırdığının üstü açıldıqdan sonra  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qardaşlara qoyduğu qadağa artıq aradan qaldırılıb. İndi kim zəmanət verə bilər ki, Sabir Fərzəliyev eyni əmməllərə yenə yol verməyəcək. Bu onun bağladığı müqavilədən belə açıq aşkar görsənir. Ehtimal olunan qiyməti 1.170.950,11 manat olan tenderi 40 faiz aşağı qiymətlə udmaq, həmin malların ucuz və keyfiyyətsiz olmasının göstəricisidir. Hələ qiymətlərin nə qədər şişirdildiyini demirik.

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Tikinti şirkətlərinin fırıldaqları: “Sökəndə 2, satanda 3-4 mindən hesablayırlar”
Next: Azərbaycanla Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.