Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 23
  • “Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

“Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

admin 23/04/2025
e7700464-73cf-468e-aa13-6df0b8be11ab

 

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif səviyyələrdə onun işinin bərpasına çalışıb və hazırda da çalışmaqdadır. Lakin Kremlin agent şəbəkəsinə, Rusiyanın siyasi təsirinə və bir çox digər qaranlıq işlərə xidmət edən bu təşkilatın Bakıda bərpa edilməsinə hələlik Kreml nail ola bilməyib.

“Rossotrudniçestvo”-nun qurumu olan “Rus Evi”-nin gerçək sifəti, nə ilə məşğul olduğu Qırğızıstanda da ifşa olunub.

“AzPolitika” xəbər verir ki, Qırğızıstanın Oş şəhərindəki “Rus Evi”nin əməkdaşı Nataliya Sekerina Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün muzdlu əsgərlər toplamaqda şübhəli bilinərək həbs edilib. Rusiya mətbuatı xəbər verir ki, onun barəsində iyunun 17-dək həbs qətimkan tədbiri seçilib. Sekerinanı muzdluların toplanması, maliyyələşdirilməsi və təmin edilməsi maddəsi ilə (Qırğızıstan Cinayət Məcəlləsinin 416-cı maddəsinin 1-ci hissəsi) 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Sekerina ilə yanaşı, Oş meriyasının mətbuat xidmətinin əməkdaşı da daxil olmaqla daha 4 nəfər saxlanılıb.

Bişkekin Pervomayski Rayon Məhkəməsinin mətbuat xidməti press-relizlərdə iş üzrə saxlanılan müttəhimlərin adlarının baş hərflərini göstərib. Bundan başqa, cinayət işinin Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTK) tərəfindən də başlandığı məlum olub.

Həbs edilən ikinci şəxs Oş meriyasının mətbuat xidmətinin əməkdaşı Sergey Lapuşkindir. O, Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsi və 416-cı maddəsinin 1-ci hissəsi (“Başqa dövlətlərin silahlı münaqişələrində istifadə məqsədi ilə muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, maddi təminatı, hazırlanmasının təşkili”) ilə ittiham olunur.

Sekerinanın “facebook” səhifəsində Lapuşkinin iştirak etdiyi Oşdakı “Rus Evi”ndə keçirilən tədbirlərdən materiallar və videolar yerləşdirilib.

Bu iş üzrə Sekerina və Lapuşkindən başqa daha iki nəfər saxlanılıb. Onların kimliyi hələlik məlum deyil.

Qırğızıstanda bir neçə vətəndaş əvvəllər Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etdiyinə görə məhkum edilib.

PAYLAŞIN:

Continue Reading

Previous: “Müsbət cavab almasaq, ABŞ vasitəçilikdən imtina edəcək” – Vens Rusiya və Ukraynaya xəbərdarlıq etdi
Next: Zelenski Krımdan imtinaya razılaşmadı – London görüşü ləğv olundu

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.