Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 28
  • “Real”ın yeni Raulu, Rafinya üçün ikinci nəfəs – Mövsümün parıldayan ulduzları

“Real”ın yeni Raulu, Rafinya üçün ikinci nəfəs – Mövsümün parıldayan ulduzları

admin 28/04/2025
qol--

Avropada futbol mövsümü sona çatmaq üzrədir. Böyük liqaların həlledici mərhələsi gedir. Fransada artıq çempion bəllidir, Almaniya və İngiltərədə qalibin kimliyinə böyük ölçüdə aydınlıq gəlibsə, İspaniya və İtaliyada gərgin mübarizə davam edir. Müasir futbol daha çox kollektiv oyundur, əsasən taktika, mübarizə ön plandadır. Əksər mütəxəssislər hesab edirlər ki, bu da fərdi performansları get-gedə arxa plana keçirir. Lakin futbolu bunsuz təsəvvür etmək də mümkün deyil. Bu mövsüm də fərdi performansları ilə önə çıxan, parlayan adlar oldu. 20 il əvvəlin futbolu ilə müqayisədə onların sayı elə də çox deyil, ancaq hələ də komandasını arxasınca daşımağı bacaran futbolçular var. Budəfəki yazıda mövsümün parlayan simalarından bəhs edilir.

Oxu.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Rafinya üçün ikinci nəfəs

2022-ci ildə “Lids”dən “Barselona”ya transfer olunan Rafinya bu mövsümün əvvəlinə qədər komandada ortabab oyunçulardan idi. O, keçən il zəif performans sərgiləməsə də, yayda komandadan gedişi gündəmə gəlmişdi. Rafinyaya Səudiyyə Ərəbistanından sərfəli təklif var idi. Lakin Kataloniya klubunun yeni baş məşqçisi Hansi Flik braziliyalının komandada qalması üçün təkid etdi. Məhz almaniyalı mütəxəssisin gəlişi Rafinya üçün ikinci nəfəs oldu.

2024/25 mövsümündə ulduzu parıldayanlardan danışırıqsa, Rafinyanı çəkinmədən ilk sıraya qoymaq olar. O, 49 oyunda 30 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Mövsümün əvvəlində Lamin Yamal, Pedri, Robert Levandovski kimi adların “Barsa”nın əsas ulduzları olacağı güman edilirdi. Lakin Rafinya proqnozları alt-üst etdi. O, qitənin bir nömrəli klub turnirində 12 matçda 12 qol vurub. Təkcə bu fakt Rafinyanın necə əla mövsüm keçirdiyinin sübutudur.

“Barselona”dan bəhs etmişkən, klub bu mövsüm də bir neçə gənc oyunçuya şans verdi. “La Masiya”dan gələnlər arasında daha çox diqqət çəkən isə Kubarsidir. Düzdür, o, keçən mövsümün ikinci yarısında da əsas komandada çıxış edib. Lakin bu il daha çox diqqət çəkir. 18 yaşlı Kubarsi artıq əsas heyət üzvüdür. Bu mövsüm 35 matçda meydana çıxan mərkəz müdafiəçisi etibarlı oyunu ilə yanaşı, bir assistlə də yadda qalmağı bacarıb.

“Real”ın yeni Raulu

Adı Raul olsa da, onu daha çox Serxio Ramosa bənzədirlər. Söhbət Madrid “Real”ının bu mövsüm parıldayan ulduzu Raul Asensiodan gedir. David Alaba və Eder Militanın zədələnməsindən sonra “kral klubu”nun məşqçilər korpusu müdafiənin mərkəzindəki problemi daxili resurslarla həll etmək qərarına gəldilər. Noyabrın sonlarında heç kəsin tanımadığı 21 yaşlı Raul Asensio əsas komandada debüt etdi. Bundan sonra onun yüksəlişi başladı. İlk matçdan etibarlı oyunu ilə seçilən gənc müdafiəçi tezliklə əsas heyətin daimi üzvünə çevrildi. Həm topla davranışı yüksək səviyyədə olan, həm də fiziki hazırlığı ilə diqqət çəkən Asensio artıq 46 matçda meydana çıxıb və iki məhsuldar ötürməsi var. “Real”dakı parlaq çıxışından sonra gənc oyunçu İspaniya milli komandasına da dəvət alıb.

Parisin parıldayan ulduzu

Usman Dembele bəlkə də karyerasının ən yaxşı mövsümünü keçirir. PSJ-nin erkən çempionluğunun, komandasının Çempionlar Liqasında yarımfinala adlamasının əsas səbəbkarlarından biri məhz odur. 27 yaşlı ulduz bu mövsüm 43 matçda 32 qol və 11 assistlik performans göstərib. “Barselona”da özünü tam aça bilməyən Dembele məhz Luis Enrikenin rəhbərliyi altında performansının pikinə çatıb. Bu səbəbdən onun adını qeyd etməmək mümkün deyil.

Lakin bu mövsüm Luis Enrikenin “coker”i Dezire Duedir. Keçən ilin yayında “Bavariya”dan imtina edib “Renn”i PSJ-yə dəyişən 19 yaşlı futbolçu Paris klubunun oyununa istiqamət verən addır. Yarımmüdafiənin mərkəzində, hücumçunun gerisində, cinahlarda, hətta hücumun mərkəzində oynamağı bacaran Due Avropada mövsümün ən yaxşı driblinqçilərindəndir. Bu mövsüm 46 matçda meydana çıxan gənc oyunçu 13 qol və 12 assistlə yadda qalıb. Dembele, Xviça Kvaratsxeliya kimi ulduzların olduğu komandada belə məhsuldarlıq göstərməsi onun gələcəyindən gözləntiləri artırıb. Due artıq Fransa millisinə dəvət alıb.

Marmuş, Olise və digərləri

Bu mövsüm parıldayan ulduzlardan bəhs edərkən, Omar Marmuş, Maykl Olise, Xeyni Qittens, Xulian Alvares kimi adları unutmaq olmaz. Mövsümün ilk yarısını “Ayntraxt”da keçirdikdən sonra “Mançester Siti”yə transfer olunan Marmuşun komandası daha yaxşı performans sərgiləsəydi, indi ən çox ondan bəhs edilərdi. Fərdi nəzər yetirdikdə, misirli forvard 47 matçda 27 qol, 16 məhsuldar ötürmə kimi fantastik statistikaya malikdir. Yayda “Mançestsr Siti”ni “Atletiko”ya dəyişən Xulian Alvares də İspaniya paytaxtında özünü “suda balıq” kimi hiss edir. O, 49 oyunda 26 qol vurub, 5 assist edib. “Bavariya”da Maykl Olise mövsümün əsas ulduzudur. Fransalı futbolçu yayda transfer olduğu Münhen klubunun “düşünən beyni”dir. Bu mövsüm 17 assist edən yarımmüdafiəçi 13 dəfə də rəqib qapısına özü yol tapıb. Hər mövsüm üzə yeni ulduz çıxaran Dortmund “Borussiya”sında isə bu il də istisna olmadı. “Arılar”ın əsas siması Ceymi Qittendsir. 20 yaşlı ingilis futbolçu bu mövsüm 8 qol və 4 assistlə komandanın əsas simalarından oldu.

Bu adlar sübut edir ki, fərdi istedad hələ də futbolda mühüm rol oynayır. Hər biri meydanda parlayan bir ulduz, tribunada isə azarkeşlərin ümididir. Onların çıxışı, təkcə klubunu deyil, bütün futbol dünyasını həyəcanlandırır.

PAYLAŞIN:

Continue Reading

Previous: Süni intellekt hansı problemlərə səbəb ola bilər? – Mənfi tərəfləri
Next: “Trabzonspor”dan “Traktor”la bağlı maraqlı paylaşım

OXŞAR MÖVZULAR

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.