Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 1
  • “Aztelekom” rabitə bazarında dominant oyunçuya çevrilir – İslahat, yoxsa inhisarlaşma?

“Aztelekom” rabitə bazarında dominant oyunçuya çevrilir – İslahat, yoxsa inhisarlaşma?

admin 01/05/2025
aztelekom

 

Azərbaycan hökuməti uzun müddət müzakirə olunan və bir sıra tənzimləyici əngəllərlə üzləşən islahata imza atıb -“Aztelekom” yalnız “Baktelekom”la deyil, həm də “AzEuroTel”, “Gəncə və Sumqayıt Telekom”, “Azərrabitəlayihə” və “Beynəlxalq ATS” kimi qurumlarla birləşdirilib.

Bu qərarla illərdir “Baktelekom”la birləşmək üçün çalışan “Aztelekom”u ölkənin telekommunikasiya bazarında dominant oyunçuya çevrilib.

Azərbaycan İnternet Forumunun (AİF) rəhbəri Osman Gündüz bu addımı müəyyən şərtlərlə uğurlu hesab edir. Onun fikrincə, təbii inhisarçıların vahid bir dövlət qurumu altında birləşdirilməsi daha çevik idarəetmə, investisiyalardan səmərəli istifadə və optimallaşma baxımından faydalı ola bilər: “Yəni bir neçə təbii inhisarçı ilə vuruşmaqdansa, biri ilə vuruşmaq prinsipcə ağlabatandır. Həm də bu, şəffaflıq baxımından da müsbət dəyərləndirilə bilər”.

Ekspert son illərdə Rabitə, İnformasiya və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində olan “Aztelekom”da şəffaflıq və hesabatlılıq baxımından irəliləyişlər olduğunu vurğulasa da, əsas problemlərin hələ də həll edilmədiyini bildirir. Məsələn, “Aztelekom”un təqdim etdiyi internet paketlərində vətəndaşların real tələbatlarına uyğun sürət və qiymət seçimləri yoxdur. Bu məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı araşdırmanın nəticələri isə hələlik açıqlanmayıb.

O.Gündüzün fikrincə, hazırda “Aztelekom”un bazardakı çəkisi nəzərəçarpacaq dərəcədə artıb – 3 milyondan çox istifadəçiyə internet xidməti təqdim edir, həm magistral provayderdir, həm də pərakəndə xidmət təklif edir. Bu isə bazar rəqabəti üçün ciddi təhlükələr yarada bilər.

Ən diqqətçəkən dəyişikliklərdən biri “Aztelekom”un Rabitə Nazirliyinin strukturundan çıxarılaraq AZCON Holdinqin tərkibinə verilməsi olub. Hazırda bu operatoru nazirliklə əlaqələndirən yeganə amil, nazir Rəşad Nəbiyevin AZCON-un Müşahidə Şurasına rəhbərlik etməsidir. Ekspertlər bildirir ki, sabah bu əlaqə də qırılarsa, ölkənin ən böyük telekommunikasiya operatorunun nazirliklə institusional bağı tamamilə kəsilmiş olacaq.

Osman Gündüz bu struktur dəyişikliklərinin arxasında “sağlamlaşdırıb satmaq” modelinin dayana biləcəyini düşünür. Onun sözlərinə görə, gələcəkdə “Aztelekom”un yalnız magistral infrastrukturunun dövlətin nəzarətində qalması, pərakəndə internet satışının isə özəlləşdirilməsi ehtimalı real görünür.

“Bu, həm şəffaflığı, həm də bazarda rəqabəti artırmaq üçün doğru addım ola bilər”, – deyə o qeyd edir.

Sektorda dolaşan şayiələrə görə, gələcəkdə ölkənin ən böyük mobil operatoru olan “Azercell”-in də “Aztelekom”a birləşdirilməsi mümkündür. Bu baş verərsə, həm mobil, həm sabit internet, həm də magistral infrastruktur eyni struktur daxilində cəmlənmiş olacaq. Bu isə sektorda ciddi təmərküzləşmə və rəqabət pozuntusu riski yarada bilər.

Beləliklə, “Aztelekom”un genişləndirilməsi dövlət üçün mühüm bir texnoloji və iqtisadi fürsət yaradır. Amma bu dəyişikliklər yalnız o halda uğurlu ola bilər ki, sektorda şəffaflıq və rəqabət təmin edilsin, İKTA və digər tənzimləyici orqanların səlahiyyətləri gücləndirilsin. Əks halda, bu nəhəng struktur bazarda inhisarçılıq və texnologiyada durğunluq riski daşıya bilər. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: İran yenə Zəngəzur dəhlizinə yox dedi: Qara dənizə çıxışı itirmək istəmirlər
Next: “Onların arasında böyük uçurum var” – Vensdən Ukrayna ilə bağlı pessimist açıqlama

OXŞAR MÖVZULAR

qht-6-

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25/05/2026
söhrab-deniz-l

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

admin 25/05/2026
nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.