Skip to content
16/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 1
  • Deputat: “Üç milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var”

Deputat: “Üç milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var”

admin 01/05/2025
manat-vergi-

 

“Mülki Prosessual Məcəllənin 231-ci maddəsində borclu anlayışı dəqiqləşdirilir. Bununla yanaşı, bu anlayışın daha da dəqiqləşdirilməsi, o cümlədən fiziki və hüquqi şəxslər üzrə meyarların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Belə ki, bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi, fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq edilə və sözügedən məcəllədə öz əksini tapa bilər”.

Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, kredit portfeli üzrə artım, eyni zamanda, istehlak kreditlərində də özünü göstərir:

“2024-cü ilin yekunlarında istehlak kreditlərinin həcmi 2023-cü illə müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. Hazırda üç milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır. Bütün bunlarla yanaşı, vaxtı keçmiş kreditlərin həcmi 2024-cü ilin sonuna nisbətən bu ilin ilk rübündə 449.1 milyon manatdan 481.6 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, son aylar problemli kreditlərin həcmi yüksəlməkdədir və bu daha çox borclu deməkdir. Oxşar vəziyyət qeyri-işlək kreditlər üzrə müşahidə olunur. Belə ki, 2024-cü il ərzində qeyri-işlək portfelin həcmi mütləq ifadədə 6.7 faiz və ya 41 milyon manat artaraq 655 milyon manat təşkil etmişdir. Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yəni fiziki şəxslərin payına düşür. 375 milyon manatlıq biznes kreditləri isə qeyri-işləkdir”.

“Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə adambaşına 13.8 min manat bank borcu var. Əgər beş il öncə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11.5 faiz idisə, bu göstərici ötən ilin sonunda 18 faizədək yüksəlib. Göründüyü kimi, həm problemli kreditlərin, həm də qeyri-işlək kreditlərin həcmlərində artımlar var. Bu baxımdan, nisbətən az kredit borcu olan vətəndaşlarımız üçün bu qadağaların müəyyənləşdirilməsi tövsiyəolunandır.

Məsələn, cəmi 200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılmasının problemli kreditlərin həcminin azalmasına səbəb olacağı inandırıcı deyil. Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər. O baxımdan, 231-ci maddədə fiziki şəxs olan borclular üzrə minimumların müəyyənləşdirilməsini təklif edərdim.

Hazırda 27 milyard 877 milyon manat kredit portfelini olduğunu nəzərə alsaq, qanun layihəsində hüquqi şəxslərin dairəsinin genişləndirilməsi məqsədəuyğun olardı. Yəni hüquqi şəxsin icra orqanının rəhbəri ilə yanaşı, təşkilati formasına uyğun olaraq, təsnifləşdirmənin aparılması və qərarların qəbulunda iştirakı olanların tam əhatə olunması məqsədəuyğun olardı. Məsələn, səhmdar cəmiyyətlərində yalnız hüquqi şəxsin icra orqanının rəhbəri deyil, idarə heyətinin üzvləri ayrıca qeyd oluna bilər. Çünki qərarlar idarə heyəti tərəfindən verilir. Bütövlükdə, problemli kreditlərin həcminin artdığını nəzərə alaraq, müzakirə etdiyimiz dəyişiklikdə fiziki şəxslər üzrə təşviq, hüquqi şəxslər üzrə isə inzibati meyarların dairəsinin genişləndirilməsini təklif edərdim.

“İcra haqqında” Qanunun 4-cü maddəsində isə “elektron pul təşkilatları” sözləri ilə yanaşı, “və digər ödəniş təşkilatları” sözlərinin əlavə olunması təklif edərdim. Mərkəzi Bank tərəfindən 18 təşkilata elektron pul emissiyası üçün lisenziyalar verilib. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən, ödəniş təşkilatlarının dairəsi daha da genişlənə bilər. Oxşar olaraq, həmin qanunun 5, 23, 45, 46, və 83-cü maddələrində də bunun öz əksini tapmasını təklif edərdim”, – deputat təkliflə çıxışını yekunlaşdırıb.

PAYLAŞIN:

Continue Reading

Previous: Böyük Razılaşma: Rusiya ya təslim olacaq, ya da… – Markov
Next: İran yenə Zəngəzur dəhlizinə yox dedi: Qara dənizə çıxışı itirmək istəmirlər

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-16 at 06.01.30 (2)

Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi.

admin 16/03/2026
ev_menzil_b

Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?

admin 15/03/2026
d5a40cc93352bcdf657ed6dde6813af3_11 (1)

Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq?

admin 15/03/2026

XƏBƏR LENTİ

  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026
  • İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR 16/03/2026
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib” 16/03/2026
  • “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır 16/03/2026
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…” 16/03/2026
  • “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…” 16/03/2026
  • ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir- Quru əməliyyatı baş tuta bilər 16/03/2026
  • Rektor Yaşar Ömərov haqqında şok faktlar – Nazir təyinatı ilə bağlı iddialar və cinayət ittihamı 16/03/2026
  • Tramp İranla müharibədə məğlub olacaq 16/03/2026
  • Azərbaycan Texniki Universitetində Sona İsmaylovanın “Sözün xaqanı” kitabının təqdimatı keçirildi. 16/03/2026
  • İlon Maskdan sensasion proqnoz: Gələcəkdə insanlar işləməyəcəklər 16/03/2026
  • Avstraliya və Yaponiya Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina edib 16/03/2026
  • Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik 16/03/2026
  • Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək 16/03/2026
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.