Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 1
  • Kirayə qiymətləri cib yandırır – Daha nə qədər artacaq?

Kirayə qiymətləri cib yandırır – Daha nə qədər artacaq?

admin 01/05/2025
kiraye_ai

 

Son aylarda Bakı şəhərində kirayə mənzil bazarında qiymətlər sürətlə artıb. Xüsusilə sadə və orta gəlirli insanlar üçün bu vəziyyət ciddi çətinliklər yaradıb. Belə ki, orta aylıq əməkhaqqı 900 manat civarında olan vətəndaşlar üçün iki otaqlı evlərin 400 manatdan yuxarı başlayan kirayə qiymətləri böyük maliyyə yükünə çevrilib.

Mövzunun aktuallığını nəzərə alaraq, bu vəziyyətlə bağlı qiymət artımının səbəblərini öyrənmək üçün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruca üz tutduq.

Qiymət artımın səbəblərindən Milli.Az-a danışan sədr kirayə qiymətlərində müşahidə olunan artımın son illərə təsadüf etdiyini deyir:

“Bildirmək istəyirəm ki, kirayə qiymətlərində müşahidə olunan artım son illərə təsadüf edir və bu artım minimal və orta aylıq əməkhaqqı ilə müqayisədə kifayət qədər yüksək məbləğ təşkil edir. Bu hal təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə də müşahidə olunur. Səbəblərdən biri ondan ibarətdir ki, şəhərlərə regionlardan güclü axın müşahidə olunur. Şəhərlər inkişaf etdikcə, əhalinin sayı da demoqrafik dəyişikliklər fonunda artır və bu da tələbatın yüksəlməsinə səbəb olur. Bu məsələ yalnız mənzil tələbi ilə deyil, həm də urbanizasiya və şəhərlərin planlı formalaşma problemi ilə əlaqəlidir. Düşünürəm ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, orta aylıq əməkhaqqı ilə kirayə qiymətləri arasındakı nisbət daha balanslı hala gələcək. Burada bir məqamı da qeyd etməliyəm: kirayə mənzilləri bir qayda olaraq bir nəfər deyil, ailələr götürür və ailə daxilində bir neçə nəfərin işləməsi bu xərclərin bölüşdürülməsini asanlaşdırır. Bu baxımdan, hazırda kirayə qiymətləri yüksək olsa da, bazarda tələbat hələ də artmaqda davam edir”.

Onun fikrincə, bu istiqamətdə müəyyən layihələr icra etmək lazımdır.

“Kirayə qiymətlərində sabitliyi yalnız o zaman gözləmək olar ki, Azərbaycan dövləti bu sahədə daha geniş sosial layihələr həyata keçirsin. Bu istiqamətdə artıq İpoteka və Kredit Zəmanəti Fondu, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən müəyyən layihələr icra olunmaqdadır. Kirayə bazarında qiymətlərin yüksəlməsinə ciddi təsir edən əsas amillərdən biri tələbələrdir. Hər il minlərlə gəncin ali məktəblərə qəbul olaraq Bakıya üz tutması kirayə mənzillərə olan tələbatı artırır. Əgər universitet şəhərciklərinin, yataqxanaların və tələbə kampuslarının sayı artırılarsa, bu, kirayə bazarında qiymətlərin tənzimlənməsinə müsbət təsir edə bilər. Təhsil müəssisələrinin şəhər kənarına köçürülməsi prosesi həm kirayə qiymətlərinin normallaşmasına, həm də şəhərdəki sıxlığın azalmasına şərait yarada bilər. Bu isə nəqliyyat əlçatanlığının və yol hərəkətinin daha nizamlı təşkilinə səbəb olacaq”, deyə V.Oruc bildirib.

Həmsöhbətim mövcud problemin zamanla normallaşacağını vurğulayır:

“Hesab edirəm ki, kirayə qiymətlərinin əməkhaqqının böyük bir hissəsini əhatə etməsi zamanla normallaşacaq. Bunun üçün iqtisadi inkişafla yanaşı, əhalinin gəlir səviyyəsinin artması və tənzimləyici mexanizmlərin tətbiqi vacibdir. Qeyd etməliyəm ki, imtahanlardan sonra kirayə mənzillərə tələbat xüsusilə artır və bu, mövsümi qiymət artımına səbəb olur. Bu cür artımlar sonradan bazarda yeni, yüksək qiymət səviyyəsinin formalaşmasına zəmin yaradır. Mövcud vəziyyətdə, xüsusilə tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı”.

PAYLAŞIN:

Continue Reading

Previous: Ombudsman aparatının əməkdaşları reabilitasiya mərkəzlərində ciddi nöqsanlar aşkar ediblər
Next: Böyük Razılaşma: Rusiya ya təslim olacaq, ya da… – Markov

OXŞAR MÖVZULAR

b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026
dim_imtahan_3

Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik

admin 26/05/2026
2736edfb-ba1b-3ccf-af18-bf367824ab80_1200

Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.