Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 2
  • Bu şirkət işçilərin maaşını vermir, milyonlarla borcu var

Bu şirkət işçilərin maaşını vermir, milyonlarla borcu var

admin 02/05/2025
atef

 

“ATEF Şirkətlər Qrupu”nun əməkdaşları 3 aydır maaşlarını ala bilmirlər.

Bu barədə şirkətdəki mənbələrdən bildirilib.

Məlumata görə, 2000 nəfərin çalışdığı şirkətdə 3 aydır məvaciblər ödənmir. Rəhbərlik bununla bağlı işçilərə ciddi bir izah vermir və müxtəlif bəhanələrlə vaxtı uzadır.

Teleqraf məsələ ilə bağlı “ATEF Şirkətlər Qrupu”nun İdarə Heyətinin sədri Emil Əlixanbəyovla əlaqə saxlayıb. O, suallara yazılı sorğu əsasında cavab verə biləcəyini söyləyib. Lakin şirkətə ünvanlanan yazılı sorğu da cavabsız qalıb.

Qeyd edək ki, 1961-ci ildə fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun (BTZ) bazasında qurulan “ATEF Şirkətlər Qrupu”nun 9 zavodu və 2000 nəfərdən artıq işçi heyəti mövcuddur. Müəssisə 500-dən çox layihə reallaşdırıb. Mərkəzi ofisi Bakıda yerləşən bu qurum enerji avadanlıqları istehsalı sahəsində fəaliyyət göstərir və müxtəlif ölkələrin enerji infrastrukturuna avadanlıq tədarükündə iştirak edir. Transformatorlar, reaktorlar, paylayıcı qurğular, yarımstansiya komponentləri və dəmir yolu kontakt şəbəkəsi üçün detallardan ibarət məhsullar hazırlayır.

Nazirlər Kabinetinin qərarını pozaraq audit hesabatı vermir

Maraqlıdır ki, bu qədər işçi sayına və zavodlara malik olmasına baxmayaraq, şirkət maliyyə hesabatı vermir. Bu barədə qurumun rəsmi veb səhfəsində audit hesabatına rast gəlinmir. Halbuki, “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, işçilərinin sayı 50 nəfərdən, illik gəlirləri (və ya xərcləri) 3 milyon manatdan çox olan istənilən MMC icbari olaraq kənar audit yoxlamasından keçməlidir. Əks təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1.500 manatdan 2.500 manatadək məbləğdə cərimə edilir.

Milyonluq layihələr

“ATEF Şirkətlər Qrupu” maliyyə göstəricilərini açıqlamasa da, gördüyü işlərin miqyası gəlirlərinin aşağı olmadığını deməyə əsas verir. Qurum bir ay əvvəl BP şirkətinin sifarişi əsasında hazırladığı 260MVA 330/33-33 güc transformatorunu 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasında quraşdırıb. Bundan əvvəl isə Britaniya şirkətinin sifarişi ilə “Şahdəniz” qaz yatağı üçün 1250 kVA 11/0,42 kV transformator istehsal etmişdi. “ATEF” eləcə də “Ağdam-1” yarımstansiyasında iki ədəd TDTN 40000/110/35/10 kv-luq güc transformatoru quraşdırıb.

Şirkət Azərbaycanın hüdudlarından kənarda da işlər görür. “ATEF Şirkətlər Qrupu” MMC uzaq Zambiya diyarı (Azərbaycana avtomobil yolu ilə 10,134 kilometr məsafədə yerləşir) üçün xüsusi konstruksiya ilə güc transformatoru istehsal edib. Əldə etdiyimiz xəbər görə, şirkət Zambiyaya 250 MVA gücündə, 330/132-88/11 kV gərginliyində olan güc transformatoru satıb. Onun Azərbaycandan adıçəkilən ölkəyə daşınması 1 milyon dollara başa gəlib.

“ATEF Şirkətlər Qrupu” Latviya dəmir yollarının (LDZ) və enerji sistemlərinin (LATENERGO) yenidən qurulması layihəsində də iştirak edib. Bundan əlavə MMC tərəfindən Gürcüstan üçün İri Qabaritli Transformatorlar Zavodunda 4 ədəd 133 MVA 330/220/10 kV avtotransformator istehsal edilərək, “Qardabani-500” yarımstansiyasında quraşdırılıb. Müəssisənin transformatorları Rusiya, Ukrayna bazarlarında da xeyli məşhurdur.

Dövlətə olan borclar, məhkəmə çəkişmələri

Böyük sifarişlərə, layihələrə baxmayaraq şirkət illərdir dövlətə borcları ilə məşhurdur. 2021-ci ildə MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə vergi borcu 6 milyon, 2023-cü ildə 11 milyon manat olub. 2025-ci ilin mayın 1-nə olan məlumata görə, şirkətin hazırda dövlətə 186 min 504 manat borcu qalıb.

 

ATEF digər şirkətlər tərəfindən məhkəməyə də verilib. Ötən ilin sonunda “ATEF Şirkətlər Qrupu” MMC ilə “Yüksək Beton” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında alqı-satqı müqaviləsinə dair yaranan mübahisədən başlayaq. “Yüksəl Beton” QSC o zaman “ATEF Şirkətlər Qrupu” MMC-ni məhkəməyə vermişdi. 2023-cü ildə “Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti “ATEF Şirkətlər Qrupu” MMC-ni məhkəməyə verib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – alqı-satqı müqaviləsi üzrə mübahisələri olub. 2022-ci ildə isə “Arkoz Qazax Sement Zavodu” MMC “ATEF Şirkətlər Qrupu” MMC ilə bağlı məhkəməyə müraciət edib. 2024-cü ildə isə Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan (Gömrük təminatının pozulması) inzibati xəta protokolu tərtib olunub. Elə həmin il “Qarabağ” Açıq Səhmdar Cəmiyyəti ilə “ATEF Şirkətlər Qrupu” MMC arasında alqı-satqı müqaviləsinə dair mübahisə yaranıb.

Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu”nun təsisçisi və Müşahidə Şurasının sədri tanınmış iş adamı Talıb Əlixanbəyovdur. Qurumun qanuni təmsilçisi isə onun oğlu Emil Əlixanbəyovdur. Şirkətin nizamnamə kapitalı 33892585.00 AZN-dir./teleqraf.com

PAYLAŞIN:

Continue Reading

Previous: Selçuk Bayraktar: “TB3 dəniz döyüşlərində inqilabi yenilikdir”
Next: “Traktor” çempion! – Fotolar

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.