Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 14
  • “Dövlət Agentliyinin xərclədiyi bu vəsait Milli Kulinariya Mərkəzinin 15 illik büdcəsi idi” – ŞOK AÇIQLAMA

“Dövlət Agentliyinin xərclədiyi bu vəsait Milli Kulinariya Mərkəzinin 15 illik büdcəsi idi” – ŞOK AÇIQLAMA

admin 14/05/2025
tahir-emiras

 

Azərbaycanın özünəməxsus kulinariya mədəniyyəti, bir-birindən ləzzətli yeməkləri var. Bəs bu sahədə mövcud imkanlarımızdan qastronomiya turizminin inkişafı üçün istifadə edə bilirikmi? Təbii ki, ölkəyə gələn turist sadəcə gəzmək üçün gəlmir. Turistlərin seçimində gedəcəyi ölkənin mətbəxi mühüm rol oynayır.

Mövzu ilə bağlı suallarımızı Əməkdar mədəniyyət işçisi, 1991-2022-ci illərdə Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru olmuş, “Kulina” jurnalının baş redaktoru Tahir Əmiraslanov cavablandırıb.

Mütəxəssis bildirib ki, ölkəmizdə mətbəx nöqteyi-nəzərdən turizm ağır vəziyyətdədir: “Milli Kulinariya Mərkəzində çalışdığım zaman mətbəxin patentləşməsi məsələsini qaldırdıq, praktikasını ortaya qoyduq. O zaman Milli Kulinariya Mərkəzindən əlavə Dövlət Turizm Agentliyində qastranomiya bölməsi yaradıldı. Əlbəttə ki, bu iki güc idi. Milli Kulinariya Mərkəzində 17 adam işləyirdi. Çalışanların sayını artırmaq olardı.

Bu sahədə aparılan işlər fəaliyyətdən daha çox hesabat vermək xarakteri ilə önə çıxdı. Nə qədər desəniz, səs-küy var, amma ortada konkret iş yoxdur. 2023-cü ildə mətbəxin tanıdılması üçün bir beynəlxalq təşkilatla birlikdə Dövlət Turizm Agentliyi 2,19 milyon pul xərcləmişdi. Bu vəsait Milli Kulinariya Mərkəzinin 15 illik büdcəsi idi”.

T.Əmiraslanovun sözlərinə görə, qastronomik turizm yalnız xörəklərin ləzzətindən asılı deyil: “Bu sahədə çoxlu işlər görülməlidir. Sahənin inkişafı ümumi turizmin vəziyyətindən də asılıdır. Dünya ölkələrində mətbəxin təbliğat mexanizmləri daha güclü formada aparılır. Məsələn, Yaponiyada baş nazirə tabe olan kulinariya polisi var. O polis yalnız Yaponiyada deyil, dünyada yeməklərin yapon mətbəxinə bənzəyib-bənzəmədiyini araşdırır. Bu verilən önəmin göstəricisidir.

Biz vaxtilə bu sahədə çox işlər apardıq, təəssüf ki, apardığımız işlərin qarşısını almağa çalışdılar və alırlar. Təbliğat gedib hansısa sərgilərdə fırlanmaq deyil. Bu işin əsasında elmi strategiya durmalıdır. Hər xörək müxtəlif tərəflərdən öyrənilməlidir. Dəfələrlə yazdıq ki, milli mətbəxin kompleks tədqiqatlarını aparan institut yaradılsın. İndi AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun nəzdində, eləcə də, Folklor İnstitutunda milli mətbəxin öyrənilməsi ilə bağlı bölmə yaradılır. Amma bunlar azdır. Tutaq ki, xəngəl yeməyini götürsək, onun tarixini, poeziyasını verməliyik. Haqqında olan folklor nümunələrini ortaya qoymalıyıq. Bədənə xeyrini həkimlər analiz etməlidir. Din alimləri dinimizə uyğun-olub olmadığını, dilçilər adının əmələgəlmə qanunauyğunlaqlarını ortaya qoymalıdır. Bu cür kompleks yanaşma olanda ortaya yaxşı nəticələr çıxar. Yoxsa, hərənin öz bildiyi kimi təbliğatından bir nəticə olmaz. Starteji məqsədlər qoyulmalıdır”.

Müsahibimiz vaxtilə sadalanan bu işləri həyata keçirmək üçün Milli Kulinariya Mərkəzi və Dövlət Turizm Agentliyinin Qastranomiya bölməsinin yaradıldığını, lakin indi onların hansı işlərlə məşğul olduqları barəsində məlumatının olmağıdını qeyd edib.

Restoran və otellər milli mətbəx amilinə necə yanaşır?

T.Əmiraslanov bildirib ki, vaxtilə mərkəz tərəfindən otellər üçün Azərbaycan səhər yeməyi menyusu hazırlanıb: “Hansı ölkəyə getsəniz, orada ümumi menyudan əlavə, bir də yalnız ölkəyə məxsus lokal menyu olur. Biz də bununla bağlı standartlar, otellər üçün səhər yeməyinin menyusunu hazırladıq. Mədəniyyət Nazirliyi tərəfindən patent olundu. Bir neçə oteldə bunu təbliğ etdik. Daha sonra Dövlət Turizm Agentliyi yaradıldı. Onlar bu menyunun axırına çıxdılar.

Bizim fikrimiz o idi ki, səhər menyusu tanınsın. Bir neçə ildən sonra naharı, şam yeməyinin də işləyək. İndi otellərə bu sahədə rəhbər olaraq başqa millətlərin nümayəndələrini qoyurlar. Yaxşı mütəxssisdirlər, amma onlar öz mətbəxlərini yeridirlər.

Soruşsanız deyəcəklər ki, xaricdən gələn turistlər üçün belə edilir. Fransız gəlib Azərbaycanda öz ölkəsinin yeməyini istəyəcək? Məhz Azərbaycanın mətbəxinə baxmaq üçün turistlər gəlir. Agentlik hesabat verir ki, 1000 turist gəlib, onun deyək ki, 150-si qastroturizm üçün gəlib. Bunlar həqiqəti əks etdirmir. Aparılan işlər strategiyaya əsaslanmır. Ona görə də maliyyə, resurslar hamısı boşuna gedir”.

Əməkdar mədəniyyət işçisinin fikrincə, Azərbaycan mətbəxi əsasında gələn ölkələrin dini, milli adət-ənənələri, qida qanunları nəzərə alınmaqla menyular hazırlanmalıdır.

“Bu gün restoranlarda hansı halal mətbəx təqdim olunur? Vaxtilə Malayziya turistləri bizim ölkəyə gəlməli idilər. Otellərdə halal sistemi olmadığı üçün imtina etdilər. Təklif etdik ki, restoranların vergiləri aşağı salınsın. Restoranlar 5 il vergidən azad oluna, verilən elektrik, su əhaliyə verilən qiymətlə hesablana bilər. Bunlar ən çox pul aparan sahələrdir. Bu gün araq satılmayan restoranlar, demək olar ki, gəlir götürə bilmirlər. Deməli, strateji yanaşma vacibdir”,- T. Əmiraslanov əlavə edib./tns.az

PAYLAŞIN:

Continue Reading

Previous: 20 faizini xəstələr özləri ödəyəcəklər – VACİB DƏYİŞİKLİK
Next: Paşinyan seçim etməlidir, yoxsa Rusiya… – Belyayev

OXŞAR MÖVZULAR

qht-tedb

Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ

admin 19/05/2026
ming-kollec

“Məcburi pul yığımı, təhdid və tələbələrin təqaüdündən kəsinti” — Mingəçevir Turizm Kollecindən ciddi şikayətlər var

admin 18/05/2026
azercell

“Bu, gizli qiymət artımıdır…” – “Azercell” istehlakçıları aldadır?

admin 15/05/2026

XƏBƏR LENTİ

  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026
  • İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul edib 18/05/2026
  • İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü olub 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.