Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 14
  • Elektronika mağazalarının fırıldaqları niyə adi hal alıb

Elektronika mağazalarının fırıldaqları niyə adi hal alıb

admin 14/05/2025
retailers-logo-s


Bildiyiniz kimi illərdir elektronika mağazalarının fırıldaqları adi hal alıb. Son dövrlər isə şikayətlər durmadan artır. Alınan məhsulun xarab çıxmasından tutmuş, işlənmiş məhsulun yeni adı ilə satılması, kredit fırıldaqları Kontakt Home, Baku Electronics, İrşad Electronics, Soliton, World Telecom, Myshops və s. bütün şirkətlərdə adi hala çevrilib. Bunun bir səbəbi var bizdə elektronika mağazalar şəbəkələrinin üzərinə bütün dünyada olduğu kimi rəsmi zəmanət öhdəliyi qoyulmur.

Bildiyiniz kimi istər məişət əşyası, istərsədə mobil telefon, planşet, kompyuter aldıqda məhsula minimum 1 il, markasından asılı olaraq bəzi markalara 2 il, 3 il, 5 il zəmanət verilir. Çox müştərinin məlumatı yoxdur lakin zəmanət 3 cür olur: Rəsmi zəmanət(İstehsalçı tərəfindən verilən rəsmi zəmanət), Mağaza zəmanəti(Məhsulu satan elektronika şirkəti tərəfindən verilən zəmanət), Servis zəmanəti(Mobil telefon, Kompyuter, Məişət əşyasının təmiri ilə məşğul olan servis şirkətinin verdiyi zəmanət). Məhsul alarkən yalnız rəsmi zəmanətli məhsul alın. Rəsmi zəmanət o deməkdir ki, istehsalçı özü öz satdığı məhsula rəsmi zəmanət verir. Məsələn tutaq ki, siz LG brendinə məxsus paltaryuyan alırsız rəsmi zəmanət o deməkdir ki, LG şirkəti sizə satdığı məhsula görə özü zəmanət verir. Belə olan halda təbii ki məhsulda texniki problem çıxma ehtimalı çox azdır texniki problem çıxsa belə brend müştəri məmnuniyyəti üçün məhsulu yenisi ilə əvəz edir.

Bizdə elektronika şirkəti 60-dan çox brendin məhsulunu satırsa onun 10-15-nə rəsmi distribütoru olan brendlərə rəsmi zəmanət verir qalan brendlərə isə adi mağaza və servis zəmanəti verir ki, əslində bütün problemlərin kökündə məhz bu məqam dayanır. Halbuki bütün dünyada hökümət elektronika mağazaları şəbəkələrinin üzərinə rəsmi zəmanət tələbi qoyur yəni elektronika mağazaları şəbəkələri məhsulu yalnız rəsmi zəmanətlə sata bilər. İstehlakçı Hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdə məhsulda aylar həttda 1 ildən 5 ilə qədər bəzi brendlərdə 10 ilə, 15 ilə, 20 ilə qədər müddət ərzində mühərrik başda olmaqla hər hansısa bir texniki problem olarsa yəni məhsul xarab olarsa dərhal yenisi ilə əvəz olunur. Aldığınız paltaryuyan, soyuducu, qabyuyan və s. məişət əşyasının üzərinə baxsaz üzərində mühərrikə brenddən asılı olaraq 10 il, 15 il, 20 il zəmanət sözlərini görə bilərsiz. Bizdə isə məhsul alınan günün sabahı məhsulda problem çıxarsa nəinki məhsulu qaytarmaq və yenisi ilə əvəz etmək ümumiyyətlə elektronika şirkəti şikayətlə maraqlanmır yalnız müştəri şikayət etdikdən sonra ən “yaxşı” halda servisdə məhsulu təmir edirlər. Bir çox brendin ölkədə rəsmi satışı və servisi olmadığı halda illərdir həmin brendlərin məhsulları elektronika şirkətləri tərəfindən satılır. Yəni məhsulun hardan gətirildiyi məlum deyil.

Bu sahədə əvvəllər işlədiyim üçün deyə bilərəm ki, müştəridən qayıdan məhsul, vitrində mağazada xarab olub servisə göndərilib təmir olunmuş məhsul, qüsuru olan məhsul müştəriyə yeni adı ilə satılır. Üstəlik bu cür məhsulların satılması üçün elektronika şirkətlərinin baş ofisi, satış müdürü mağaza müdirlərinə, satış məsləhətçilərinə təzyiq göstərirlər ki, bu cür məhsulları satıb aradan çıxartsınlar. Ona görə heç vaxt vitrində olan məhsulu almayın iri məişət texnikası alırsınızsa mütləq məhsulun anbardan göndərilməsini tələb edin diqqətli olun vitrin məhsuluda qutuya qoyulub anbardan gəlmiş məhsul kimi göndərilə bilər. Xırda məişət texnikası və mobil telefon alırsızsa mütləq bağlı qutu alın yeni gözünüzün qabağında açılsın alan zaman məhsulun işləməsini yoxlayın. Mobil telefonlarda xüsusi ilə ehtiyyatlı olun müştəridən qayıdan telefon format olunub qutuya elə şəkildə qoyulur ki, guya yenidir müştəri heç nədən şübhələnmir belə məhsulda problemi görüb geri qaytarmaq və ya yenisi ilə əvəz etmək istəsəz telefonu servisə göndərib üzərinə cızıq atıb telefonu guya bir günün içində cızmısız deyib nə yenisi ilə əvəzləyib nədə geri qaytarmayacaqlar. Bir də məhsulu yenisi ilə əvəzləyib və ya geri qaytarmamaq üçün servis guya telefon əldən düşüb xaricdən zərbə alıb “rəy”i verəcəklər. Bir də elektronika şirkətlərinin Bürünc zəmanət, Gümüş zəmanət, Qızıl Zəmanət kimi absurd oyunları var bunlar müştəridən əlavə pul qazanmaqdan başqa bir şey deyil yəni Qızıl Zəmanətli məhsuluda onsuz da yenisi ilə əvəz edib nə də geri qaytarmayacaqlar. Bunu sadəcə əlavə pul qazanmaq üçün elektronika şirkətləri özləri fikirləşib. Bir də bildiyiniz kimi satış məsləhətçiləri bonus sistemi ilə çalışırlar yəni hansı brend öz məhsulunu satmaq üçün satış məsləhətçisinə daha çox bonus verirsə satış məsləhətçiləri o brendin məhsulunu satırlar ona görədə məhsul alarkən heç vaxt satış məsləhətçilərindən məsləhət almayın. Təssüf ki nəinki elektronika sahəsində, ümumiyyətlə bizdə istehlakçılar çox məlumatsızdırlar və boykot mədəniyyəti yoxdur. Yəni aldığınız məhsul haqqında araşdırma aparın hansı elektronika şirkətindən ən çox şikayət gəlirsə o şirkətdən heç nə almayın təssüf ki həm şikayət edib, həm də o şirkətdən məhsul alırsız.

Bir də elektronika mağazalar şəbəkəsinin özünün Çində yığdırdığı üzərinə müxtəlif adlar qoyduğu məhsullardan uzaq durun. Məsələn Kontakt Home-un Hoffman, Soliton şirkətinin Riffel adı altında satdığı məhsullar var ki, belə bir brendlər dünyada mövcud deyil. Bunlar elektronika şirkətlərinin şəxsi markalarıdır. Bütün elektronika şirkətlərində bu cür məhsullar var. Bizdə bu sahədə o dərəcədə boşluqdur. Təssüf ki Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti belə elektronika şirkətləri ilə bacara bilmir. Qurum İrşad Electronics-lə bu gün də məhkəmə çəkişməsindədir. Ümid edirəm ki, bizdə də bütün dünyada olduğu kimi elektronika şirkətlərinin üzərinə rəsmi zəmanət tələbi qoyular.

 

İlkin Məmmədkərimov

PAYLAŞIN:

Continue Reading

Previous: Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq
Next: Dəniz geri çəkilir – Xəzər ekoloji fəlakətlə üz-üzədir?

OXŞAR MÖVZULAR

vuf-baku

Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq

admin 13/05/2026
qrip

Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama

admin 12/05/2026
mygov.az

Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir? 12/05/2026
  • Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.