Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 14
  • Nə Putin gələcək, nə də sülh olacaq – Yeni İstanbul danışıqlarına ümid azalır

Nə Putin gələcək, nə də sülh olacaq – Yeni İstanbul danışıqlarına ümid azalır

admin 14/05/2025
zel-put2

 

Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinin gəlib-gəlməyəcəyindən asılı olmayaraq, İstanbula gedəcək. Putin isə hələlik heç cür Türkiyəyə gedənə oxşamır və Kremldən gələn açıqlamalar hər hansı müsbət ssenariyə ümid etməyə əsaslar vermir…

Putinin İstanbula getməməsi bir çoxları tərəfindən hər nə qədər onun “Zelenskinin qarşısından qaçması” kimi qəbul olunsa da, vaxtilə Yevgeni Priqojinin qabağından qaçan, həmçinin, Rusiya ordusunu, iqtisadiyyatını, cəmiyyətini, xarici siyasətini öz qərarları ilə bütün dünyada biabır edən Kreml başçısı, artıq çoxdandır zədələnmiş reputasiyasının qeydinə bir o qədər də qalmır. Odur ki, siyasi fərarilik artıq Rusiya “Çarı” üçün ayıb sayılmır…

Bütün bu baş verənlər bir daha göstərir ki, Vladimir Putin atəşkəsdə maraqlı deyil. Odur ki, ukraynalı politoloq Denis Popoviçin dediyi kimi, Türkiyədə nə Putini, nə də sülhü gözləməyə dəymir: “Məncə, atəşkəs əlamətlərini gözləməyin mənası yoxdur, çünki bazar günü gecəsi Putin atəşkəs təklifini mahiyyətcə rədd edərək, İstanbulda birbaşa danışıqlar təklif etdi. O, sadəcə olaraq, Zelenskinin bununla razılaşacağını gözləmirdi. Putinin dediyi hər şey dəqiq olaraq bütün bu təklifləri rədd etmək və atəşkəsdən yayınmaq üçündür”.

Bu arada “heç bir ilkin şərt olmadan” danışıqlara hazır olduğunu bəyan edən Rusiya Ukraynada hücumlarını daha da şiddətləndirib. Ötən gecə Rusiya Ukrayna şəhərlərinə 200-dək PUA və bir neçə “İskəndər” raketilə hücum edib.

ABŞ Müharibə Araşdırmaları İnstitutunun son hesabatında deyilir ki, Rusiya Ukrayna və ABŞ ilə danışıqlarda daha yaxşı mövqe tutmaq üçün böyük itkilərə baxmayaraq, zəif təlim keçmiş çağırışçılarını piyada hücumlarına göndərir. Hesabatda qeyd edilir ki, Rusiya hərbçiləri itkiləri əvəz etmək üçün qüvvələr toplayır və itkilərin artmasına baxmayaraq, Ukraynada qoşun varlığını gücləndirir.

Qeyd edək ki, Putin ötən gün son çıxışında rusiyalıların könüllü olaraq kütləvi şəkildə orduya qatıldığını, Ukraynada isə insanların küçələrdən zorla tutulub orduya aparıldığını deyib. Hətta əlavə edib ki, Rusiya orduya ayda 50 minə yaxın, Ukrayna isə 30 minə qədər əsgər cəlb edə bilir. Bununla qürrələnən Putin bir daha nümayiş etdirib ki, say və silah üstünlüyünə yiyələnərək, Ukraynanı məhv etmək niyyətindən qətiyyən əl çəkmək fikrində deyil. Bunu Donald Trampın administrasiyasında da anlamağa başlayırlar. Daha doğrusu, yəqin ki, çoxdan anlayıblar, sadəcə, artıq özlərini görməzliyə, bilməzliyə vura bilmirlər və Zelenskinin son addımları Ukraynanı günahlandırmağa meylli Tramp komandasını bəhanələrdən məhrum edir.

“Financial Times” yazır ki, Trampın ətrafındakı əsas fiqurlar son vaxtlar Ukraynadakı müharibə ilə bağlı mövqeyini tədricən dəyişir. Qəzet qeyd edir ki, bu səbəbdən ABŞ rəsmiləri Vladimir Putinə qarşı getdikcə daha səbirsiz görünürlər və etiraf edirlər ki, sülhə ən böyük maneə Vladimir Zelenski yox, Putindir.

Almaniyanın ABŞ-dəki keçmiş səfiri Volfqanq İşinqer qəzetə açıqlamasında deyib: “Amerikalıların sadə bir fikri var idi: gəlin Rusiyanı tərifləyək, Zelenskiyə isə təzyiq edək və razılaşma əldə edək. Məlum oldu ki, Rusiyanı sadəcə tərifləmək kifayət deyil”.

Qəzet yazır ki, hazırda Trampın əsas hədəfi – sülh danışıqlarına və müharibənin dayandırılmasına gətirib çıxara biləcək atəşkəs əlçatmazdır. Çünki Putin hətta sərt sanksiyalara rəğmən, döyüşləri dayandırmaq barədə bütün çağırışları rədd edib. Müşahidəçilərin fikrincə, Rusiyanın bu cür açıq-aşkar barışmazlığı Trampı qıcıqlandırır.

ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol isə deyib: “Trampın ünsiyyətində məyusluq hissi var. Ola bilsin ki, o, (Putinə güzəştə getməklə) çox şey itirdiyini və əvəzində heç nə almadığını başa düşür”. Tramp administrasiyası üçün artıq davam edən döyüşlərdə ukraynalıları günahlandırmaq da getdikcə çətinləşir. Son həftələrdə Zelenski özünü real sülhə hazır kimi təqdim etmək üçün əlindən gələni etdi. Buna görə ABŞ Avropa liderlərinin Rusiyaya son ultimatumunu dəstəklədi.

İndi bir küncə sıxışdırılan Putinin yeganə məqsədi prosesi uzun, mənasız, və nəticəsiz danışıqlara yönəltmək, eyni zamanda da Ukraynanın işğalını davam etdirmək və nahəyət, Kiyevin “sınmasına” nail olmaqdır. Lakin belə görünür ki, nə Avropa, nə də ABŞ buna imkan verməyəcək. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı…
Next: Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.