Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 15
  • Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir

Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir

admin 15/05/2025
fhn-1

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu isə ən müasir, dünya standartlarına uyğun avadanlıq və sınaq texnologiyalarından ibarət laboratoriyalarla təchiz olunub. İnstitutda müasir avadanlıq və sınaq texnologiyalarından istifadə edilməklə tikintidə mövcud olan inşaat materiallarının müayinə-sınaq işləri, müxtəlif təyinatlı bina və qurğuların müayinəsi, eləcə də onların seysmik dayanıqlığının qiymətləndirilməsi, materialların yanğın təhlükəsizliyinin təyini, geoloji-axtarış və digər işlər həyata keçirilir.

İnsrtitutun bütün bu funksiyaları hansı formada həyata keçirməsini geniş ictimayyətin xəbəri olmasa da, tikinti şirkətləri çox yaxşı bilir. FHN-in Layihə-Konstruktor İnşaat Materialları İnstitutunda dövlət satınalmaları da şübhəli  yollarla keçirilir. Məsələn İnstitutun 2024-cü il ərzində zəruri malların və xidmətlərin alınması üçün satınalma planlarına daxil etdiyi tender və kotirovka sorğularının əksəriyyətinin nəticələri barədə heç bir məlumat yoxdu. Bunlar şox güman ki, elan edilmədən, özlərinə və yaxud yaxınlarına məxsus şirkətlər vasitəsi ilə həyata keçirilir. Nəticələri açıqlanan satınalmalarda isə şübhələr özünü açıq aşkar göstərir.

Qeyd edək ki, Elmi-Tətqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu üçün xidməti nəqliyyat vasitələrinin satınalınmasının nəticəsi 13.05.2025-ci ildə açıqlanıb. Qalib təchizatçı “TOYOTA-BAKI MƏRKƏZİ ” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İmzalanması nəzərdə tutulan müqavilənin məbləği isə 185.300,00 manat təşkil edib. Bu vəsaitə neçə avtomobilin alınacağı bəlli deyil.

İnstitut 03.09.2024-cü ildə də avtonəqliyyat vasitələrinin satınalınması üzrə “YENİMOTOR” MMC ilə 187.200 manat məbləğində müqavilə bağladığını açıqlayıb. 29.08.2024-cü ildə isə İnstitut üçün xidməti nəqliyyat vasitələrinin satınalınması üzrə  “AZƏRMAŞ PARK” MMC ilə 75.000,00 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Göründüyü kimi İnstitut son səkkiz ayda nəqliyyat vasitələrinin alınmasına ümumi olaraq 447 500 manat dövlət vəsaiti xərcləyib. Burada nəqliyyat vasitələrin xidməti məqsədlə alındığı bəlli olsa da, neçə avtomobilin alınması məlum deyil. Görünür bu avtomobillər İnstitutun rəhbər vəzifəli şəxslərinin rahatlığını təmin etmək məqsədi ilə alınıb.

Bunlardan əlavə 06.05.2025-ci ildə Elmi-Tətqiqat və Layihə-Konstruktor İnşaat Materiallarıİnstitutunun nəqliyyat vasitələri üçün cari təmir xidmətləri və ehtiyat hissələrinin satınalınması üzrə keçirdiyi tenderin nəticəsi açıqlanıb. Qalib təchizatçı Adı “SK SERVİS ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və bağlanılan müqavilənin məbləği  369.068,00 manat təşkil edib. İnstitut 21.08.2024- cü ildə isə nəqliyyat vasitələri üçün cari təmir xidmətləri və ehtiyat hissələrinin satınalınması üzrə “MY AUTO” MMC ilə 319.474,38 manat məbləğində müqavilə bağlayıb. Göründüyü kimi İnstitut son 10 ayda nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin cari təmir xidmətləri və alınmasına ümumi olaraq 688 542 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Göründüyü kimi FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu son on ayda yalnız nəqliyyat vasitələrinin və onların ehtiyyat hissələrinin alınmasına və cari təmir xidmətləri göstərilməsinə bir milyon manatdan çox dövlət vəsaiti xərcləyib. Burada da nə qədər nəqliyyat vasitəsinə servis xidmət göstərilib bəlli deyil. Bəlli olan odur ki, ayrılmış vəsait xeyli şişirdilib.

Qeyd edək ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direkturu vəzifəsində uzun illərdir Rüstəm Bağırov oturur. Onun haqqında elektron mediada Fövqəladə Hallar Nazirliyinin digər vəzifəli şəxslərindən fərqli olaraq o qədər də geniş məlumat yoxdu.  Yalnız musavat.com hələ 2012-ci ildə yazır ki, Mənbə sement idxalını de-fakto qadağa edən mexanizmi də açıqlayıb: “Ölkəyə gətirilən sementin markasına və keyfiyyətinə rəyi Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verir. İnstitutun direktoru Rüstəm Bağırov sement idxalı ilə məşğul olmaq istəyənləri bu fikrə düşdüyünə görə sözün həqiqi mənasında peşman edir. Məsələn, ötən ilin noyabrında bir iş adamı Gürcüstandan ölkəmizdə 3 vaqon ”Evro-sement” idxal edir. Ağstafa dəmiryol stansiyasına gətirilən mallara Tovuz Gömrük İdarəsi baxış keçirir. “Euro-sement”in nümunələri S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutuna göndərilir. İnstitutun direktoru Rüstəm Bağırov isə tərtib etdiyi rəydə yazır ki, ölkəyə gətirilən 3 vaqon 500 marka “Euro-sement” əslində sement yox, eləcə qum imiş”.

Göründüyü kimi Rüstəm Bağırovun adı Fövqəladə Hallar Nazirliyinin digər vəzifəli şəxslərindən fərqli olaraq o qədər də çox hallanmır. Bu da çox güman ki, dövlət satınalmalarında olduğu kimi, onun bütün işləri gizli həll etməsindən irəli gəlir.Təbii ki, Agentliyin rəisi Cəbrayıl Xanlarovla əlbir.

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Nə Putin gələcək, nə də sülh olacaq – Yeni İstanbul danışıqlarına ümid azalır
Next: Zelenski İstanbula getmək istəmədi, Qərb işə qarışdı

OXŞAR MÖVZULAR

adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026
seferber-xidm

Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir

admin 10/03/2026
leysan-ağdam

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır

admin 10/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.