Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 16
  • Universitetlərin distant təhsilə keçid hazırlığı: Hazırkı vəziyyət və gələcək perspektivlər

Universitetlərin distant təhsilə keçid hazırlığı: Hazırkı vəziyyət və gələcək perspektivlər

admin 16/05/2025
distant

 

Son dövrlərdə distant təhsil müzakirə olunan mövzular arasındadır. Bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən bununla bağlı standartlar da qəbul edildi.

Bəs, universitetlərimiz buna hazırdır?Trend mövzu ilə bağlı universitetlər arasında sorğu keçirib.

İlk olaraq Azərbaycan Universitetindən Trend-ə bildirilib ki, AU-da tədrisin distant formada təşkili üçün müvafiq infrastruktur və maddi-texniki baza var:

“Həmçinin, bu sahədə kifayət qədər təcrübəmiz də var. COVID-19 pandemiyası dövründə və COP29 günlərində bu təcrübəni uğurla tətbiq etmişik. Universitet bu təhsil formasına tam hazırdır və bütün imkanlar mövcuddur”.

Öz növbəsində Xəzər Universitetindən qeyd edilib ki, ali təhsil müəssisəsi lazımi texniki bazaya sahibdir:

“Xəzər Universitetinin bu sahədə heç bir problemi yoxdur”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də əlavə edilib ki, ADMİU-nun digər təhsil müəssisələri kimi pandemiya günlərindən sonra artıq distant təhsillə bağlı ciddi təcrübəsi var:

“Zaman-zaman bu təcrübə lazım olduğu məqamlarda istifadə olunur. Eyni zamanda ADMİU-nun elektron jurnalı fəaliyyət göstərir. Bu jurnal vasitəsilə həm müəllimlərimizin, həm də bütün tələbələrimizin özünə aid şəxsi profilləri var. Onlar tədris prosesinin qiymətləndirilməsini və digər prosesləri həmin jurnal vasitəsilə yerinə yetirə bilirlər. Eyni zamanda hər bir müəllim və tələbənin özünə aid olaraq universitet tərəfindən verilmiş mail adresləri var. Bu mail-lər vasitəsilə hər bir qrup Microsoft Teams proqramı vasitəsilə qeydiyyatdan keçib.Lazım olduqda isə həmin proqram vasitəsilə tədris davam etdirilir. Yəni, universitetimizdə distant təhsillə bağlı hər bir şərait nəzərə alınıb”.

Azərbaycan Tibb Universitetindən isə bildirilib ki, ölkədə distant təhsilə keçid edilərsə ATU-da texniki baxımdan heç bir problem yaşanmayacaq:

“Amma qeyd etmək lazımdır ki, ATU-nun dərsləri çox spesifik və fərqli olduğuna görə distant və onlayn tədris forması bizdə çətindir”.

Azərbaycan Texniki Universitetindən əlavə edlib ki, hazırda tədris ənənəvi qaydada davam etdirilir. Bununla yanaşı, distant təhsillə bağlı da AzTU geniş təcrübəyə malikdir. Zərurət olduğu təqdirdə AzTU distant tədrisə hər zaman hazırdı.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildiriblər ki, son illərdə dünya üzrə təhsil sistemində baş verən qlobal dəyişikliklər və texnoloji inkişaf fonunda ali təhsilin gələcək inkişaf istiqamətləri baxımından distant təhsilin imkanlarını nəzərə alaraq bu istiqamətdə işlər aparır:

“Xüsusilə, pandemiya dövründə, eləcə də bəzi digər mühüm hallarda (COP29 çərçivəsində ölkə üzrə dərslərin müvəqqəti onlayn formaya keçirilməsi, qarlı hava şəraitində dərslərin distant şəkildə davam etdirilməsi kimi) bu modelin sınaqdan keçirilməsi və tətbiq imkanlarının genişlənməsi baxımından mühüm təcrübə olmuşdur. Universitetimiz distant təhsilin təşkili və tətbiqi ilə bağlı bir sıra strateji addımlar atıb, müasir texnoloji bazaya əsaslanan infrastruktur yaradılıb. Onlayn tədris platformalarının istifadəsi, elektron tədris idarəetmə sisteminin (LMS) tətbiqi, müəllimlər və tələbələr üçün Moodle və Ms Teams kabinetlərinin yaradılması, rəqəmsal tədris resurslarının hazırlanması, müəllim heyətinin bu sahədə ixtisasartırma proqramlarına cəlb olunması və bu istiqamətdə daimi təkmilləşdirmələrin aparılması buna misal ola bilər.

Distant təhsilin hüquqi bazası yaradılacağı və icrasına başlanacağı halda ADPU bu yeniliklərin tətbiqinə tam hazırdır”.

PAYLAŞIN:

Continue Reading

Previous: Zaxarova: “Rusiya Azərbaycanla münasibətlərin bütün potensialının açılmasına köklənib”
Next: İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizi: Üç ölkənin iqtisadiyyatına necə təsir edə bilər?

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.