Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 19
  • Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı davam etdirməli, əlaqələr gücləndirilməlidir

Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı davam etdirməli, əlaqələr gücləndirilməlidir

admin 19/05/2025
hh-iir

 

Azərbaycan ilə İran iqtisadi əməkdaşlıq əlaqələrini davam etdirməli və gücləndirməlidir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunun panelində deyib.

“Biz Avrasiya regionunda inkişaf edən xoşbəxt ölkəyik. Bizim Türkiyə, Rusiya və İran ilə çoxtərəfli əməkdaşlıq əlaqələrimiz var”, – deyə H.Hacıyev bu xüsusda 3+3 formatının əhəmiyyətinə toxunub.

Azərbaycan Prezidentinin köməkçisi regionda mövcud plan regional təşkilatların funksionallığının artırılmasının vacibliyini qeyd edərək, bu xüsusda İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və İslam Əməkdaşlıq Təşkilatını vurğulayıb: “Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də İranla əməkdaşlıq edirik. Çünki islam həmrəyliyi prinsipi bizim üçün vacibdir”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və İran iqtisadi əməkdaşlığı davam etdirməli, ikitərəfli əlaqələri gücləndirməlidir.

H.Hacıyev qeyd edib ki, Azərbaycan ilə İran ortaq tarixi keçmişə malikdir və iki ölkə birlikdə tərəfdaşlıq üçün modellər yaradıb inkişaf etdirə bilər: “Kimlərinsə bizim üçün nizam yaratmasına imkan verməməliyik, özümüz firavanlıq, inkişaf haqqında düşünməliyik”.

Prezidentin köməkçisi, həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan və beynəlxalq əhəmiyyət daşıyan infrastruktur layihələrdən danışıb. Vurğulayıb ki, biz özümüzə və tərəfdaşlarımıza fayda vermək üçün real imkanlardan istifadə etməliyik. Bu xüsusda Avrasiyanın nəqliyyat dəhlizini yenidən tərtib edən Şimal-Cənub layihəsinin əhəmiyyətinə toxunub: “Özümüz üçün yeni təhlükəsizlik arxitekturası qurmağa çalışmalıyıq və həyata keçiriləcək layihələri müəyyənləşdirməliyik”.

H.Hacıyev Fələstinlə bağlı suala cavabında qeyd edib: “İslam Əməkdaşlıq Təşkilatı mövcud olan ən mühüm təsisatlardan biridir. Azərbaycan da ədalətə və beynəlxalq hüquqa əsaslanan islam həmrəyliyini dəstəkləyir. Biz Fələstin məsələsinim BMT-nin qərarları və qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəkləyirik”.

Azərbaycan malik olduğu fərqli geosiyasi kimliyi əsasında fərqli regionlarda aktiv diplomatik fəaliyyət aparır – Cənubi Qafqaz, Xəzər və Qara dəniz hövzəri, postsovet məkanı, Mərkəzi Asiya, Yaxın Şərq və sair.

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə də münasibət bildirən Prezidentin köməkçisi vurğulayıb: “İndi Azərbaycan regionda yeni status-kvo və reallıq yaradıb. Sülh üçün münbit şərait vardır. Qazandığımız qələbə xalqımızın qanı bahasına başa gəlib. Azərbaycanla Ermənistanın münasibətlərində hərbi elementlər – xüsusilə hərbi təcavüz və işğal gündəlikdən çıxarılıb. İşğala hərbi-siyasi vasitələrlə son qoyulub. Azərbaycan regionu sülh və sabitliyə doğru aparmaq istəyir.

Biz bilirik ki, Konstitusiya hər bir olkənin daxili işidir, bir şərtlə ki, başqa ölkə üçün təhlükə yaratmasın ərazi iddiaları olmasın. Ermənistanın konstitusiyasında Azərbaycanla bağlı ərazi iddiası hələ də var və bu müddəa çıxarılmalıdır. Regional məsələlər region ölkələrinin özləri tərəfindən həll olunmalıdır. Təəssüf ki, bəzi xarici qüvvələr regiona müdaxilə etmək, geosiyasi intriqalar aparmağa cəhd edirlər”.

PAYLAŞIN:

Continue Reading

Previous: “ALIVE-HAYDAR” və “SkyBee” layihələri dünya arenasına çıxır
Next: Hikmət Hacıyev “X”dəki hesabında İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib

OXŞAR MÖVZULAR

celil-x-

“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir”

admin 14/03/2026
mişel-şarl

Şarl Mişel: Azərbaycanla Ermənistanın sülhlə bağlı razılığa gəlməsi böyük cəsarət tələb edirdi

admin 12/03/2026
ghebreyesus_

ÜST Baş direktoru: Təhlükələrə qarşı birlikdə cavab vermək üçün etimadı bərpa etməliyik

admin 12/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.