Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 20
  • Ukrayna hadisələrində əlçatmaz nikbinlik – bloka qoşulmadan demokratik olmaq problemi

Ukrayna hadisələrində əlçatmaz nikbinlik – bloka qoşulmadan demokratik olmaq problemi

admin 20/05/2025
96b72985-9645-3e76-b884-f2eb4236383a_850

 

Ötən gün beynəlxalq ictimaiyyətin diqqəti ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasındakı telefon danışığına yönəlmişdi.

Yarımçıq və Rusiya nümayəndələrinin hədə ilə iştirak etdikləri İstanbul görüşündən sonra bu dialoqun tərəflər arasında azından rəsmi Kiyevin istədiyi kimi 30 günlük atəşkəslə bağlı razılığın əldə olunacağı güman edilirdi. Ancaq bu, baş verməyib. Donald Tramp seçildikdən sonra üçüncü dəfə Vladimir Putinlə telefon danışığı aparıb. Söhbətdən sonra hər iki lider qısa bəyanatlar versələr də, təfərrüatlara varmayıblar.

Onlar təxminən iki saat söhbətləşiblər.

V.Putin jurnalistlərə açıqlamasında gələcəkdə sülh müqaviləsi haqqında memorandum üzərində Ukrayna ilə işləməyə hazır olduğunu bildirib: “Müvafiq razılaşmalar əldə edildiyi təqdirdə müəyyən müddətə atəşkəs də mümkündür”.

Vladimir Putin Moskva üçün əsas məsələnin mövcud Rusiya-Ukrayna böhranın kökündə duran səbəbləri aradan qaldırmaq olduğu tezisini bir daha vurğulayıb.

Donald Tramp “Truth Social” sosial şəbəkəsində həmkarı ilə danışığın tonu və ruhunu dəyərləndirərək onu “əla” adlandırıb. Onun sözlərinə görə, Moskva və Kiyev “dərhal” atəşkəs, sülh haqqında danışıqlara başlayacaqlar: “Onun şərtləri iki tərəf arasında müzakirə ediləcək, çünki onlar başqa heç kimin bilmədiyi danışıqların təfərrüatlarını bilirlər”.

Tramp bu barədə artıq Ukrayna Prezidenti Volodimir Zelenskiyə, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə, Fransa prezidenti Emmanuel Makrona, İtaliya Baş naziri Corciya Meloniyə, Almaniya Kansleri Fridrix Mertsə və Finlandiya Prezidenti Aleksandr Stubba məlumat verdiyini bildirib.

O əlavə edib ki, Vatikan danışıqların keçirilməsində çox maraqlı olardı.

Almaniya Kansleri Fridrix Merts Trampla söhbət zamanı Avropa liderləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək qərarına gəliblər: “Avropa və ABŞ bu məsələdə həmrəydir: Biz Ukraynanı atəşkəsə doğru yolda dəstəkləyirik. Avropa sanksiyalar vasitəsilə Moskvaya təzyiqi artıracaq”.

Avropa liderlərinin Donald Trampla sanksiyaların da sərtləşdirilməsi barədə razılaşdıqları məlum deyil. ABŞ Prezidenti isə telefon danışıqlarından sonra hələlik yeni sanksiyalar tətbiq etmək istəmədiyini bildirib. O hesab edir ki, hazırda nəyə isə nail olmaq üçün müəyyən imkanlar var. Sanksiya tətbiq edilərsə, vəziyyət pisləşə bilər.

Tramp iddia edib ki, bu ABŞ-nin müharibəsi deyil, o, sadəcə kömək etməyə çalışır. Bundan başqa, Ağ Evin sahibi deyib ki, Rusiya-Ukrayna münaqişəsinə ölkəsi müdaxilə etməməli idi: “Bu Avropanın problemi olmalı idi”.

O, 2-4 həftə ərzində Ukraynanın nizamlanma üçün kifayət qədər iş görüb-görmədiyini deyəcəyini vurğulayıb.

Donald Tramp bildirib ki, amerikalı əsgərlər Ukraynaya getməyəcək. Bununla yanaşı, o, əvvəllər verdiyi açıqlamanı təkrarlayıb: “Danışıqların heç bir nəticə vermədiyini görsək, müharibəni bitirmək cəhdlərini dayandıracağıq”.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiya müharibəni uzatdığı və sülh nizamlanması üçün real olmayan şərtlər irəli sürdüyü təqdirdə ona qarşı sanksiya təzyiqinin davam etdirilməsinin vacibliyini bəyan edib: “Rusiya başladığı müharibəni bitirməlidir. Bunu istənilən zaman edə bilər. Ukrayna həmişə sülhə hazırdır”.

O, həmçinin vurğulayıb ki, Ukrayna Rusiya ilə nəticə verəcək istənilən formatda birbaşa danışıqlara hazırdır: “Türkiyə, Vatikan, İsveçrə – biz bütün mümkün platformaları nəzərdən keçiririk. Ukrayna buna inandırılmalı deyil və bizim nümayəndələrimiz danışıqlarda real qərarlar qəbul etməyə hazırdırlar. Məhz Rusiyanın belə nəticəli danışıqlara güzgü hazırlığını təmin etmək lazımdır”.

Belə zənn edilirdi ki, ABŞ-nin dövlət başçısı rusiyalı həmkarını atəşkəs, yaxud sülh sazişinin imzalanması üçün Ukrayna Prezidenti ilə birbaşa ikitərəfli danışıqlara başlaması üçün yola gətirə biləcək. Ancaq bu, baş vermədi. Donald Tramp münaqişəyə ABŞ-nin müdaxiləsinin yersiz hesab edərək, Avropanın problemin həllində önə çıxmasını söyləməsi Ukraynanı Rusiyaya qarşı müharibədə siyasi-diplomatik və mənəvi baxımından məyus edə bilər. Çünki müharibənin və ümumiyyətlə, Ukraynada “Maydan hərəkatı”ndan indiyədək baş verənlərin əsas hədəfi məlumdur. Bu ölkə Qərbə – NATO və Avropa İttifaqına üzv olmaq, Rusiyanın təsir və nüfuz dairəsindən çıxmaq istəyir. Ölkə bunu heç də birtərəfli qayda da etmir.

Bu ölkədə “narıncı inqilab”ın qələbəsinə Qərbin verdiyi dəstək, etdiyi yardım, göstərdiyi təşəbbüskarlıq Rusiyanın başladığı müharibədə Ukraynaya edilmir. ABŞ Ukraynanın faydalı qazıntılarına dair müqaviləni imzalasa da, ölkənin təhlükəsizliyinə onun real təsiri görünmür.

Telefon danışığı zamanı atəşkəs, sülh müqaviləsinin bağlanması, dövlət başçılarının birbaşa ikitərəfli görüşü ilə bağlı qərar qəbul edilməyib. Yəni müharibənin dayanmasına nail olunmayıb. Rusiya savaşı davam etdirmək üçün sanki vaxt udmaq istəyir. Moskva niyə müharibəni davam etdirmək üçün vaxt udur? Belə ehtimal etmək olar ki, Rusiya işğal və ilhaq etdiyi ərazilərdən çıxmaq, onlardan imtina etmək fikrində deyil. Görünür, o, daha böyük əraziləri tutmaq, danışıqlar prosesində onları güzəştə getmək niyyətindir.

Ona görə də Vladimir Putin və Donald Trampın açıqlamasında qeyri-müəyyənliklər var. Açıqlamalarından da göründüyü kimi, liderlər müzakirə olunan məsələlər üzrə ortaq məxrəcə gəlməyiblər. Belə ehtimal etmək olar ki, Donald Tramp həmkarına düşünmək üçün vaxt verib. Çünki ABŞ-nin Çinə qarşı açdığı ticarət savaşında Vaşinqton üstünlük əldə edib.

Tramp ərəb ölkələri ilə də təhlükəsizlik və hərbi məsələlərdə razılığa gəlib. Habelə, İranla görüşlərin, danışıqların davam edəcəyi istisna olunmur. Hindistanın Pakistana qarşı başladığı müharibə də Ştatları Ukrayna müharibəsindən uzaqlaşdırmayıb. Odur ki, beynəlxalq müstəvidə başqa hadisələr ABŞ-nin son aylar əldə etdiyi uğurdan xəbər verir. Onun uğuru Rusiya da daxil olmaqla başqa rəqiblərin məğlubiyyəti sayıla bilər.

Moskva Vaşinqtonun bu kimi üstünlükləri qarşılığında Ukraynada bataqlıqda çabalayır, keçmiş SSRİ-nin Yaxın Şərqdə əldə etdiyi mövqeləri yenidən qazana bilmir. Postsovet məkanında hələ də uğura nail ola bilməyib. Daim qoynunda bəslədiyi Ermənistan Rusiyanın süd vəzisi xərçənginə çevrilib.

Bununla belə, Rusiya Ukraynada apardığı haqsız savaşdan əl çəkmir. O, ölkəsinin qlobal maraqlarını regional hikkəli, inadcıl hədəflərinə qurban verir. Ona görə də Trampla Putinin nəticəsiz danışığı daha çox “Ukrayna nüfuz dairəsinə bölünərək satılıb” qənaətinə gəlməyə əsas verir.

“2019-cu il mayın 20-də Ukraynanın altıncı Prezidenti Volodimir Zelenski seçkinin qalibi olaraq and içib. Onun səlahiyyət müddəti 2024-cü ilin yazında başa çatıb.

Müharibə olmasaydı, Ukraynada prezident seçkisi keçiriləcəkdi. Ölkə demokratik yolla inkişafını bir az da irəli aparacaqdı. Nə ərazisi bölünəcək, nə də vətəndaşları qaçqın düşəcəkdi. Ona görə də təbii sual yaranır – demokratik dövlət qurmaq üçün mütləq Qərbə meyllənib, Rusiyaya qarşı olmaq lazımdır? Ukraynadakı müharibədən ukraynalılar hələ ki heç nəyə nail olmayıblar. Əksinə, torpaqlarını, təbii sərvətlərini itirdiklər kimi, yenicə adət etdikləri demokratik dəyələri də unudurlar. Ukraynada müharibənin bitəcəyi ilə bağlı nikbinliyə ümid verəcək əsas hələ yoxdur…

PAYLAŞIN:

Continue Reading

Previous: Dünya liderləri Prezident İlham Əliyevə təbrik məktubu göndərir
Next: Mədəniyyət naziri Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşüb

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.