Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 21
  • Lavrov İrəvandan nə aparacaq? – “Rusiya Ermənistanda uzunmüddətli oyun oynayır”

Lavrov İrəvandan nə aparacaq? – “Rusiya Ermənistanda uzunmüddətli oyun oynayır”

admin 21/05/2025
lavr-paş1

 

Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri başlayıb. O, baş nazir Nikol Paşinyan hökuməti ilə ikitərəfli və regional məsələləri müzakirə edəcək. Politoloq Fərhad Məmmədov Moskva–İrəvan münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini təhlil edib. Onun fikrincə, bu münasibətlərdə bir neçə strateji istiqamət üzrə ciddi maraqlar toqquşur.

Hərbi-siyasi münasibətlər: Rusiya “qırmızı xətt”ini qorumağa çalışır

Ekspert qeyd edir ki, Rusiya ilə Ermənistan arasında hərbi-siyasi müttəfiqlik hələ də formal olaraq qüvvədədir. Ermənistandakı Rusiya hərbi bazası və birgə hava hücumundan müdafiə sistemi fəaliyyətini davam etdirir. Rəsmi İrəvan bu bazanın çıxarılmasını açıq şəkildə gündəmə gətirməsə də, sərhədlərdə Rusiya təsirinin zəiflədiyi görünür.

ABŞ-ın maliyyələşdirdiyi sərhəd mühafizə proqramı, amerikalı sərhədçilərin İrəvana göndərilməsi planı və digər təşəbbüslər Moskvanın narahatlığına səbəb olur. Ermənistanın Hindistandan silah alması, Fransa və Böyük Britaniya ilə hərbi əməkdaşlığa can atması da Rusiyadan uzaqlaşma meyillərini göstərir.

KTMT və NATO arasında sıxılma

Fərhad Məmmədov bildirir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) formal üzv kimi qalır, lakin onun fəaliyyətində real iştirak etmir. Rusiya üçün əsas narahatlıq İrəvanın NATO-ya yaxınlaşmasıdır. Bu baxımdan, Ermənistanın neytral statusu məsələsi yaxın gələcəkdə aktuallaşa bilər.

İqtisadi əlaqələr: Ehtiyatlı diversifikasiya

Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalmaqla Rusiyaya iqtisadi təsir imkanları verir. Rusiya bu ölkədə enerji, dəmir yolu və nüvə sahələrində strateji mövqelərə sahibdir. Lakin ABŞ-la imzalanmış Xartiya çərçivəsində Ermənistan iqtisadi diversifikasiyaya çalışır. Amerikalı nüvə energetikası nümayəndələrinin son səfəri də bu niyyətlə bağlıdır.

Politoloq xatırladır ki, Ermənistan üzrə Rusiya kuratoru Sergey Kiriyenko uzun illər “Rosatom”a rəhbərlik edib və nüvə əməkdaşlığının davamında maraqlıdır.

Lavrovun səfəri ərəfəsində Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas da Ermənistana gələcək. Gündəmə gəlməsi planlaşdırılan CEPA+ ticarət sazişi Avrasiya İttifaqının hələ tənzimləmədiyi sahələri əhatə etsə, bu, Moskva üçün əlavə risk yarada bilər.

Regional kommunikasiyalar və dəhlizlər

Lavrovun əsas gündəmində Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması məsələsi dayanır. Ermənistan formal olaraq üçtərəfli komissiyada iştirak etsə də, prosesin gedişini əngəlləyir. Rusiya bu prosesdə aktiv iştirakını və Ermənistan ərazisindən keçəcək dəhlizlərdə rolunu qorumağa çalışır.

Moskva Ermənistanda “uzun oyun” aparır

Fərhad Məmmədov qeyd edir ki, Rusiya üçün əsas rəqabət meydanı ABŞ yox, Avropa İttifaqıdır. Moskva Ermənistandakı strateji aktivlərini qorumaq və daxili siyasətə təsir imkanlarını saxlamaq istəyir. 2026-cı ildə keçiriləcək parlament seçkiləri bu baxımdan Moskva üçün mühüm fürsət hesab olunur.

Onun fikrincə, Rusiya üçün ən vacib məsələlərdən biri Ermənistan–Türkiyə münasibətlərinin normallaşması və sərhədlərin açılmasıdır. Bu, həm regional sabitlik, həm də Moskvanın iqtisadi və siyasi maraqları baxımından əhəmiyyətlidir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanın idxalı kəskin artır – Ölkə iqtisadiyyatını nə gözləyir?
Next: Prezident İlham Əliyev Ankarada Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.