Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 21
  • Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi

Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi

admin 21/05/2025
gülçöhrə-miu1
Azərbaycan Memarlıq və İnşaat Universiteti dövlət satınalmalarının vahid internet portalında 30.04.2025-ci il tarixində 13 tender və kotirovka sorğusunun, 01.05.2025-ci ildə 13 tender və kotirovka sorğusunun nəticələrini dərc edib. Amma iki gün ərzində dərc olunmuş bu 26 satınalma müsabiqələrin başlanma və bitmə tarixləri 2023-2024-cü illər göstərilir. Elə portal üzərindən apardığımız araşdırmada məlum oldu ki, bunlar 2023 və 2024-cü illərdə keçirilmiş satınalmaların yekun nəticələridir. Bəs bu tenderlər üzrə bağlanan müqavilələrə dair məlumatlar satınalmaların portalında nə üçün qanunla müəyyən edilmiş vaxtda deyil, 2025-ci ilin aprel-may aylarında dərc olunur?

Daha ətraflı araşdırdıqda bəlli oldu ki, bu tender və kotirovkaların bəzilərinin yekunlaşması barədə 2023-cü ildə satınalmaların portalında məlumat dərc edilib. Amma müqavilələrin bağlanılması haqqında məlumatlar isə nədənsə 2025-ci ildə dərc edilir. Bütün bunlar isə Memarlıq və İnşaat Universitetinin Satınalma Komissiyası tərəfindən keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə, satınalmaların təşkili zamanı saxtakarlıq hallarına yol verilməsinə əsaslı şübhələr yaradır.

Məsələn, 01.05.2025-ci ildə Memarlıq və İnşaat Universiteti tərəfindən 2 saylı tədris binasının cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunda “RM ENGINEERING AND CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 74.738,07  manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı dərc edilib. Müsabiqənin başlanma tarixi 05.12.2023-cü il, bitmə tarixi 30.12.2023-cü il göstərilir. Ətraflı araşdırdıqda məlum olur ki, Universitetinin 2 saylı tədris binasının cari təmiri üzrə keçirilmiş kotirovka sorğusu 06.03.2024-cü ildə yekunlaşıb. 72859 nömrəli bu müsabiqənin zərflərinin açılışı isə 24.11.2023-cü il göstərilir.

Buradan sual yaranır. Zərflər paketi 24.11.2023-cü ildə açılmış kotirovka müsabiqəsinin başlanma tarixi 05.12.2023-cü il tarixdə necə ola bilər? Yaxud da 2023-cü ildə yekunlaşmış müsabiqənin nəticəsi niyə 01.05.2025-ci ildə dərc edilir?

Qeyd edək ki, bunlar Memarlıq və İnşaat Universiteti ilə “RM ENGINEERING AND CONSULTING” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasında 2022-ci ilin sentyabr-dekabra aylarında abadlaşdırma və  cari təmir işləri üzrə ümumi dəyəri 117 min manat olan 3 satınalma müqaviləsi bağlanılıb.

Bundan əlavə, Memarlıq və İnşaat Universiteti 01.05.2025-ci ildə həyətyani sahəsinin abadlaşdırılması üzrə “BƏRPA-AS” MMC ilə 57.995,11 manat məbləğində müqavilə bağladığını dərc edib. Bu müsabiqənin də başlanma tarixi 04.08.2023-cü il, bitmə tarixi 31.12.2023-cü il göstərilir. Ətraflı araşdırdıqda məlum olur ki, bu müsabiqə də 29.09.2023-cü ildə yekunlaşıb.

Bu da Memarlıq və İnşaat Universiteti ilə “BƏRPA-AS” MMC arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arasında 2020-2023-cü illərdə tədris binalarının, idman və yeməkxana korpusunun cari təmiri, tələbə yataqxanasının təmiri üzrə ümumi dəyəri 3 058 577 manat dəyərində 8 satınalma müqaviləsi bağlanılıb. Burada maraqlı bir məqam da var. Belə ki, Universitetin 4 saylı tələbə yataqxanasının təmiri üzrə 26.04.2021-ci ildə 577.060,71 manat dəyərində 18.04.2022-ci ildə isə 969.511,72 manat dəyərində açıq tenderlərin yekunlaşdırılması və “BƏRPA-AS” MMC ilə satınalma müqavilələrin bağlanılacağı açıqlanıb. Universitet tərəfindən birinci müqavilənin bağlanılması barədə portala məlumat yerləşdirilsə də iki müqavilənin bağlanılıb bağlanılmamsı barədə məlumat yoxdu.

Maraqlıdır ki, 2021-ci ildə altı yüz min manat civarında vəsait ayrılmış 4 saylı tələbə yataqxanasının təmirinə bir il sonra bir milyon manata yaxın yenidən vəsait ayrılıb. Maraqlıdır ki, Memarlıq və İnşaat Universiteti bir milyonluq tenderi 12.04.2022-ci ildə başlayıb, 14.04.2022-ci ildə zərflər paketini açıb 18.04.2022-ci ildə isə yekunlaşdırıldığını dərc edib. Cəmi altı günə bir milyon manata yaxın dəyəri olan tender yekunlaşıb. Amma müqavilənin bağlanılması barədə məlumat satınalmaların portalında dərc edilməyib.

Bundan əlavə Memarlıq və İnşaat Universiteti tərəfindən Universitet daxilində liftlərə, şlaqbaun, turniketlərə texniki xidmət və təhlükəsiz istismarın təşkili üzrə keçirilmiş kotirovka sorğusuna dair “ASLİFT”  MMC  ilə 63.932,4 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb. Məlumat satınalmalarının vahid internet portalında 30.04.2025-ci il tarixdə dərc edilib. Satınalmaların portalına yerləşdirilimiş məlumatda kotirovka sorğusu müsabiqəsinin başlanma tarixi 13.01.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü il göstərilir. Sual yaranır.  Başlanma tarixi 2023-cü ildə olan kotirovka sorğusu 2025-ci ildə necə keçirilə bilər?

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, Memarlıq və İnşaat Universiteti tərəfindən tərəfindən  54742 nömrəli müsabiqə 26.12.2022-ci ildə başlanılmış, zərflərin açılış tarixi 09.01.2023-cü il müəyyən edilmiş, müsabiqənin yekunlaşdırılması və “ASLİFT”  MMC ilə 63.932,4 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 11.01.2023-cü ildə satınalmaların portalında dərc edilmişdir.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız daha ətraflı araşdırmada məlum oldu ki, Memarlıq və İnşaat Universiteti tərəfindən tərəfindən 54742 nömrəli müsabiqə üzrə iddiaçılara heç bir dəvət elanı verilməmişdir. Portalda 54742 nömrəli müsabiqənin ləğv olnması barədə də heç bir məlumat yoxdur. Bu isə onu göstərir ki, Memarlıq və İnşaat Universitetinin Satınalma Komissiyası portalda iddiaçılara heç bir elan vermədən “ASLİFT”  MMC ilə əvvəlcədən işbirliyi qurmuşlar.

Qeyd edək ki, bu da tərəflər arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Belə ki, Memarlıq və İnşaat Universiteti 11.01.2023-cü ildə 12 ay müddətinə  liftlərə, şlaqbaun, turniketlərə texniki xidmət və təhlükəsiz istismarın təşkili üzrə “ASLİFT MMC ilə 63.932,4 manat dəyərində, 28.12.2023-cü ildə isə 64.428 manat dəyərində müqavilələr bağlayıb. Bu xidmətin göstərilməsi üçün 2022-ci ildə isə tərəflər arasında 48.073,2 manat müqavilə bağlanılıb. Bir il ərzində müqavilənin qiymətinin 15 min manatdan çox qaldırılması da suallar doğurur.

Göründüyü kimi Memarlıq və İnşaat Universiteti tərəfindən satınalamaların portalında dərc edilmiş məlumatların hər biri özlüyündə bir çox suallar doğurur. Buradan məlum olan odur ki, Universitetdə satınalmalar  Qanunun tələblərinə əməl edilmədən, formal olaraq keçirilir. Bu formal keçirilmiş satınalma prosedurlarında saxtakarlıq hallarına yol yerildiyi isə açıq aşkar görsənir. Və bütün bunlar Azərbaycan Respublikasının Prezidenti yanında  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi kimi ciddi bir dövlət qurumunun rəsmi portalınd dərc edilir. Azərbaycan Memarlıq və İnşaat Universitetində isə bütün bu göstərilənlərin satınalamaların portalında olan yenilənmə ilə əlaqələndirirdilər. Maraqlıdır, ciddi bir dövlət qurumunun rəsmi portalında olan yeniləmə niyə ancaq Memarlıq və İnşaat Universitetinin dərc etdiyi məlumatlarda olur?

Təbii ki, bunlar gözdən pərdə asmaq ücün deyilən sözlərdir. Fakt odur ki, Memarlıq və İnşaat Universitetində satınalmalar formal keçirilir və bunu dolayısı yollarla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də təsdiq edir. Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə bunları istəsə də, istəməsə də inkar edə bilməz.

Aktualinfo.org

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Next: İpoteka kreditlərinə tələb artıb

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.