Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 21
  • “Putin Trampla skripkada oynayan kimi oynayır” – ABŞ Senatında Trampdan narazılıq artır

“Putin Trampla skripkada oynayan kimi oynayır” – ABŞ Senatında Trampdan narazılıq artır

admin 21/05/2025
abş-kon

 

“Rusiya haqqı çatmayanı, Ukrayan isə qaytara bilmədiyini istəyir”

ABŞ Dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələrdə çətin anlar yaşayıb.

Xarici KİV xəbər verir ki, senatorlar Rubionu Donald Trampın Ukrayna siyasətinin uğursuzluğuna görə sorğu-sual ediblər.

Konqresmen Cinn Şeyxin Donald Tramp administrasiyasının Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün danışıqlar aparmaq səylərinin nəticə vermədiyini qeyd edərək, bu uğursuzluğa görə Trampı tənqid edib. O, Prezident Trampın Vladimir Putinlə bazar ertəsi baş tutan telefon danışığının Ukrayna və müttəfiqlərinin ümid etdiyi kimi, dərhal atəşkəslə nəticələnmədiyini və bunun əvəzində Vladimir Putinin danışıqları davam etdirməyi təklif etdiyini, Trampın da bununla razılaşdığını bildirib.

“Vladimir Putinin indi gördüyü iş vaxt uzatmaqdır.O, prezidentlə skripkada oynayan kimi oynayır” – deyə, qeyd edib.

Rubio bu iddia ilə razılaşmayaraq Trampın müharibəni bitirməyə çalışdığını deyib. Problemin mahiyyətini açıqlamağa çalışan Rubio deyib: “Rusiya hazırda sahib olmadığını və haqqı olmayanı, Ukrayna isə hərbi yolla geri ala bilmədiklərini istəyir. Və problemin məğzi budur”.

O, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbuldakı danışıqları müsbət addım adlandırıb, lakin Ağ Evin hələ də “sülhə doğru addımlar görmədiyini” etiraf edib.

Rubio qeyd edib ki, Donald Trampla telefon danışığı zamanı Putin Vaşinqtona Ukraynada atəşkəslə bağlı şərtlərini çatdıracağına söz verib: “Bizim anlayışımız odur ki, ruslar atəşkəs şərtlərini yazacaqlar. Bu, daha geniş danışıqlara imkan verəcək. Biz bu şərtləri gözləyirik və bu şərtləri görəndə cənab Putinin hesablamalarını daha yaxşı başa düşəcəyik”.

Rubio Trampın müharibəyə son qoymaq səylərini müdafiə edib, həmçinin Amerika Prezidentinin Moskvaya qarşı sanksiyalar tətbiq etmək istəməməsinə haqq qazandırıb: “O, sülh istiqamətində hər iki tərəfə təsir etmək qabiliyyətini mümkün qədər uzun müddət saxlamaq istəyir “.

Xatırladaq ki, mayın 19-da ABŞ Prezidenti ilə Kreml rəhbəri arasında iki saatlıq telefon danışığı olub. Avropalı müttəfiqlər Trampın Putinlə söhbətdən Rusiyaya təzyiqi artırmaq, o cümlədən yeni sanksiyalar tətbiq etmək üçün istifadə edəcəyini gözləyirdilər, lakin o, bundan çəkindi.

Amerika lideri Putinlə söhbətini “əla” adlandırıb və deyib ki, Kiyev və Moskva dərhal atəşkəslə bağlı sülh danışıqlarına başlayacaq. Putin isə atəşkəsin “yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra” mümkün olduğunu deyib və faktiki olaraq ABŞ-nin təklifini yenidən rədd edib.

Qərb mediası yazıb ki, Trampın Rusiyaya qarşı yumşaq mövqeyi Avropa liderlərinin narahatlığına səbəb olub. Daha sonra Tramp jurnalistlərə deyib ki, o, Putinin sülhə sadiq olduğuna inanır və o, yalnız sülh danışıqlarına zərər vermək istəmədiyi üçün sanksiyalar tətbiq etmir.

Bu nəticəsiz və uzandıqca uzanan söhbətlər, danışıqlar fonunda isə Rusiyanın Ukraynaya hücumu və dinc şəhərlərin bombalanması tam sürətilə davam edir. Rusiya açıq-aşkar böyük yay hücumu kampaniyasına hazırlaşır… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident İlham Əliyev Ankarada Qərbi Azərbaycanla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib
Next: Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.