Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 21
  • Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT

Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT

admin 21/05/2025
pilot resid
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən “Pilot Residence” kooperativi ilə sakinləri arasında qalmaqal bitmək bilmir. Binanın layihə üzrə işlərini tamamlamayan MTK rəhbərliyi hər dəfə qanunsuz əməlləri ilə sakinlərin haqlı şikayətlərinə səbəb olur. Hazırkı vəziyyət isə daha kəskin xarakter alıb. İllərdir başlarına gələn bəladan xilas ola bilməyən sakinlər bununla bağlı media vasitəsilə ictimaiyyətə və əlaqədar qurumlara növbəti dəfə məlumat veriblər.
Daha öncə də bildirdiyimiz kimi, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi binanın həyətində qanunsuz tikililərin sökülməsi, qanunsuz hərəkətlərin dayandırılması və sakinlərə qarşı törədilən qanunsuz manelərin aradan qaldırılması barədə bina yaşayışçılarının xeyrinə qərarlar çıxarmasına baxmayaraq, Ali Məhkəmənin hakimi Babayev Zəki Baba oğlu bu işi guya bəzi araşdırma və dəqiqləşdirmələrə zərurət yaranması səbəbindən geri qaytarıb. Bu da sakinlərin ciddi narazılığı ilə qarşılanıb. Çünki bu addım MTK rəhbərliyinin sakinlərə qarşı əl-qolunu açıb. Görəsən, Ali Məhkəmə hakimi dəlil olaraq, hansı araşdırmalara əsaslanıb? Söhbət bundan gedir ki, MTK-nın təsisçisi Babək İsmayılov həyəti bərpa etmək və layihəni sona çatdırmaq bəhanəsi ilə qonşu “Caspian” MTK-nın müvafiq dövlət qurumunda təsdiqi olmayan “layihəsi” çərçivəsində avtomobil dayanacağına yol açmaq üçün təhvil verilən “Pilot Residence” yaşayış kompleksinin binasının 1-ci blokunun yaxınlığında qanunsuz qazıntı işləri aparmaqla yeraltı keçid inşa etmək üçün əlavə giriş düzəltmək istəyir. Bununla da o, daha çox nəqliyyat vasitəsinin parklanması üçün yerlər əldə edib qazancını artırmaq arzusundadır. Sakinlərdən xəbər tutduq ki, hazırda fəaliyyətdə olan yeraltı qarajın bir hissəsi Babək İsmayılovun qeyri-rəsmi “rent-a-car” biznesinə xidmət edir. Hər iki MTK layihələrinin pilot olması səbəbindən işlərin Səbail RİH-in rəyinin olduğu halda həyata keçirilməsi mümkündür. Söhbət qanunazidd olmayan və 2017-ci ildə təsdiqlənən layihə əsasında fəaliyyətlərdən gedir. Hazırda “Caspian” MTK FHN-nin Dövlət Ekspertiza Baş İdarəsi (DEBİ) tərəfindən verilən rəy və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) təsdiqi olmadan ona istinad etdikləri yeganə sənəddir. Bu isə 2023-cü il tarixində qüvvədən düşüb. Bir sözlə, “Caspian” MTK-nın layihəsinin sənədləşdirilməsi üçün nəinki DEBİ-nin təsdiqi tələb olunur, həmçinin TTNDA-nın da təsdiqi zəruridir. Odur ki, mövcud qanunvericiliyə əsaslanaraq aidiyyəti dövlət qurumları – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN, Səbail RİH məsuliyyəti üzərinə götürməkdən imtina edirlər.
 Bunun ardınca, “Pilot Residence” MTK da fürsətdən istifadə edib, hər addıma əl ataraq yalanlar, bəzən isə hədə-qorxu ilə sakinlərdən imza toplamağa başlayıblar. Sakinlər əminliyini bildirir ki, MTK rəhbərliyinin bu qanunsuz niyyəti də baş tutmayacaq. Şikayətçilərin haqlı tələbi budur ki, qonşuluqdakı “Caspian” MTK öz binasının infrastruktur, o cümlədən qarajlarını sırf özünə aid olan hissədə qanunamüvafiq şəkildə tamamlasın.
  Bugünədək sonsuz sayda vədlər verən MTK sahibi indi də iddia edir ki, 2-3 ay müddətində həyəti bərpa edib layihəni sona çatdırdıqdan sonra guya ki, binaya xidmət etməkdən imtina edəcək, işləri sakinlərin ixtiyarına buraxacaq. Lakin bu vədlərə artıq kimsə inanmır. Mənzil Məcəlləsinə əsasən, yaşayış binası  dövlət qeydiyyatından keçdiyi andan sakinlər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti  təsis etməklə hüquqi şəxs qismində idarəçiliyi ələ ala bilərlər.
Bütün yuxarıda deyilənlər təqdim olunan videolarda da öz əksini tapır. Buradan göründüyü kimi hazırda binanın 2-ci mərtəbəsində  tibbi xidmətlərə aid olan lisenziyasız özəl şirkət fəaliyyət göstərir. Və bir neçə aydır ki, sözügedən şirkət qanunsuz olaraq sakinlərin ümumi istifadəsində olan liftdən yararlanır. Məsələ sakinlər tərəfindən qaldırılandan sonra həmin özəl şirkətə 3 həftədən çox müddətə ayrıca giriş pilləkəni düzəldə bilməyən MTK rəhbərliyinin 3 ay möhlətə dediyi layihə üzrə işləri tamamlayaraq başa çatdıracağı mümkünsüzdür.

Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT

Haqqında bəhs olunan qanunsuzluqları, MTK tərəfindən yaradılan süni çətinlikləri nəzərə alaraq, bəzi sakinlər binanın aylıq xidmət haqqının ödənilməsini dayandırmışdılar. Bununla yanaşı, baxmayaraq ki, bütün sakinlər ayrı-ayrılıqda kommunal xidmətlərdən (su, işıq, qaz) istifadəyə görə mütəmadi olaraq ödənişlər edirlər, MTK işçiləri binanın aylıq xidmət haqqını ödəməyən sakinlərin su xəttini özbaşına kəsmişdilər. Lakin “Azərsu” ASC tərəfindən MTK-ya ciddi xəbərdarlıq edilərək, dərhal sakinlərin su xəttinin bərpası tələbi qoyuldu və suyun verilişi bərpa edildi. Bu və ya digər hallar MTK-nın sırf qazanmaq niyyətinin ön planda olduğunu təsdiq edir və hədəfinə çatmaq üçün ağlasığmaz, qanunsuz hərəkətlərə gedir.
  Sakinlər də bildirir ki, mövcud qanunvericiliyə əsasən, layihə aidiyyəti qurumlarda təsdiqləndikdən sonra reallaşdırılmalıdır. MTK isə öz qanunsuz niyyətlərini həyata keçirmək üçün bütün mümkün variantlardan istifadə etməklə günümüzədək məhkəmə mübahisəsini uzadır. Sakinlər əminliyini bildirir ki, qanunsuz və layihədənkənar istənilən addımların qarşısını almaq üçün ölkə başçısı cənab İlham Əliyevə, ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya və aidiyyəti dövlət qurumlarına üz tutaraq qanuni və ədalətli mübarizələrindən geri çəkilməyəcəklər.
  Gördüyünüz kimi, MTK məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atır, sakinlərin normal yaşayışına süni əngəllər törədir. MTK və bina sakinləri arasındakı qalmaqalın bitməsinin yeganə yolu isə əlbəttə ki, bina idarəçiliyinin qanunauyğun şəkildə sakinlərin ixtiyarına verilməsidir. /xeberle.com
Daha ətraflı sizə təqdim etdiyimiz materiallarda:

Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏTSakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏTSakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: “Tramp kursunu dəyişməsə, Putin istədiyinə nail olacaq”
Next: TDT liderləri 71 bəndlik bəyannamə imzaladı

OXŞAR MÖVZULAR

feyziyev

Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb? – Siyahı və gəlir mənbələri

admin 06/05/2026
şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.