Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 21
  • “Tramp kursunu dəyişməsə, Putin istədiyinə nail olacaq”

“Tramp kursunu dəyişməsə, Putin istədiyinə nail olacaq”

admin 21/05/2025
tramp (2)

 

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışdıqdan sonra deyib ki, Rusiya və Ukrayna müharibənin həllini özləri tapmalıdırlar. O özü isə prosesdən çəkilir kimi görünüb.

Bu mövzuya toxunan “The New York Times”(NYT)-ın yazdığına görə, məsələ ilə tanış olan rəsmilərin fikrincə, Tramp Rusiyaya qarşı yeni sanksiyalar da daxil olmaqla Avropanın Moskvaya təzyiq kampaniyasına qoşulmaqla bağlı əvvəlki mövqeyindən geri çəkilib.

Nəşr yazır: “Əgər Tramp yenidən kursunu dəyişməsə, Putin tam istədiyinə nail olacaq: nəinki Amerikanın təzyiqinə son qoyulacaq, həm də NATO daxilində, amerikalılarla onların avropalı müttəfiqləri arasında dərin çatlar yaranacaq”.

Ağ Ev rəsmilərindən birinin NYT-yə verdiyi məlumata görə, buna səbəb “Rusiyaya qarşı əlavə sanksiyaların biznesin inkişafına mane olması və prezidentin amerikalılar üçün iqtisadi imkanları maksimum dərəcədə artırmaq istəməsidir”. Yəni, Tramp birinci yerə biznesi qoyur.

Bununla belə, nəşrin qeyd etdiyi kimi, Trampın Volodimir Zelenski və avropalılarla söhbətinin alt mətni ondan ibarətdir ki, Amerikanın diplomatik səyləri, Ukrayna üçün yeni silahlar və Rusiyaya qarşı iqtisadi sanksiyalar erası artıq başa çatır:“Bir sıra Avropa rəsmiləri söhbətdən onu başa düşdülər ki, ABŞ-nin tezliklə onların Moskvaya qarşı əlavə maliyyə təzyiqlərinə qoşulmasını gözləməməlidirlər”.

Avropa liderləri hesab edirlərki, Tramp əsl məqsədinin reallaşmasına – Vaşinqton və Moskva arasında münasibətləri normallaşdırmağa keçid edir. Məqalədə deyilir: “Zəif irəliləyişdən və Putinin barışmazlığından məyus olan Tramp açıq şəkildə danışıqlardan uzaqlaşmaq fikrinə düşüb. Bazar ertəsi tvitində o, ABŞ-ni danışıqlardan kənarlaşdırmaq və Rusiya ilə işgüzar sövdələşmələrə keçmək istədiyini açıqlayıb”.

NYT-nin qeyd etdiyi kimi, Tramp Amerika şirkətlərinə Rusiyanın enerji sektorundan və nadir torpaq minerallarından faydalanmaqda kömək etməyə çalışır, baxmayaraq ki, ABŞ indiyədək Rusiya və Ukrayna arasında sülh razılaşması əldə olunmayana qədər bu sövdələşmələrin heç birinin baş tuta bilməyəcəyində təkid edirdi.

Eyni zamanda, məlumatlı mənbələrə görə, Putin Trampın ticarət arzusunu başa düşür və buna görə onların söhbətinin əsas hissəsini potensial iqtisadi əlaqələrə yönəldib: “Nəticədə, Avropa indi yeni sanksiyalara doğru irəliləyir, Birləşmiş Ştatlar isə əks istiqamətdə hərəkət etməyə hazırlaşır – Ukraynadan əl çəkməyə və Rusiya ilə daha sıx əlaqələr qurmağa çalışır. Bu, Putinin iyirmi ildir ki, NATO daxilində yaratmağa və ondan istifadə etməyə çalışdığı parçalanmadır”.

Yüksək səviyyəli bir avropalı məmur nəşrə bildirib ki, qeyd-şərtsiz atəşkəsi birmənalı rədd edəcəyi təqdirdə belə, Tramp Rusiyaya qarşı sanksiyalara qoşulmaqda qəti maraqlı görünmür. Onun indiyə qədərki təhdidləri isə əsasən görüntü xarakteri daşıyıb və ABŞ yeni ciddi sanksiyaların hazırlanmasına qoşulmayıb.

PAYLAŞIN:

Continue Reading

Previous: Pakistan Hindistana xəbərdarlıq etdi
Next: Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.