Skip to content
07/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 22
  • Diplom var, iş yox… Universitetlər niyə əmək bazarına uyğun kadr yetişdirmir?

Diplom var, iş yox… Universitetlər niyə əmək bazarına uyğun kadr yetişdirmir?

admin 22/05/2025
bakalavr

 

Azərbaycanda ali təhsil sistemi ilə əmək bazarı arasında ciddi uyğunsuzluq mövcuddur. Əmək bazarında ən çox iş tapan məzunların statistikası bir daha göstərir ki, ölkədə yüzlərlə ixtisasın tədris olunmasına baxmayaraq real sektor cəmi bir neçə istiqamətə tələbat göstərir.

Rəqəmlərə görə, 2024-cü ildə işə düzələn məzunlar əsasən iqtisadiyyat (2,554 nəfər), maliyyə (1,806), mühasibat uçotu (1,746), menecment (1,574), sənayenin təşkili (1,515), biznesin idarə olunması (1,331), dünya iqtisadiyyatı (1,315), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (1,096), bədən tərbiyəsi (1,044) və hüquqşünaslıq (868) ixtisasları üzrə təhsil alanlar olub. Halbuki ölkə universitetlərində 150-dən artıq ixtisas mövcuddur.

Bu isə belə suallar doğurur: Qalan ixtisaslar kimə və nəyə lazımdır? Bu ixtisasları bitirən minlərlə gənc hara gedir?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki,  bir çox universitetlər qəbul planlarını əmək bazarının ehtiyaclarına əsasən deyil, sadəcə öz resurslarını və büdcə gəlirlərini artırmaq məqsədilə tərtib edir. Nəticədə universitetlər real sektorun ehtiyac duymadığı ixtisaslar üzrə kütləvi qəbul aparır, bu isə “diplomlu işsizlər ordusu”nun daha da böyüməsinə səbəb olur:

“Ali məktəblərin böyük əksəriyyəti işəgötürənlərlə əməkdaşlıq etmir, təcrübəyə əsaslanan proqramlar hazırlamır, tələbələrə əzbər və texnologiyadan uzaq təhsil verir. Təhsilin məqsədi imtahan keçmək, diplom almaq olur, amma bu diplomlar əmək bazarında demək olar ki, heç bir dəyərə malik deyil.

Universitetlər özlərini xidmət strukturu yox, kommersiya obyektinə çeviriblər. Tələbələr isə bu sistemdə gələcəyin peşəkarı yox, bu günün maliyyə mənbəyi kimi görünür. Beləliklə, ali təhsil müəssisələri tələbə sayını süni şəkildə artıraraq büdcədən dotasiya almağa və statistik göstəriciləri şişirtməyə çalışır.

Bu yanaşma yalnız təhsil sistemini deyil, ümumilikdə cəmiyyətin gələcəyini təhlükə altına atır. Universitetlərin əsas funksiyası cəmiyyətə bacarıqlı və rəqabətədavamlı kadrlar yetişdirməkdirsə, hazırkı sistem bu funksiyanı yerinə yetirmir. Bir çox fakültə və kafedra “diplom fabriki”nə çevrilib, elmi baza və sənaye ilə əməkdaşlıq isə yox dərəcəsindədir”.

Ekspert qeyd edib ki, əmək bazarı isə sərt mövqe tutur. Şirkətlər məzunun sadəcə əla qiymətlərlə deyil, praktiki bacarıqlarla silahlanmış olmasını tələb edir. Universitetlər isə bu bacarıqları qazandırmaq əvəzinə, yalnız kağız üzərində dəyəri olan diplomlar verir:

“Hazırda bir çox ali məktəb yeni ixtisaslar açır, amma onların bazarda qarşılığı olub-olmadığını yoxlamır. Bu isə dövlət səviyyəsində ciddi nəzarət və sistemli islahatlar tələb edir. Ali Təhsil Haqqında Qanunda ixtisas siyahısı və qəbul planları hər il əmək bazarı ilə uzlaşdırılmalı, tələbat olmayan ixtisaslar ya bağlanmalı, ya da restrukturizasiya olunmalıdır. Eyni zamanda, universitetlərin akkreditasiyasında yalnız akademik göstəricilər deyil, məzunların məşğulluq səviyyəsi əsas meyara çevrilməlidir.

Təhsil Nazirliyi və Dövlət Məşğulluq Agentliyinin əmək bazarında ən çox iş tapan məzunlar barədə təqdim etdiyi reytinq vacib bir addımdır. Lakin bu, sadəcə başlanğıcdır. Növbəti mərhələdə nəticəsiz ixtisasların siyahısı hazırlanmalı, ali təhsil sistemində məzmun islahatları həyata keçirilməli və universitetlər real bazar tələblərinə uyğunlaşdırılmalıdır.

Əks halda, hər il minlərlə gənc universitetlərə daxil olacaq və dörd il sonra “işsizlər ordusu”na diplomla qoşulacaq. Bu isə artıq təkcə təhsil deyil, sosial ədalət probleminə çevrilir”.

PAYLAŞIN:

Continue Reading

Previous: Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb
Next: Rusiya SSRİ-ni “dirildir”: Prosesə start verildi

OXŞAR MÖVZULAR

dtx-sepah

DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb

admin 06/03/2026
ipoteka-kr

İpoteka limitləri saniyələr sonra bitdi?

admin 05/03/2026
evler-sn

Bakıda evlər niyə real dəyərindən iki qat baha satılır? – “Zirə, Türkan və Qobuda qiymətlər…”

admin 05/03/2026

XƏBƏR LENTİ

  • DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb 06/03/2026
  • Tehranın “pul kisəsinə” zərbə: BƏƏ milyardlarla dollar dəyərində aktivləri dondurmağa hazırlaşır 06/03/2026
  • “İran tezisləri ilə ictimai rəyi dəyişənlər cəzalandırılmalıdır” – Hikmət Babaoğlu 06/03/2026
  • 240 min vergi borcu, ölüm və koma qalmaqalları: “MedAura” klinikası adını niyə dəyişir? 06/03/2026
  • BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir 06/03/2026
  • İranın neçə “atımlıq barıt”ı qalıb? – Tehran vaxtı uzatmağa çalışır 06/03/2026
  • İran Azərbaycana bu məqsədlə hücum edib: “Cəzalandırmaq” tezisi ortaya atılıb 06/03/2026
  • Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək? 06/03/2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb 06/03/2026
  • Pezeşkian niyə susur? – “İran da Rusiyanın yolunu gedir” 06/03/2026
  • Prezident Moldovanın Baş nazirinin müavinini qəbul etdi 06/03/2026
  • ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb 06/03/2026
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?! 06/03/2026
  • İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov 06/03/2026
  • HHQ-də Bayraktar kursunun ilk buraxılış mərasimi keçirilib 06/03/2026
  • İranda ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəymiş binaların sayını açıqlanıb 06/03/2026
  • Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır – Baş katib 06/03/2026
  • İranpərəstlərin təxribat cəhdləri: Baku TV bəyanat yaydı – FOTO 06/03/2026
  • Moskva və Qars müqavilələri: Naxçıvana hücum olsa, Türkiyə müdaxilə edə bilər? 05/03/2026
  • İpoteka limitləri saniyələr sonra bitdi? 05/03/2026

Sağlamlıq

meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026
xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.