Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 26
  • Ayxan Hacızadə Paşinyanın İrəvan Dialoqu zamanı söylədiyi fikirləri şərh edib

Ayxan Hacızadə Paşinyanın İrəvan Dialoqu zamanı söylədiyi fikirləri şərh edib

admin 26/05/2025
ayxan-h

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş Nazirinin İrəvan Dialoqu zamanı söylədiyi fikirləri şərh edib.

XİN rəsmisi bildirib ki, Ermənistan Baş Nazirinin İrəvan Dialoqu zamanı təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, Ermənistanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur.

Onun sözlərinə görə, Minsk Qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır.

A.Hacızadə qeyd edib ki, Minsk Qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edib:

“Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır. Azərbaycan və Ermənistan arasındakı münaqişə Azərbaycan ərazilərinin Ermənistanın 30 illik işğalından azad edilməsi ilə başa çatdığına baxmayaraq, Minsk Qrupunun buraxılmasının “Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan ərazisində bağlamaq və onu Ermənistanın suveren ərazisinə keçirmək” məqsədi daşıdığı iddiası tamamilə manipulyasiyadır. Ermənistan belə bir mövqe ilə münaqişənin bitmədiyinə və Minsk Qrupunun saxlanılmalı olduğuna işarə edir”.

O vurğulayıb ki, Ermənistan Baş Nazirinin Qərbi Azərbaycan barədə fikirləri faktların təhrif edilməsi və demək olar ki, Ermənistan əhalisinin əksəriyyətini təşkil etmiş azərbaycanlıların ayrılmaz hüquqlarının açıq şəkildə inkar edilməsidir:

“Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur və Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır”.

Kommunikasiya marşrutlarının açılması məsələsinə gəldikdə, XİN nümayəndəsi əlavə edib ki, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz:

“Ermənistanın müqaviməti və mürəkkəb tranzit marşrutları təklif etməsi irəliləyişi ləngidir və regional əməkdaşlığın əhəmiyyəti haqqında bəyanatlara ziddir. Davamlı sülhə nail olmaq üçün, Ermənistan öz Konstitusiyasında ərazi iddialarını aradan qaldırmaqla müvafiq dəyişiklik etməli və Minsk Qrupunun heç bir şərt olmadan buraxılmasını dəstəkləməlidir. Azərbaycanın şərtləri maneələr deyil, regional sülh və sabitliyi təmin etmək üçün legitim addımlardır”.

PAYLAŞIN:

Continue Reading

Previous: Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb
Next: “Paşinyanın bu mövqeyinə Əliyevlə müzakirələrin təsiri olub” – “İki məqsəd güdə bilər…”

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026
  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb 25/05/2026
  • Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq 25/05/2026
  • Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək 25/05/2026
  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.