Skip to content
19/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 26
  • “Azercell”in maliyyə hesabatlarını gizlətməsinin səbəbi nədir

“Azercell”in maliyyə hesabatlarını gizlətməsinin səbəbi nədir

admin 26/05/2025
az-sel

 

Hələ ötən ilin Dekabr ayında Azercell-in 2023 və 2024-cü il üzrə maliyyə hesabatını açıqlamaması məsələsini ictimailəşdirmişdim. Ötən il müxtəlif aylarda bununla bağlı call center-ə müraciət etsəm də heç bir geridönüş edilmirdi operatorlar yəqinki hesabat yaxın vaxtlarda sayta qoyulacaq məlumatını verirdi. Nəhayət Dekabr ayında məsələni ictimailəşdirdim. Əslində 2022-ci ildə də şirkət maliyyə hesabatını biraz gec açıqlamışdı həmin vaxt Azercell-ə müraciət etdikdə Vəfa adlı xanım mənimlə əlaqə saxlayaraq: “İlkin bəy narahat olmayın hesablama gedir yaxın vaxtlarda hesabat sayta qoyulacaq” məlumatını vermişdi və Aprel ayında şirkət maliyyə hesabatını sayta qoymuşdu.

İndi isə mən və məndən öncədə mətbuatın şirkətin maliyyə hesabatını gizlətməsi məsələsini gündəmə gətirməsindən sonra şirkət nəyinki 2023 və 2024-cü il üzrə maliyyə hesabatını açıqlamadı indiyədək açıqladığı 1996-cı ildən 2022-ci ilə qədər olan bütün maliyyə hesabatlarını saytdan sildilər. Mənim şirkətə yazılı şəkildə etdiyim müraciətə isə: “Maliyyə hesabatının açıqlanması nəzərdə tutulmayıb” cavabını verdilər. Əslində şirkətin maliyyə hesabatlarını gizlətməsinin səbəbi mətbuatın şirkətin özəlləşmə məsələsini gündəmə gətirməsidir.

Məlum olduğu kimi şirkətin əvvəlki səhmdarı TeliaSonera Özbəkistandakı korrupsiya qalmaqalından sonra 2015-ci ildə Avrasiya regionunu tərk edəcəyini açıqlamışdı və Azercell 3 il sərmayəsiz qaldığı üçün zərərlə çalışmağa başlamışdı. Həmin vaxt Azercell-in xidmət səviyyəsi və keyfiyyəti geriləmiş, Müştəri Xidmətlərinin çoxu bağlanmış, şirkət 60-dan çox işçisini ixtisar etmək məcburiyyətində qalmışdı. Nəhayət 2018-ci ilin mart ayında TeliaSonera-nın Azercell-dəki 51%-lik səhmlərini 222,5 milyon manata Rabitə Nazirliyinə məxsus AzinTelecom şirkəti almışdır. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, şirkət mənfəətlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşdiriləcək. Görünür Azercell artıq çoxdan gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra mətbuatın haqlı olaraq zaman-zaman şirkətin özəlləşmə məsələsini gündəmə gətirməsindən sonra narahat olub şirkətin mənfəətlə fəaliyyət göstərdiyini gizlətmək üçün şirkət son 2 ilin maliyyə hesabatını açıqlamaqdan imtina etdi və əvvəl açıqladığı bütün maliyyə hesabatlarını saytdan sildilər.

TeliaSonera-nın səhmlərini dövlətə satdığı digər ölkələrdə məsələn Qazaxıstan və Gürcüstanda Qazaxıstan və Gürcüstan hökümətləri Kcell və Geocell-in səhmlərini Qazaxıstan dövləti Qətər şirkətinə, Gürcüstan höküməti isə Avropa şirkətinə çoxdan satıblar. Bizdə isə 7 ildən çoxdur ki, Rabitə Nazirliyi Azercell-i yenidən özəlləşdirmək istəmir. Əslində Azercell-lə bağlı bütün şikayətlərin kökündə Azercell-in özəlləşdirilməsi məsələsi dayanır. Yəni mobil rabitə sahəsində rəqabət mühitini gücləndirmək üçün Azercell mütləq təcili olaraq özəlləşdirilməli və bazarda mobil operator sayı artırılmalıdır.

Məlum olduğu kimi bir neçə ildir mobil rabitə sahəsində keyfiyyət və xidmət səviyyəsi bərbad vəziyyətə düşüb, qiymətlər isə durmadan artır. Azercell-də aylıq abunə haqqı olmayan bir dənədə olsun tarif paketi yoxdur. Kütləvi şəkildə şikayətlərə baxmayaraq şirkət yaşlı nəsili və internetdən istifadə etməyən təbəqəni nəzərə almayaraq Azercellim, Bölge, Gencsim, Her Yere, Bizimkiler tarif paketlərində 25 Fevral tarixindən etibarən aylıq 2 AZN müqabilində 25 şəbəkədaxili dəqiqə və 250 MB internet paketi təqdim edir.

Bundan başqa digər mobil operatorlardan fərqli olaraq Azercell abunəçilərinə şəbəkədaxili danışıq üçün belə rahat danışıq imkanı verən tarif paketi istifadəyə vermir. Mobil Nömrələrin Daşınması xidməti ilə bağlı xüsusi tarif paketləri və böyük həcmdə həftəlik internet paketləri mövcud deyil. Bakı və Sumqayıt şəhərlərinin mərkəzi hissələrində 4G şəbəkəsində internetin sürəti 10-20 Mb/s arası dəyişir digər mobil operatorlarda isə bu göstərici 70-90 Mb/s arası dəyişir. Ən acınacaqlısı isə call center-ə bununla bağlı şikayət etdikdə operatorlar bununla bağlı heç bir problem görmürlər. Yəni Azercell-ə görə 4G şəbəsində 10-20 Mb/s “normal” göstəricidir. Halbuki qiymətləri müqayisə etdikdə Azercell ölkənin ən bahalı mobil operatorudur. Buna baxmayaraq xidmət səviyyəsi və keyfiyyət 0-dır.

 

İlkin Məmmədkərimov

PAYLAŞIN:

Continue Reading

Previous: “İsrailin işğalçı ordusu Qəzza zolağının 77 %-nə nəzarəti ələ keçirib” – Fələstin hökuməti
Next: Zahirəddin İbrahimov Bakıda – DTX-dən vacib əməliyyat

OXŞAR MÖVZULAR

gömrük-keçid

Quru sərhədlər bu şəxslər üçün açıla bilər

admin 17/04/2026
avto-b-

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir?

admin 17/04/2026
mehkeme_2025_____

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.