Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 26
  • “Bu addım bütövlükdə Avropa İttifaqına ünvanlanıb” – Bakı – Paris münasibətlərində “yeni səhifə” açıla bilərmi?

“Bu addım bütövlükdə Avropa İttifaqına ünvanlanıb” – Bakı – Paris münasibətlərində “yeni səhifə” açıla bilərmi?

admin 26/05/2025
ferhad-polit

 

Prezident İlham Əliyevin xuliqanlıq ittihamı ilə Azərbaycanda həbs olunmuş bir Fransa vətəndaşını əfv etməsi, regionda diplomatik dinamikanın dəyişdiyini göstərən əlamətlərdən biri kimi dəyərləndirilə bilər. Bu humanist jest, Tiranada keçirilən Avropa Siyasi İcması çərçivəsində Prezident Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan isti görüşdən sonra baş verdi. Siyasi müşahidəçilərin fikrincə, belə görüşlər adətən səhnəarxası diplomatik təmasların nəticəsi olur.

Siyasi ekspert Fərhad Məmmədovun təhlilinə əsasən, Azərbaycan bu addımı təkcə Fransaya deyil, bütövlükdə Avropa İttifaqına (Aİ) ünvanlayıb. Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbərliyinin təşəbbüsü ilə Estoniya Baş naziri Kaya Kallasın Bakıya səfəri və bu səfərin nəticəsində Azərbaycan-Aİ münasibətlərinin aktivləşdirilməsi, rəsmi Bakının prioritetlərini nümayiş etdirir: əsas tərəfdaş – Aİ-dir, lakin Aİ daxilində Fransa amilini də nəzərdən qaçırmaq olmaz.

F. Məmmədovun fikrincə, Brüssel ilk addımı atdı və Bakı bu jestə uyğun cavab verdi: “Bu isə o deməkdir ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədən, əlaqələrin normallaşması üçün Aİ ilə münasibətləri pozulduğu nöqtədən bərpa etməyə çalışır. Ən vacibi isə Aİ bundan sonra Azərbaycan-Ermənistan münasibətlərində vasitəçilik iddiası ilə çıxış etməyəcək, bu məsələ yalnız ikitərəfli formatda həll olunmalıdır. Azərbaycanın əsas hədəflərindən biri Fransa faktorunu Aİ-nin Cənubi Qafqaz siyasətindən kənarlaşdırmaq idi. Parisin uzun müddət ermənipərəst yanaşması, vasitəçilik iddiaları, hətta Ermənistan-Gürcüstan tandemi yaratmaq cəhdləri iflasa uğradı. Nəticədə Fransa bu gün regionda yalnız Ermənistanla əməkdaşlığa güvənə bilir. O da Avropa İttifaqının missiyası, hərbi-texniki sahədə yardımlar və diplomatik dəstəklə məhdudlaşır.”

F. Məmmədov qeyd edir ki, hazırda rəsmi Parisin Bakıdan nə istədiyi sual altındadır. Onun sözlərinə görə, əfv olunmuş fransız vətəndaşı həbsdə olan ilk şəxs deyil. 

“Azərbaycanda daha bir Fransa vətəndaşı “casusluq” maddəsi ilə həbsdədir. Üstəlik, Fransanın kolonial siyasətini ifşa etməyə yönəlmiş Bakı Təşəbbüs Qrupunun fəaliyyəti Parisdə ciddi narahatlıq doğurur,” – o, əlavə edib.

Fərhad Məmmədov Azərbaycanın Fransadan gözləntilərini belə sıralayıb:

-Fransa parlamentinin Qarabağla bağlı qəbul etdiyi qərəzli qətnamələrin ləğvi;

-Azərbaycan-Aİ və Azərbaycan-NATO münasibətlərinə qarşı sabotaj fəaliyyətlərinin dayandırılması.

Lakin ekspertlərin fikrincə, Fransa parlamentinin qətnamələrinin ləğvi siyasi baxımdan real deyil. Eləcə də Bakı Təşəbbüs Qrupunun fəaliyyətini məhdudlaşdırmaq mümkün deyil. Bu qurum artıq institutlaşmış bir təşkilata çevrilib və beynəlxalq əlaqələrə malikdir. Bu isə o deməkdir ki, tərəflər arasında istifadə ediləcək “mövzu başlıqları” qalıcılıq daşıyacaq və tərəflər onları bir-birinə qarşı siyasi alət kimi istifadə edəcək.

F. Məmmədovun təhlilinə əsasən, ən real və həyata keçirilə biləcək ssenari Azərbaycan-Fransa münasibətlərinin sabitləşdirilməsi və tədricən normallaşdırılmasıdır: “Bu normallaşmanın əsas tendensiyası problemləri yalnız ikitərəfli çərçivədə saxlamaq və Azərbaycan-Aİ, Azərbaycan-NATO münasibətlərini Fransanın dağıdıcı təsirindən azad etməkdir. Fransanın regionda Ermənistan yönümlü fəaliyyətini konstruktiv bir platformaya keçirmək Azərbaycan üçün asan olmayacaq. Ancaq son hadisələr bu məqsədin tamamilə əlçatmaz olmadığını göstərir. Əgər bu mümkün olmasa, Azərbaycan öz gündəmini həyata keçirmək üçün kifayət qədər diplomatik, siyasi və informasiya resurslarına malikdir.” /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub
Next: Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.