Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 27
  • Təhsil sektorunda “böyük savaş”

Təhsil sektorunda “böyük savaş”

admin 27/05/2025
meleyke-dim-

Eks-nazir, təhsil ekspertləri və Məleykə Abbaszadə ətrafında nə baş verir? – təfərrüat

Azərbaycanda təhsil sektorunda illərin yığılıb qalmış narazılıqları nəhayət alovlanıb. Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin son mətbuat konfransında səsləndirdiyi sərt fikirlər bütün sektoru silkələyib.

Məleykə Abbaszadə təhsil ekspertlərini yerdən-yerə vuraraq deyib: “Mən bilmirəm, kim bunlara ekspert adı verib? Hansı universiteti bitirib, neçə balla qəbul olub, bilirikmi? Sadəcə sosial şəbəkədə nəsə yazan ekspertdirmi?!”

Qeyd edək ki, son dövrlərdə DİM-in keçirdiyi imtahanlar və bu imtahanlardakı suallar sərt tənqid olunur. Keçmiş təhsil naziri Misir Mərdanov isə “uşaqları niyə “şikəst” edirsiniz deyə çağırış edib: “Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz. Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz… Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da “bunker müəllimləri” var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var”.

Həddini aşmış bu adam... – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR

Kamran Əsədov

DİM sədrinin tənqidinə təhsil ekspertlərinin cavabı gecikməyib. Kamran Əsədov açıq meydan oxuyaraq öz CV-sini yayımlayıb və Abbaszadəni səriştəsizlikdə ittiham edib: “Maksimum 300 bal toplamaq hüququ olan iki abituriyentin nəticəsini DİM səhv yoxlayıb 43 göstərmişdi. Apelyasiyadan sonra isə bu rəqəm 45-ə qalxdı. Yəni bu şagirdlərin nəticəsi səriştəsizlik nəticəsində az yazılmışdı. Budur şəffaflıq? Budur ədalətli imtahan? Budur biliyin düzgün qiymətləndirilməsi?

DİM rəhbərliyində təmsil olunanların elmi göstəricilərini araşdırmağa başladım. Təhsil sisteminə bu qədər aqressiv və savadsız müdaxilə edənlərin öz elmi fəaliyyəti nə yerdədir? Maraqlıdır, DİM rəhbərliyinin beynəlxalq elmi bazalarda (Web of Science, Scopus, Google Scholar və s.) adı varmı? Məqalə sayı neçədir? H-indeksi neçədir? Əgər özləri elmi və tədris fəaliyyətinə məsuliyyətlə yanaşmırlarsa, ölkənin gələcəyinə cavabdeh olan yüz minlərlə gəncin taleyini hansı elmi, hansı pedaqoji yanaşma ilə idarə edirlər?

Bir də deyirlər “elmi əsaslarla imtahan hazırlayırıq”. Bu “elmi əsaslar” nədir? Hansı təhsil fəlsəfəsinə, hansı pedaqoji modelə, hansı ölkənin praktikasına əsaslanır? Görünür, bu əsaslar bir-iki Excel cədvəlindən və nəticələri saxtalaşdırılmış statistikadan o yana keçmir. Təhsil idarəçiliyi şəxsi ambisiya, formal diplom və inzibati təlimatla yox, akademik səmimiyyət, beynəlxalq elmi məhsuldarlıq və intellektual dürüstlüklə aparılmalıdır”.

İmtahanlar rüşvət almaq üçün keçirilir" - Elşən Qafarov

Elşən Qafarov 

Təhsil eksperti Elşən Qafarov isə deyib: “DİM desin, dünyada ikinci bir ölkə var ki, bu cür imtahan keçirir? Azərbaycan gəncləri peşə seçimini belə dilinə gətirə bilmir!

Tədris ilinin başa çatmasına 12-14 həftə qalmış imtahanlar keçirilir. İmtahan keçirildikdən 6 həftə sonra imtahanın nəticələri elan olunur. Bəlkə bundan danışsınlar?! DİM kimi dəvət edibsə, onlar gəlməyiblər. Şəxsən məni heç kim dəvət etməyib. İllərdir ki, DİM-lə bağlı təkliflər verirəm. Bir dəfə də olsun dəyirmi masa keçirib dəvət eləməyiblər ki, bu barədə fikirlər söyləyirsiz. Bunun əsaslandırmasını verin”.

Ən sərt cavab isə tanınmış jurnalist Taleh Şahsuvarlıdan gəlib. O, artıq hüquq-mühafizə orqanlarını DİM-in fəaliyyətini araşdırmağa çağırıb.

Onun sözlərinə görə, imtahanlar elə formada qurulub ki, orta məktəbi bitirmək kifayət etmir, repetitor kurslarına qatılmaq, bahalı hazırlıqlardan keçmək zərurətə çevrilir. Şahsuvarlının fikrincə, ölkədə təhsilin bu şəkildə zədələnməsi milli təhlükəyə çevrilib və məsuliyyət daşıyan orqanlar bu məsələyə dərhal müdaxilə etməlidirlər: “DİM sədrinin anlamadığı, anlamaq istəmədiyi məsələ odur ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanda şagirdləri kütləvi şəkildə məktəbdən uzaqlaşdırıb, çöllərə salıb. DİM-in özünə “testoloq” deyənlərinin hazırladığı suallara cavab verə bilmək üçün məktəbdə öyrədilənlər kəskin fərqlə kifayət etmir. Uşaqlarımız bilik qazanmaq əvəzinə, zirzəmilərdə, evlərdə, bəzən məktəblə üz-üzə tikilmiş hazırlıq mərkəzlərində test texnologiyaları mənimsəməyə çalışırlar. Təsəvvür edin, bu gün məktəblə üz-üzə tikilmiş elə hazırlıq mərkəzləri var ki, məktəbin özündən az qala böyükdür. Və bu faciədir! 11-ci sinif məzunlarının ən azı yarısının orta məktəb proqramının 50 faizini belə mənimsəyə bilməməsinin elə DİM-in yaydığı rəsmi statistikaya görə üzə çıxması Məleykə Abbaszadənin fəaliyyətinin dövlət tərəfindən araşdırılması üçün ciddi siqnaldır… Məleykə Abbaszadənin yönəltdiyi sistem Azərbaycanda konstitusiyanın, qanunların, ən başlıcası, sosial ədalətin pozulmasını kütləviləşdirir”./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Ombudsman BMT-nin Qaçqınlar üzrə Ali Komissarına məktub ünvanlayıb
Next: Hesablama Palatası: Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanmayıb

OXŞAR MÖVZULAR

feyziyev

Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb? – Siyahı və gəlir mənbələri

admin 06/05/2026
şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.